6. Rusiya müasir mərhələdə Müasir Rusiya. SSRİ dağıldıqdan sonra Rusiya yeni istiqamət - bazar iqtisadiyyatı cəmiyyəti bərqərar etmək yolunu götürdü. 1991-ci ilin oktyabrında iqtisadi islahat pro-qramı elan olundu və1992- ci ilinəvvəlindən həyata keçirilməyə başlandı. İslahat proqramında qiymətlərin liberallaşdırılması, daxili və xarici ticarətin dövlət inhisarından çıxarılması vəözəlləşdirilmənin həyata keçirilməsi nəzərdə tutulurdu. Dekabrda Rusiya özünü SSRİ-nin varisi və qalan qızıl ehtiyatı da daxil olmaqla ərazisindəki bütün müikiyyətin sahibi olduğunu elanetdi. 1992-ci ilin yayında dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramı təsdiq edildi. Həmin proqramın həyata Keçirilməsi nəticəsində 40 min müəssisəözəlləşdirildi. BanKİarın sayı 2000-ə, birjaların sayı 303-əçatdı. Oktyabrm 1-dən bütün rusiyalılara özəlləşdirməçeçkiəri verilməyə başladı. Bu şəraitdə istehsalın azalması, qiymətlərin yüksəlməsi məsi baş verdi. 1992-ci ildə istehsal sənayedə16,2%, Kənd təsərrüfatında 4% azaldı. 1993-cü ildə 1990-cı ilə nisbətən milli gəlir 57%, sənaye istehsalı63%, Kapital qoyuluşu 43% aşağı düşdü. Cəmiyyətin varlılara və yoxsullara bölünməsi prosesi sürətləndi. İşsizlərin sayı 8 milyona çatdı. Qiymətlərin liberallaşdırılması nəticəsində 1993-cü iİdə qiymətlər 100 dəfədən çox artdı, inflyasiya 20-25% təşkil etdi.
Siyasi sistemdə də dəyişikiikiər baş verdi. Sov. İKP-nin fəaliyyəti dayandırıldı. Ölkədəçoxpartiyalı- lıq təşəkkül tapmağa başladı. Milli quruculuqda dəyişikiikiər yarandı. 1993-cü ilin yayında qəbul olunmuş Konstitusiyaya görə Rusiya Federasiyası tərKİbində 21 respublİKa, 6 öİkə, 49 vilayət, 11 muxtar vilayət var idi. Bir sıra milli regionlar, o cümlədən Tatarıstan, Başqırdıstan, Yakutiya, Çeçenistan asanlıqla Federasiyadan çıxmaq xətti götürdülər. 1992-ci il martın 31-də RF ilə Federasiya subyektləri arasında federativ müqavilələr imzalandı. Tatarıstan vəÇeçenistan həmin müqavilələri imzalamaqdan imtina etdilər. Başqırdıstan müəyyən şərtlərlə müqaviləni imzaladı.
Çeçenistanın Rusiya Federasiyasından çıxması vəöz müstəqilliyini elan etməsi "qiyam və terror"kimi qiymətləndirildi və sonsuz fəlaKətlərlə, çeçen xalqının məhv edilməsi ilə müşaiyət olunan qanlı müharibəyə səbəb oldu. Bu gün dəÇeçenistanda nəticəsi bəlli olmayan hərbi əməliyyatlar davam etməkdədir.
1993- cü il sentyabrın sonu - oktyabrm əvvəllərindəölkədə kəskin siyasi böhran yarandı. Əsas səbəb prezident - Ali Sovet qarşıdurması idi. O, 3-4 oktyabr hadisələrinəgətirib çıxardı. oktyabrm 4-də axşam Ağ ev hökumət qoşunları tərəfindən zəbt edildi. Ağ evin müdafiəçiləri - A.Rutskoy, R.Xasbulatov, V.Barannikov, V.Acalov, A.Makaşov və b. həbs olundular. Bu hadisə zamanı 140 nəfər adam həlak oldu.
1995-ci ilin deıcabrında Dövlət Dumasına seçki- lər keçirildi. 1996-cı ilin iyun-iyul aylarında keçirilən növbəti prezident seçkilərində B.Yeltsin yenidən Rusiya Federasiyasının prezidenti seçildi. O, 1999-cu il dekabrm 31-dəistefa verərəK prezident vəzifəsini ifa etməyi V.V.Putinə həvalə etdi. 2000-ci il mayın əvvəllərindəV.Putin RF-nin prezidenti seçildi. Rusiyada vəziyyət müəyyən dərəcədə sabitləşdi. İndi o, demokratik, hüquqi dövlət yaratmaq və azad bazar iqtisadiyyatı cəmiyyəti qurmaq yolu ilə irəliləyir.