5. SSRİ- in dağılması. MDB təsisi edilməsi Avqustqiyamı.SSRİ-nindağılması "Yenidənqurma", xüsusən "aşkarlıq" sovet rejimi şəraitində milli siyasət sahəsində yol verilmiş səhv və nöqsanları da aşkara çıxardı, milli regionlarda müstəqillikuğrunda mübarizəüçün əlverişli şərait yaratdı.
Ölkədə dərinləşən sosial-iqtisadi və siyasiböhran SSRİ-nin mövcudluğunu təhlükəqarşısında qoydu. Milli regionlarda başlanan azadlıq hərəkatı SSRİ-nin dağılmasını sürətləndirdi. Mərkəzin, xüsusilə Qorbaçovun razılığı ilə Dağlıq Qarabağda başlanmış separatçılıq hərəkatı SSRİ-nin dağılmasının başlanğıcı oldu.
Qorbaçov başda olmaqla sovet rəhbərliyinin SSRİ-ni qoruyub saxlamaq cəhdləri heç bir nəticə vermədi. Qorbaçovun nüfuzu getdicə aşağı düşməyə başladı. Hətta 1991-ci ilin aprel və iyulunda onun istefası tələbləri irəli sürüldü.
1990-cı ilin martında Litva və Estoniya, may ayında Latviya müstəqillikiərinin bərpasıbarədə qərarlar qəbul etdilər. Gürcüstanda suverenlin barədə dekret qəbul olundu. İyun ayında RSFSR dövlət suverenliyi barədəBəyannaməqəbul etdi. 1991-ci il iyunun 12-dəisə B.Yeltsin RSFSR-in prezidenti seçildi. Bir neçə ay ərzindəÖzbəkistan, Moldaviya, Ukrayna, Belorusiya, Türkmənistan, Ermənistan və Qazaxıstan dövlət suverenliyi barədə bəyannamələr qəbul etdilər. Oktyabrm 18-dəAzərbaycanın müstəqilliyi bərpa olundu.
1990-ci ilin yayıüçün ənsər respublinalar suverenlin barədə qanunlar qəbul etmişdilər. Bu, Qorba-çovu yeni ittifaq müqaviləsi hazırlamağa tələsdirdi. Avqustun 20-də müqavilə imzalanmalı idi. Mühafizəkarlar buna mane olmaq istəyirdilər. Onlar Qorbaçovun paytaxtda olmamasından (o Forosda istirahət edirdi) istifadə edərən Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaratdılar (DFVK). Onun tərnibinə vitse- prezident Q.Yanayev, Baş nazir V.Pavlov, müdafiə naziri D.Yazov, DTK sədri V.KryuçKov, daxili işlər naziri B.Puqo və b. daxil idilər. Onlar prezident Qorbaçovun xəstə olduğuna görə işləmən qabiliyyəti olmadığıüçün onun səlahiyyətlərinin vitse-prezident Q.Yanayevə neçdiyini bəyan etdilər. Siyasi partiyaların, ictimai təşnilatların fəaliyyətinin dayandırılması, mitinq və nümayişlərin qadağan olunması və nütləvi informasiya vasitələri üzərində nəzarət qoyulması barədə qərarlar qəbul etdilər.
Buna cavab olaraq RSFSR prezidenti B.YeltsinRSFSR Ali Sovetinin sədri səlahiyyətini icra edən R.Xasbulatov və RSFSR hökumətinin sədri I.Silayev "Rusiya vətəndaşlarına müraciət" etdilər. Müraciətdə DFVK-nin hərəkəti mühafizənar, Konstitusiyaya zidd, qanunsuz addım kimi qiymətləndirildi. Onların çağırışma cavab olaraq on minlərlə moskvalı Ağ ev ətrafına toplaşdı. Onlar Moskvaya yeridilən hərbi qüvvələrə qarşı müdafiə mövqeləri yaratdılar. Açıq qarşıdurma yarandı. Hadisə yerindəüç nəfər gənc həlak oldu.
DFVK-nin başçıları həbs olundular. Qorbaçov Moskvaya qayıtdı. Avqustun 23-də o, Kommunist partiyasının buraxılması tələbini qəbul etdi. Yeltsin RSFSR Kommunist partiyasının fəaliyyətinin dayandırılması barədə fərman imzaladı.
Rusiya tarixində"avqust qiyamı" kimi qiymətləndirilən bu hadisədən sonra SSRİ məKanında olan müttəfiq respublİKalar müstəqil olduqlarını elan etdilər. Onlar İttifaq müqaviləsini imzalamaqdan imtina etdilər.
1990-ci il dekabrın 8-də slavyan respublikaları-Rusiya Federasiyası, Ukrayna və Belorusiyanın iderləri (vaxtilə SSRİ-ni təşkil edən ölkələr) 1922-ci il İttifaq müqaviləsinin fəaliyyətinin dayandırılması vəMüstəqil Dövlətlər Birliyini (MDB) yaratmaq niyyətlərini bildirdilər. MDB-dəəvvəl Gürcüstan və Baltikyanı respublinalarından başqa 11 Keçmiş müttəfiq respublika birləşmişdi. Dekabrın 25-dəQorbaçov istefa verdi. SSRİ dağıldı.