Əməliyyat sistemləri (ƏS) – informasiya emalının idarə olunması və
aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS- nin əsas funksiyalarından biri informasiyanın daxiletmə - xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə nəzarət edir.
ƏS – ləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:
birməsələli (biristifadəçili)
çoxməsələli (çox istifadəçilili)
şəbəkə
Birməsələli ƏS – müəyyən anda konkret bir məsələ ilə bir istifadəçinin işi
üçün nəzərdə tutulmuşdur. Bu tip ƏS-nin nümayəndəsi Microsoft firması tərəfindən yaradılan MS DOS – dur.
Çoxməsələli ƏS – kompüterdən, multiproqram rejimdə vaxt bölgüsü ilə kollektiv istifadəni təmin edir. Bu tip ƏS – yə UNIX, OS/2, Windows 95/98/2000 və s. misal göstərmək olar.
Şəbəkə ƏS – lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resuslarına istifadəçinin müraciətini təmin edir. Bu ƏS-yə Novell Net Ware, Windows NT, Banyan Vines, İBM LAN, UNİX, Solaris və s. misal göstərmək olar.
2.Servis proqramları
Servis proqramları istifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər göstərir və əməlyyat sisteminin imkanlarını genişləndirirlər.
Servis proqramlarının yerinə yetirdikləri əsas funksiyalar aşağıdakılardır:
istifadəçi interfeysinin təkmilləşdirilməsi
verilənlərin mühafizəsi
verilənlərin bərpası
xarici yaddaşla əməli yaddaş arasındakı informasiya mübadiləsinin
sürətləndirilməsi
arxivləşdirmək- arxivi açmaq
kompüter virusları ilə mübarizə
Servis proqramlarını təşkilinə, reallaşdırma üsullarına və yerinə yetirdikləri
funksiyalara görə aşağıdakı qruplara bölmək olar:
örtük proqramlar
utilitlər
antivirus proqramlar
Örtük proqramlar əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə
keyfiyytəcə yeni interfeys təqdim edir və onu ƏS – nin əmr və əməlyyatlarını dərindən bilməsindən azad edir.
MS DOS mühtində olan əksər örtüklərin funksiyası fayl və kataloqlarla işə əsaslanıb. Bu örtük proqramlar faylların sürətli axtarışını, mətn fayllarının yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk sahəsi və əməli yaddaş qurğuları (ƏYQ) haqqında məlumatların verilməsini təmin edir.
Bütün örtük proqramlar müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfü korlanma ehtimalını azaldır.
MS DOS mühitindəki örtük proqramlardan ən çox yayılanı NORTON COMMANDER – dir.
Utilitlər disk və fayl sisteminə xidmətə əsaslanaraq, istifadəçilərə əlavə imkanlar verirlər.
Utilitlər aşağıdakı funksiyaları yerinə yetirirlər:
Disklərə xidmət etmək (formatlaşdırma və s.)
İnformasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın
mümkünlüyü və s.
fayl və kataloqlara xidmət etmək
arxivlərin yaradılması və yeniləşdirilməsi
kompüter resusları, disk sahəsi, proqramların ƏYQ – də paylanması
haqqında informasiyanın verilməsi
müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı
kompüteri viruslardan mühafizə
Antivirus proqram vasivəsitələri virusların neytrallaşdırılmasını və
kompüterin dianostikasını təmin edir. Viruslar çoxalaraq proqramlara özbaşına qoşulur, lazımsız və ziyanlə müxtəlif əməliyyatları həyata keçirir.
Kompüter viruslarının geniş yayılması viruslarla mübarizədə istifadəçilərə bir çox çətinliklər yaradır. Buna görə də virusların yayılma xüsusiyyətlərinin və əmələ gəlmə xarakterinin öyrənilməsi viruslarla mübarizədə antivirus proqramlardan effektiv istifadəyə imkan verir.
Virus digər proqramlarla özbaşına qoşula bilən, öz surətini fayllarla, sistem sahəsinə, şəbəkələrə və s. yayan və kompüterin normal işnini pozan xüsusi proqramdır. Virus proqramlarının surəti də sonradan yayılır.
Viruslar aşağıdakı əlamətlərə görə təsnif olunur:
yerləşdiyi mühitə görə
yerləşdiyi mühitə yoluxma üsuluna görə
aktivləşmə üsuluna görə
desktruktiv imkanlarına görə
alqoritimin xüsusiyyətlərinə görə
Viruslar yerləşdiyi mühitə görə fayllı, yükləyici və şəbəkəli olur. Fayllı
viruslar əsasən icra olunan fayllar, mətn və cədvəl prosessorunun fayllarına yayılır. Yükləyici viruslar diskin yükləyici sektoruna və ya sərt diskin sistem yükləyici sektoruna yayılır. Şəbəkəli viruslar kompüter şəbəkələri üzrə yayılır. Həmçinin fayl və yükləyici sektorlara yoluxan fayllı yükləyici viruslar mövcuddur.
Yerləşdiyi mühitdə yoluxma üsulu mühitin özündən asılıdır.
Verilənləri məhv olmaqdan qorumaq, kompüter viruslarını tapmaq və silmək üçün nəzərdə tutulan proqramlar antivirus proqram adlanır. Antivirus proqramlarıpn aşağıdakı tipləri mövcuddur:
filtr və ya keşikçi
detektorlar
həkimlər və ya faqi
müfəttişlər
immunizatorlar və ya vaksinlər
Filtr rezident proqram olmaqla , təhlükəli əməliyyatlara nəzarət edir. Bu
əməliyyatlara əşağıdakılar aiddir:
icra olunana proqram fayllarının dəyişməsi
rezident proqramların yerləşdirilməsi
mütləq ünvana görə diskə birbaşa yazmaq
diskin yükliyici sektoruna yazmaq
diskin formatlaşdırılması
Filtr proqramların əsas üstünlüyü ondan ibarətdir ki, onlar təhlükəli
əməlyyatları daim izləyir və virusların ayılmamışdan əvvəl tapılması ehtimalını yüksəldir.
Direktorlar əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir.
Həkim antivurus proqramlar virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir.
Bu antivuruslara çox geniş yayılmış Aidstest, Doctor Web və Norton Antivirus proqramları aiddir.
Müfəttiş adlanan proqram kataloqların, proqramların, faylların və sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir. Müqayisə bir çox parametrlərə görə yerinə yetirlə bilər. Müfəttişin üstünlüyü ondadır ki, o, proqramda dəyişiklik edən virusları tapmaq xüsusiyyətinə malikdir. Müfəttişə misal olaraq məlum Adinf proqramını göstərmək olar.
İmmunizator özü rezident proqram olmaqla, bir çox virusları vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır. Vaksinləşdirmənin mahiyyəti ondan ibarətdir ki, proqram və ya diskin modifikasiyasında proqramın normal yerinə yetirliməsində əks olunmur. Eyni zamanda viruslar onu yoluxmuş kimi qəbul edir və ona görə də yayılmaya təkid etmir. Bu proqramların çatışmayan cəhəti çoxlu sayda müxtəlif viruslara yoluxmanın qarşısını alınmağın imkanlarının məhdudluğudur.
Geniş yayılan antivurus proqramlar aşağıdakılardır:
Aidstest, Doctor Web, Doctor Web for Windows, Dr.Solomon Antivirus 7.0, F-Port Professional 2.15, İBM Antivirus3.0.1, İnoculation Antivirus 5.0 for Windows95, McAfeeVirus Scan 3.0, Norton Antivirus 4.0, PC-ciilin Antivirus 3.0, ThunderByte Antivirus, Utilities 8.0.3
Bu antivirus proqramlardan Semantec firması tərəfindən yaradılan Norton Antivirus daha çox istifadə olunur. Norton Antivirus proqramı Windows mühitində işləyərkən virusların tapılmasını və zərərsizləşdirilməsini yerinə yetirməklə aşağıdakıları avtomatik icra edir.
sistem fayllardakı və yükləyici yazıdakı virusları yoxlayır
icra olunana fayllardakı virusları yoxlayır
şübhəli əməliyyatlara nəzarət edir
İnternet-dən yüklənən faylları yoxlayır
sərt diskə müraciətdə yükləyici virusları yoxlayır
3.Proqramlaşdırma sistemləri
Proqramlaşdırma sistemləri proqramlaşdırma dillərində işləməyi təmin edirlər. Buraya proqramlaşdırma dilləri, həmin dillərdə proqramları kompüter dilinə çevirən translyatorlar (çevirici proqramlar), sazlayıcı proqramlar və s. daxildir.
Kompüter dili bilavasitə kompüterin “başa düşdüyü” kodlarda istifadə olunmuş əmrlərdən təşkil olunur. Bu halda proqram müəyyən əmrlər ardıcıllığından ibarət olur. Bu əmrlər kifayət qədər sadə olub, verilənlər üzərində müəyyən əməliyyatları (toplama, çıxma, vurma, bölmə, müqayisə, köçürmə və s.) yerinə yetirirlər. Hər bir əmr yerinə yetirilən əməliyyat (əməliyyatın kodu), əməliyyatda iştirak edən operandlar (verilənlərin yaddaşdakı ünvanları və ya özləri) və nəticənin buraya (hansı ünvana) yazılması haqqında məlumatdan ibarət olur. Hər bir tip kompüter üçün müxtəlif əmrlərin sayı 100-dən artıq olur.
Kompüter dilləri kompüterin tipindən asılı olaraq müxtəlif olduqlarına görə istifadəçilər üçün öyrənilməsi çətin və işlədilməsi çox zəhmət tələb etdiyindən, əlverişli deyillər. Ona görə də təbii dilə yaxın formalaşdırılmış dillərdən istifadə olunur. Bu cür dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dillərində yazılmış proqram (ona ilkin proqram deyilir) sonradan kompüter dilnə çevrilir, sazlanır və icra olunur.Kompüter dilindəki proqrama işçi və mütləq proqram deyilir. İlkin proqramı işçi proqrama çevirmək üçün translyator adlanan xüsusi proqramlardan istifadə olunur.
İstifadə olunan dilin strukturuna, formalaşdırma səviyyəsinə və vəzifəsinə uyğun olaraq proqramlaşdırma sistemlərini aşağıdakı sinflərə bölmək olar.
maşınyönlü sistemlər
proseduryönlü sistemlər
problemyönlü sistemlər
köməkçi sistemlər
Maşınyönlü sistemlərdə proqramlaşdırma dili müəyyən kompüterlə və ya
kompüter ailəsi ilə əlaqəli olur. Bu sistemlərin tipik nümayəndələri simvolik proqramlaşdırma sistemləri, avtokodlar, makrogenaratorlar və assemblerlərdir. Hazırda assemblerlər geniş tətbiq olunur. Bu sistemlərdə istifadə olunan assemblər dili makroəmrlərdən təşkil olunur. Makroəmr müəyyən əməliyyatı və funksiyanı yerinə yetirmək üçün bir və ya bir neçə maşın əmrindən ibarət olur. Hər bir kimpüter ailəsinin özünə məxsus assemblər dili mövcuddur. Assemblər dilində işləmək nisbətən çətin olur, çox vaxt aparır. Lakin bu dildə yazılan proqram digər dillərə nisbətən az olduğundan, istehsal sahələrində böyük tezliklə həll olunan məsələlərin assemblərdə proqramlaşdırılması məqsədəuyğundur. Praktikada assemblər dilindən həm bu məqsədlə, həm də sistem proqramlaşdırılmasında geniş istifadə olunur. Assemblər dilindəki proqramı kompüter dilinə çevirən proqram “Assembler” adlanır.
Proseduryönlü sistemlərdə istifadə olunan proqramlaşdırma dilləri maşınyönlü dillərdən fərqli olaraq, konkret tip kompüterlə əlaqəli olmayıb, istənilən alqoritmlərin (prosedurların) proqramlaşdırılmasını və bu proqramların istənilən tip kompüterdə icrasını təmin edirlər. Bu dillərin üç adı mövcuddur: alqoritmik dillər, prosedur dillər, direktiv dillər. Ümumən onlara yüksək səviyyəli proqramlaşdırma dilləri də deyilir.
Yüksək səviyyəli proqramlaşdırma dilləri universal xarakter daşıyıb, istənilən sahəyə aid məsələlərin proqramlaşdırılmasını təmin edirlər. Lakin proqramlaşdırma təcrübəsində çox vaxt proseduryönlü dil tətbiq sahəsinin xarakterinə uyğun yaradılır. Bu baxımdam proseduryönlü dilləri şərti olaraq 4 qrupa ayırmaq olar:
elmi - texniki məsələlərin proqramlaşdırılması üçün dillər. Bu qrupa
Alqol, Fortran, Basic, Pascal, C dillərini aid etmək olar
iqtisadi məsələlərin proqramlaşdırılması üçün dillər: Kobal, PL-1
texnoloji proseslərin idarəetmə alqoritmlərinin və modelləşdirmə
məsələlərinin proqramlaşdırılması üçün dillər:Art, Simula, Simskript
informasiya məntiq məsələlərinin həlli üçün dillər: LİSP, Komit, EPL
KRL
Problemyönlü sistemlərdə həll olunan məsələnin alqoritmini qurmağa ehtiyac olmur. Bu sistemlər dar çərçivədə eyni tipli məsələlərin həllinə yönəldilir. Problemyönlü dillərə misal olaraq mühəndis məsələlərinin həlli üçün yaradılan xüsusi dilləri (ART, ADART,AYMAP,CAP APROKS), ekspert sistemlərin yaradılması üçün istifadə olunan PROLOG dilini göstərmək olar. PROLOG dilində məntiqi çıxarış mexanizminin qurulması və idarə olunması verilənlərə əsaslanır. Bu sistemlərə həmçinin hesabatlar genaratorları (məsələn, RPQ), çeşidləmələr generatorları, cədvəl generatorları (məs., EXCEL)aiddir.
Köməkçi sistemlər verilənlərin emalı zamanı bir sıra köməkçi funksiyaları yerinə yetirmək üçün əvvəlcədən hazırlanmış proqramlar toplusundan ibarət olur. Köməkçi sistemlərin komponentləri, sazlayıcı proqramlar, proqramlaşdırma sistemləri ilə birlikdə istifadə olunur. Sazlayıcı proqarm işçi proqramı yoxlayıb, səhvləri aşkar edir.
Yuxarıda qeyd etdiyimiz kimi, kompüter yalnız maşın dilində işlədiyi üçün proqramlaşdırma dilində yazılan proqramı maşın dilinə çevirmək lazımdır. Bu işi translyator adlanan proqramlar kompleksi yerinə yetirir. Funksional təyinatından asılı olaraq translyator 3 cür ola bilər: interpretator, kompilyator, assembler. Onlar arasında fərq çevrilən proqramın mətninin müxtəlif üsulla emal olunmasıdır.
İnterpretator ilkin proqramın cümlələrini (operatorlarını) bir-bir təhlil edib, kompüter dilinə çevirir və icra edir. Növbəti operatorun emalından sonra o birisinə keçirilir. Sonuncu operatorun emalından sonra interpretasiya prosesi və proqramın kompüter dilinə çevrilməsi və icrası ləng gedir. Bu onunla əlaqədardır ki, məsələn, dövri prosesin icrası dövrə daxil olan operatorların dövrlərin sayı qədər təhlilini və çevrilməsini tələb edir. Odur ki translyasiyanın bu üsulu səmərəli deyil. Lakin interpretator proqramın sazlanması üçün əlverişlidir. İnterpretator proqramı istənilən operatordan başlayaraq emal etməyə və proqramın icrası zamanı dəyişənlərin aldıqları qiymətləri yoxlamağa imkan verir. Dialoq rejimində proqramda istənilən düzəlişlər aparmaq və proqramı təkraraən icra etmək mümükündür.
Kompilyator, interperatorlardan fərqli olaraq, ilkin proqramı bütövlükdə maşın dilinə çevirir. Proqramda morfoloji və sintaksis səhvlər olarsa, onları aşkar edib, istifadəçiyə xəbər verir. Səhvlər düzəldikdən sonra kompilyasiya yenidən təkrar oluna bilər, ya da saxlanmaq üçün xarici yaddaşa köçürülə bilər.
İlkin proqramın operatorlarının təhlili və çevrilməsi bir dəfə aparıldığı üçün kompilyatorun sürəti yüksək olur. İşçi proqramın icrası kompliyasiyası prosesindən asılı olmadığı üçün, proqramın icrası zamanı kompilyatorun ƏYQ də olmasına ehtiyac olmur.
Beləliklə, aşağıdakı nəticə çıxarıla bilər: proqramın sazlanması zamanı interpretatoradan istifadə etmək, sazlanmış proqramı isə kompilyator vasitəsilə emal etmək, məqsədə uyğundur.
Assembler – assembler dilindəki proqramı kompüter dilinə çevirən proqramdır. Assembler işçi proqramı bir gedişlə və ya çox gedişlə maşın dilinə çevirə bilər. Daha səmərəli işçi proqram çoxgedişli assemblerdən istifadə etməklə alınır.
4.Texniki xidmət proqramları
Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir.Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir.
Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür.
Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır. Bütün hallrda nasazlıqların xarakteri, mənbəyi və bəzən də səbəbi haqqında ekrana və ya çapa məlumat xaric edilir.
2.Tətbiqi proqram təminatı
Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə yaradılır. Tətbiqi proqram təminatı, sistem PT-nin, xüsusən ƏS-nin idarəsi altında işləyir.
Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq, onun informasiyanın emalında kompüterin bu və ya digər funksiya və prosedurlarının necə yerinə yetirlməsini bilməkdən azad edir. Hal- hazırda, öz funksional imkanlarına və reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli TPP mövcuddur.
TPP – müəyyən olunmuş sinif məsələləri həll üçün təyin olunmuş kompleks proqramdır.
TPP- lərinin aşağıdakı növləri var:
ümumi təyinatlı (universal)
üsulyönlü
problemyönlü
qlobal kompüter şəbəkələri
hesablama prosesinin təşkili
1. Ümumi təyinatlı Tətbiqi proqram paketləri
Ümumi təyinatlı TTP – istifadəçinin funksional məsələlərinin və informasiya sistemlərini hazırlanması və istismarının avtomatlaşdırılması üçün təyin olunan universal proqram məhsuludur.
Bu tip TPP-yə aşağıdakılar aiddir:
mətn və qrafiki redaktorlar
elektron cədvəllər
verilənlər bazasının idarəetmə sistemləri (VBİS)
inteqrallaşdırılmış paketlər
Case – texnalogiyası
ekspert və süni intellekt sistemləri
Tətbiqi proqram təminatının təsnifat sxemi aşağıdakı kimidir:
Redaktorlar. Mətn, sənəd, qrafiki verilənlər və rəsmlərin yaradılması və
dəyişdirilməsi üçün təyin olunan TPP redaktorlar adlanır. Radktorlar öz funksional imkanlarına görə mətn, qrafiki və nəşriyyat sistemlərinə bölünür.
Mətn redaktorları mətnli informasiyanın emalı üçün təyin olunur və əsasən aşağıdakı funksiyaları yerinə yetirir:
mətnin fayla yazılması
simvol, sətir və mətn hissəsinin yerləşdirilməsi, silinməsi, əvəz olunması
orfoqrafiyanın yoxlanması
mətnlərin müxtəlif şriftlərlə tərtibi
mətnlərin lazımı formaya salınması
başlıqların hazırlanması, mətnlərin səhifələrə bölünməsi
söz və ifadələrin axtarışı və əvəz olunması
sadə şəkillərin mətnlərə daxil edilməsi
mətnlərin çapı
Mətn redaktorlarından geniş yayılanları aşağıdakılardır:
Microsoft Word, Word Perfect, Chi Writer, Multi Edit və s.
Qrafiki redaktorlar qrafiki sənədlərin, yəni diaqram, şəkil, cizgi və cədvəllərin emalı üçün tərtib olunub. Bu redaktorlar fiqur və şriftlərin ölçülərini idarə etməyə, fiqur və hərflərin yerdəyişməsinə və ixtiyari təsvirin yaradılmasına imkan verir. Fərdi kompüterlərdə çox istifadə olunan qrafiki redaktorlar: Paint, Boing Graf, Fanvision, CorelDraw, Adope PhotoShop, Adope İllustrator və s.
Nəşriyyat sistemləri mətn və qrafiki redaktorların imkanlarını özündə birləşdirir. Bu sistemlər sənədlərin nəşrə hazırlığını, yəni, çoxaldılmasını avtomatlaşdırır. Nəşriyyatda bu əməliyyat səhifələmə (verstka) adlandırılır. Nəşriyyat sistemlərinə Adope firmasının Page Maker, Corel korperasiyasının Ventura Publisher və QuarkXPress misal göstərmək olar.
Cədvəlin emalı üçün təyin olunan TPP – lər elektron cədvəllər adlanır. Cədvəldə verilənlər sətir və sütunun kəsişməsindəki xanalarda saxlanılır. Xanalarda ədəd, simvol verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər xanaların məzmunundan asılı qiymətlərlə bir xanada verilir.Xanaların məzmununun dəyişməsi ilə ,bundan asılı olan xanadakı qiymət dəyişir.
Geniş istifadə olunan elektron cədvəllər: Microsoft Excel, Lotusl -2 -3, Quattro və s.
İnformasiya təminatının maşındaxili təşkili və idarə edilməsi üçün xüsusi TPP – dən verilənlər bazasının idarəetmə sistemlərindən istifadə olunur.
Verilənlər bazası – diskdə saxlanılan, bir-birilə əlaqələndirilmiş və mərkəzləşdirilmiş idarə olunan fayllar məcmusudur.
Verilənlər bazasının idarə olunması dedikdə verilənlərin bazaya daxil edilməsi, onların təshihi (bazaya yazıların əlavə olunması, silinməsi, yeniləşdirilməsi) və sorğulara görə verilənlərin axtarışı əməliyyatları başa düşülür. Verilənlərin təşkili üsullarından asılı olaraq, aşağıdakı VBİS – lər mövcuddur:
iyerarxik modelli VBİS
şəbəkə modelli VBİS
relyasiya modelli VBİS
Relyasiya modeli daha əlverişli və səmərəli olduğundan son illərdə
yaradılmış VBİS – lərdə məhz bu modeldən istifadə olunur. Bunlara aşağıdakıları misal göstərmək olar: dBase – in müxtəlif variantları, FoxBase+, Clipper, Dpase for Windows, FoxPro, R:base, Database, İnformix, İngers, Sybase, Progress, Paradox, Acces, Oracle və s.
İnteqrallaşdırılmış paketlər müxtəlif fuksiyaları yerinə yetirən proqram komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış TPP –yə mətn redaktoru, elektron cədvəl, qrafiki redaktor, VBİS və kommunkasiyalı modullar daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport – importu, kalkulyator, təqvim, proqlamlaşdırma sistemləri də daxil edilir. Komponentlərarası informasiya əlaqəsi müxtəlif verilənlərin təsviri formatlarının unifikasiyası ilə təmin olunur. Müxtəlif komponentlərin vahid sistemdə inteqrasiyası istifadəçiyə interfeysdə xeyli üstünlük verir. Bu cür paketlərə misal olaraq Framework, Startnave, Microsoft Office göstərmək olar.
CASE – texnologiyası mürəkkəb informasiya sistemlərinin (İS) yaradılmasında tətbiq olunur.
CASE – texnologiyası altında İS – nin hazırlanmasının avtomatlaşdırılması vasitələri başa düşülür. Bura tətbiq sahəsinin analizi, verilənlər bazasının layihələndirmə, proqramlaşdırma və İS – nin istismarı daxildir.
CASE – texnologiyasının instrumental vasitələri informasiya texnoligiyasının bütün sahələrində tətbiq olunur.
Bu texnologiya informasiya sistemlərinin layihələndirilməsini onların proqramlaşdırılması və sazlanmasından ayırmağa imkan verir. Sistemi hazırlayanlar yalnız yüksək səviyyəli layihə ilə məşğul olur. Bu isə layihələndirmə mərhələsində səhvlər buraxmağa imkan verir və mükəmməl proqram məhsulları alınır. Bu texnologiya İS-nin işlənməsinin bütün mərhələlərində dəyişir.
Hal-hazırda CASE – texnologiyası informatikanın ən çox dinamiki inkişaf edən sahəsidir. CASE – texnologiyasına aid Application Development Worckbench, B Pvin, CDEZ Tods, Clear Case, Composer, Discover Development İnformation System sistemlərini qeyd etmək olar.
Müasir CASE – texnologiyası banklar, maliyyə korporasiyaları və ən iri firmalar üçün İS- nin yaradılmasında müvəffəqiyyətlə istifadə olunur. Onlar adətən olduqca yüksək qiymətə malik olur və öyrənilməsi nisbətən uzun vaxt tələb edir. Amma CASE – texnologiyasının tətbiqi iqtisadi cəhətdən sərfəlidir. Bir çox müasir proqram layihələri bu texnalogiyanın köməri ilə həyata keçirilir.
İqtisadi və sosial sahədə məntiqə və mütəxəssis təcrübəsinə əsasən evristik tip məsələlərin həlli prosesində informasiya emalı vasitələrinə təlabat daima artır. Burada əsas ideya məsələnin necə həll olunmasına təyin edən ciddi formallaşdırılmış alqoritimlərdən, tədqiq sahəsinin mütəxəsisləri tərəfindən biliklər bazasında toplanan qaydaları göstərməklə məntiqi proqramlaşdırmaya keçidlə bağlıdır. Bu tip məsələlərin həlli üçün ekspert sistemlərindən (ES) istifadə olunur.
Ekspert sisteminin əsasını qoyulan məsələnin həlli üçün istifadə olunan formal qaydaları özündə cəmləşdirən biliklər bazası təşkil edir. Qaydalar adətən, səbəb və nəticəni əlaqələndirən, məntiqi şərtlər şəklində verilən faktlararası münasibətlər kimi təsvir olunur. Ekspert sistemləri aşağıdakı məqsədlər üçün istifadə olunur:
- obyektin vəziyyətinin interpretasiyası
- obyektin vəziyyətinin diaqnostikası
obyektin vəziyyətinin proqnozu
məqsədli planlaşdırma
obyektin işinin pozulmasını aşkar etmək
obyektin işini idarə etmək
Ekspert sistemlərini kompüterlərdə reallaşdırmaq üçün ekspert sisteminin
örtüyü adlanan vasitədən istifadə olunur. İqtisadiyyatda tətbiq olunan ekspert sistemlərinin örtüyünə Expert – Ease, tibbi diaqnostikada istifadə olunan ES- in örtüyünə EMYCIN – ni misal göstərmək olar.
2.Üsulyönlü Tətbiqi proqram paketləri
Üsulyönlü TPP riyazi – iqtisadi məsələlərin müəyyən üsullarla həllini reallaşdırır. Bura aşağıdakı TPP – lər aiddir:
riyazi proqramlaşdırma (xətti, dinamik, statik və s.)
şəbəkəli planlaşdırma və idarəetmə
kütləvi xidmət nəzəriyyəsi
riyazi statistika
Bu paketlərə misal olaraq fərdi kompüterlərdə reallaşdırılan Math Cad, Mat
Lab, Derive, TK Solver, Mathematica, Maple, Simplex, Stats Network proqramlarını göstərmək olar.
3.Problemyönlü Tətbiqi proqram paketlər
Tətbiqi proqram paketlərinin çox geniş sinfi problemyönlüdür. Praktiki
olaraq elə tədqiq sahəsi yoxdur ki, burada heç olmasa bir TPP olmasın. Problemyönlü TPP elə proqram məhsuluna deyilir ki, burada konkret bir sahənin hər hansı bir məsələsinin həlli nəzərdə tutulur.
Problemyönlü TPP sənaye, qeyri sənaye və xüsusi sahələrdə tətbiq üçün proqram paketlərindən ibarətdir.
Sənaye sahələri üçün problemyönlü TPP. Bu tip müasir sistemlər aşağıdakı xüsusiyyətlərə malikdirlər.
Birincisi, bu sistemlər yalnız istehsalı mükəmməl üsullarla planlaşdırmaq deyil, həmçinin iş planın (ehtiyatların idarə olunması,müştəri sifarişləri və s) yerinə yetirilməsinə nəzarət, texnaloji kartanın tərtibi, maliyyə və əmək ehtiyyatlarının idarə olunmasına, bir sıra “qeyri- istehsal” funksiyalarını – servis xidməti, hazır məhsulun və marktinqin paylanmasına nəzarət funksiyalarını da yerinə yetirirlər.
İkincisi, onlar kliyent – server arxitekturası, çoxməsələli, çoxistifadəçi əməliyyat sistemləri və relyasiya verilənlər bazası əsasında yaradılır, qrafiki istifadəçi interfeysinə malik olur və CASE- texnalogiyasından geniş istifadə olunur.
Üçüncüsü, müasir sistemlər müxtəlif tip istehsalı nəzərə almalıdırlar.
Qeyri – istehsal sahələri üçün problemyönlü TPP – ləri material istehsalı ilə bağlı olmayan firmaların (bank, birja, ticarət və s.) fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Bu sistemlərdə əsas tələbat, istehsal sahələri üçün TPP – də olduğu kimi çoxsəviyyəli inteqrallaşdırılmış sistemin yaradılmasıdır.
Qeyri – istehsal sahələri üçün TPP – yə bank, maliyyə və hüquq sahələrinin avtomatlaşdırılması paketlərini aid etmək olar.
Ayrı-ayrı tətbiq sahələri üçün TPP mühasibat uçotu, maliyyə menecmenti, hüquq sistemi və s. üçün nəzərdə tutulur.
Müasir mühasibat uçotunun TPP – nin əksəriyyəti Windows əməliyyat sistemi mühitində işləyir və lokal şəbəkələr üçün nəzərdə tutulmuşdur. 1C və Microsoft firmalarının məhsullarından təşkil olunmuş “Ofis” mühasibat uçotu TPP yalnız mühasibat funksiyalarının avtomatlaşdırılması üçün deyil, həmçinin firmanın bütün işinin “elektron ofis” şəklində təşkilinə də imkan verir.
Maliyyə menecmentinin TPP firmanın fəaliyyətinin analizinin və planlaşdırılmasının malyyəsi ilə əlaqədar olaraq yaranıb.
Hüquq sisteminin TPP böyük həcmli qanunlarla səmərəli işləmək üçün nəzərdə tutulub. Bütün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə hüquq sisteminə dair proqram paketləri var.
4.Qlobal kompüter şəbəkələri
Qlobal şəbəkələrin TPP – nin əsas vəzifəsi istifadəçinin ərazilər üzrə paylanmış ümumi şəbəkə resuslarına, verilənlər bazasına müraciəti, məlumatların ötürülməsini və s. rahat və etibarlı təmin etməkdən ibarətdir. Elektron poçtu, telekonfrans, elektron elanlar lövhəsinin təşkili üçün, müxtəlif qlobal şəbəkələrə informasiyanın gizli ötürülməsini təmin etmək üçün standart tətbiqi proqram paketlərindən istifadə olunur.
Qlobal internet şəbəkəsinin standart TPP – nə aşağıdakıları misal göstərmək olar:
naviqasiya və müraciat vasitəsi – Netscape Navigator, Microsoft İnternet
Explorer;
Elektron poçtu (E-Mail), məsələn, Eudora, MS Outlook.
Bank fəaliyyətində verilənlərin beynəlxalq şəbəkələrə ötürülməsi üçün
standart TPP geniş yayılıb. Bunlara Swift, Sprint, Reuters – i misal göstərmək olar. Hesablama prosesinin təşkili üçün lokal və qlobal şəbəkələrdə əsasən BayNetwork (ABŞ) firmasının TPP-dən istifadə olunur.
Dostları ilə paylaş: |