Mühazirəçi: Axundov Akim Yasin oğlu MÜhaziRƏNİn plani çirkli suların növlərinin təhlili


Yaşayış məntəqəsinin kanalizasiyası və onun elementləri



Yüklə 183,5 Kb.
səhifə2/2
tarix07.10.2023
ölçüsü183,5 Kb.
#152825
növüMühazirə
1   2
movzu1

Yaşayış məntəqəsinin kanalizasiyası və onun elementləri

Kanalizasiya aşağıdakı əsas elementlərdən ibarətdir:


1) binadaxili kanalizasiya qurğuları;


2) xarici kanali asiya şəbəkəsi;


3) nasos stansiyası və təzyiqli boru kəməri;


4) çirkli suyu təmizləmək və utilizasiya etmək üçün qurğular;


5) anbara suburaxıcı.


Daxili kanalizasiya qurğuları çirkli sulan qəbul edib və onları binadan kənara vermək üçündür. Bu qurğu sanitar cihazlarından (unitaz, pissuar, rakovina, əlüzyuyan, qab yuma tazı, trap, vanna və s.), aparıcı boru şəbəkəsi, dayaq və birinci xarici kanalizasiya quyusuna qədər olan suburaxıcıdan ibarətdir (şəkil2.1).


Hər bir çirkli su qəbuledici kanalizasiya şəbəkəsindən otağa qaz və iylərin daxil olmasının qarşısını almaq üçün hidravlik bağlayıcıları-sifon ilə təmin olunur. Bəzi
sanitar cihazları (unitaz trap) hidravliki bağlayıcılara öz konstuksiyalarında malik olurlar!

Dayaqlar qızdırılan otaqlarda yerləşdirilir, çardaqdan keçərək çölə çıxarılır.


Onlar şəbəkədə hava mübadiləsi yaradır, yəni şəbəkəni ventilyasiya edir.


İstehsalat otaqlarında çirkli su qəbuledici kimi qıflar, traplar, latoklar və s.


qulluq edirlər ki, bunlarda istehsalat aparat və maşınlarında yerləşdirilirlər.




Şəkil 1. Daxili kanalizasiya şəbəkəsinin sxemi: l-kanaliz siya d yağı; 2-apancı boru; 3-suburaxıcı; 4-heyət şəbəkəsi; 5-nəzarət quyusu; 6-birləşdirici xətt; 7-şəhər kanalizasiyasına birləşdirən quyu: 8-ventilyasiya borusu; 9-şəhər kollektoru
Çirkli sulan öz axımı ilə nasos stansiyasına və yaxud da təmizləyici məntəqəyə aparan yeraltı boru kəməri şəbəkəsi və kanallar xarici kanalizasiya şəbəkəsi adlanır. Təyinatında, çəkildiyi yerdən və ölçülərindən asılı olaraq xarici kanalizasiya şəbəkəsi kvartal daxili, zavod və küçə şəbəkələri adlanır. Kvartaldaxilində çəkilən və bu

kvartaldakı binalarda yaranan çirkli sulan qəbul edən kanalizasiya şəbəkəsi kvartaldaxili adlanır (şəkil 2.2):




Şəkil 2. Kvartaldaxili kanalizasiya şəbəkəsi

Kvartaldaxili şəbəkədən çirkli suyu qəbul edən şəbəkə küçə şəbəkəsi adlanır. Kvartaldaxili şəbəkə nəzarət quyusu (NQ) ilə bitir. Bu quyu kvartaldan kənarda tikintinin qırmızı xəttində quraşdırılır. Nəzarət quyusunun küçə şəbəkəsi ilə birləşdirilən hissəyə birləşdirici boru deyilir.





Yüklə 183,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin