ƏSAS MÜDDƏALAR
Akademik pedaqogikanın müstəqil bir sahəsini təşkil edən ali məktəb didaktikası müasir dövrdə sürətlə inkişaf edən nəzəri-normativ və tətbiqi bir elmdir.
Ali məktəb didaktikası pedaqogikanın və digər elmlərin nailiyyətlərinə istinadən özünün nəzəri və konstruktiv funksiyalarını müvəffəqiyyətlə həll edir: ali təhsil prosesinin struktur və məzmun elementlərinin xarakteristikalarını, ali təhsil müəssisəsində pedaqoji prosesin qanunauyğunluqlarını, didaktik münasibətləri, yeni təlim texnologiyalarını öyrənir, təhsilin məzmununu yeniləşdirmək, təlim vasitələri və metodlarının səmərəliliyini artırmaq istiqamətində dərin elmi tədqiqatlar aparır.
Ali məktəb didaktikası özünün təhsil, öyrətmə fəaliyyəti, öyrənmə fəaliyyəti, təlim, təhsilin məzmunu, didaktik münasibətlər kimi bir sıra spesifik kateqoriyalara malikdir. İntensiv inteqrasiya prosesləri ilə əlaqədar olaraq didaktika digər elmlərin «sistem», «element», «struktur», «funksiya», «formalaşdırma», «dinamik sistem», - «əks əlaqə» və digər anlayışlardan istifadə edərək özünün terminologiya - anlayışlar sistemini daim təkmilləşdirir.
Dostları ilə paylaş: |