Mühazirəçi: baş müəllim İmaməliyev Elçin Qalib oğlu 4-cü mühazirə: Ali məktəb didaktikası


Təhsilin məzmununun müəyyənləşdirilməsinin ümumi əsasları aşağıdakılardır



Yüklə 70,77 Kb.
səhifə6/9
tarix04.04.2022
ölçüsü70,77 Kb.
#54723
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
4-Ali mekteb ped-si- psix-si - MUHAZİRELER

Təhsilin məzmununun müəyyənləşdirilməsinin ümumi əsasları aşağıdakılardır:

humanitarlaşdırma;

diferensiasiya:

inteqrasiya;

yeni informasiya texnologiyaları;

yaradıcı şəxsiyyətin formalaşdırılması.

Təhsilin məzmunu çox komponentli, mürəkkəb sistem olub, bir sıra struktur elementlərindən ibarətdir.

Biliksiz heç bir məqsədəuyğun fəaliyyət mümkün deyil. Aydındır ki, bəşəriyyətin tarix boyu qazanmış olduğu biliklər çox zəngin və müxtəlifdir. Bu məzmunu bütövlükdə cəmiyyət mənimsəyir, hər bir fərd isə yalnız «kiçik bir hissə»ni mənimsəyir. Təhsilin məzmununu elə seçmək lazımdır ki. bu «kiçik hissə» müxtəlif elm sahələrini əhatə etməklə yanaşı, konkret elm sahəsini daha dərindən öyrənməyə, ictimai, sosial, əmək, ailə-məişət həyatına fəal surətdə qoşulmağa imkan versin. Bununla əlaqədar olaraq, təhsilin məzmunu aşağıdakı biliklər blokunu əhatə etməlidir:

• elmləri və ya hər hansı bir konkret elmi;

• həyat və məişət hadisələrini dərk etmək imkanı verən terminologiya sistemini, kateqoriya və anlayışları;

• elmi faktları və obyektiv aləmin faktlarını (faktlarla tanış olmadan elmin qanun və qanunauyğunluqlarını dərk etmək, nəyisə əsaslandırmaq, sübut etmək mümkün deyil. Bunsuz əqidənin inkişafı da qeyri-mümkündür);

• gerçəkliyin müxtəlif cisim və hadisələri arasındakı əlaqə və asılılığı əks etdirən qanun və qanunauyğunluqları;

• elmi nəzəriyyələri;

• şəxsiyyətin real aləmə münasibətlərini, icieallanm, fəaliyyətinin istiqamətlərini, psixoloji durumunu müəyyən edən elmi və sosial ideyaları;

elmin tarixini;

• elmi idrakın metodlarım;

• aksioloji bilikləri (dəyərlər və münasibətlər haqqında bilikləri).

Biliyin qeyd olunan bu blokları təhsil alanlara müxtəlif əlaqələrdə və kompleks şəkildə təqdim olunur, müxtəlif formalar və metodlar vasitəsilə mənimsədilir. Müvafiq nəzəri biliklərin mənimsənilməsi təhsil alanların dünyagörüşünü formalaşdırır, dünyanı dialektik-materialist tərzdə dərk etməyə imkan verir, intellektual və praktik fəaliyyətə hazırlayır.

Hər bir təhsil alan nəzəri bilikləri mənimsəməklə yanaşı, həm də onların tətbiqi bacarıqlarına və vərdişlərə yiyələnməlidir.

Elə bilik və bacarıqlar var ki, onlar yalnız bilikləri tam mənimsədikdən sonra formalaşır. Elə bacarıqlar var ki. onlar nəzəri biliklərin mənimsənilməsi üçün yol açır (məsələn, konspektləşdirmə, icmal, referat, annotasiya, tezis, rəy yazmaq, mövzunu planlaşdırmaq, lüğət və məlumat kitabları ilə işləmək, ədəbiyyat siyahısı hazırlamaq və s.).

• Yaradıcılıq təcrübəsi

Təhsilin məzmununa bəşəriyyətin ictimai-praktik fəaliyyətdə tarix boyu yaratmış olduğu yaradıcılıq təcrübəsi və onun əsas əlamətləri haqqında biliklər daxil edilməli, hər bir təhsil alan şəxsdə yeni problemləri həll etmək, ətraf aləmi yaradıcı surətdə dəyişmək bacarığı formalaşdırılmalıdır.

İnsan əqlini ancaq biliklər sistemi ilə zənginləşdirmək, bacarıq və vərdişlərlə silahlandırmaqla onda yaradıcılıq qabiliyyəti inkişaf etdirmək mümkün deyil. Təhsilin məzmunu elə modernləşdirilməlidir ki, o hər bir təhsil alanı müvafiq bilik, bacarıq və vərdişlər sistemi ilə silahlandırmaqla yanaşı, oıuı (təhsilalanı) həm də yaradıcı fəaliyyətə hazırlasın. Yaradıcı fəaliyyətin əlamətləri aşağıdakılardır:

• məlum bilikləri və bacarıqları yeni şəraitə «köçürmək»;

• tanış situasiyada yeni problemi görə bilmək;

• obyektin yeni funksiyasını aşkar etmək:

• fəaliyyətin məlum qaydalarını kombinə etməklə yeni ləaliyyəl növündə istifadə etmək;

• obyektin strukturunu - komponentlərini, mühüm və ikinci dərəcəli elementlərini, onların əlaqəsini və s. aşkarlaya bilmək;

• alternativ (fransızca alternative: latınca alter-ikisindən biri deməkdir. Biri-birini istisna edən iki, ya daha çox imkandan birini seçmək zərurəti) düşüncə tərzi - problemin müxtəlif həlli yollarını tapmaq, müxtəlif cəhətlərini görmək və s.

Əlbəttə, yaradıcı fəaliyyətin bütün əməliyyatlar sistemini qabaqcadan müəyyənləşdirmək mümkün deyil. Müvafiq əməliyyatlar yalnız fəaliyyət prosesində yaranır və tədricən formalaşır.

İnsanın ətraf aləmlə münasibətlər sistemi onun intellektual sferasının və tərbiyəlilik səviyyəsinin təzahürüdür. Ətraf aləmə münasibət insanın biliklərindən, bacarıqlarından daha çox, onun həyata, əməyə emosional münasibətindən, dəyərlərindən asılıdır. İnsanın gerçəkliyə münasibəti, onun hiss və emosiyaları heç də həmişə malik olduğu bilikləri, yaxud bacarıq və vərdişləri ilə üst-üstə düşmür. Emosional mədəniyyət heç də həmişə təfəkkür mədəniyyətinə uyğun gəlmir. Emosional mədəniyyət biliklərin həcmi və sistemi ilə də ölçülmür. Hisslər, emosiyalar insanın mürəkkəb və müxtəlifçalarlı münasibətlərini daha qabarıq və aydın təzahür etdirir. Hiss və emosiyalar insan fəaliyyətinin son dərəcə qüvvətli stimuludur, davranışının motivlərini müəyyən edən həlledici qüvvədir. Odur ki, təhsilin məzmununa hisslərin, emosiyaların tərbiyəsi kimi zəruri komponent daxil edilir.

Münasibətlər şəxsiyyətin nüvəsini təşkil edir. İnsanın başqa adamlara və özünə, obyekt və hadisələrə, əməyə və s. bəslədiyi münasibət onun şəxsiyyətini xarakterizə edir. Şəxsiyyətin mənlik şüuru və ləyaqəti də nəticə etibarilə onun münasibətləri ilə müəyyən olunur. Deməli, münasibətlər sistemi təhsilin məzmununun mühüm komponentlərindən olub, təhsil alanın emosional mədəniyyətinin, kommunikativ qabiliyyətinin inkişafını təmin edir.

Şəxsiyyətin tələb və arzularına uyğun gələn hər bir şey onun üçün şəxsi məna kəsb edir. Bu, hər şeydən öncə, şəxsiyyətin hiss və emosiyalarında, maraq və meylilərində, həyat mövqeyində, psixoloji durumunda, sosial istiqamətində aydın ifadə olunur.

İnsan öz həyatında, ətraf aləmdə baş verən hadisələri bu və ya digər baxımdan qiymətləndirir, ona öz münasibətini bildirir. İnsan, sosial qrup və cəmiyyət üçün şəxsi və ictimai əhəmiyyət kəsb edən, zəruri olan, tələbat və maraqlarma uyğun yələn, ehtiyaclarım ödəyən hər şey dəyərdir. İnsanın bir şəxsiyyət kimi formalaşmasında dəyərlərin rolu çox böyükdür. Buna görə təhsilin məzmununa həm də aksioloji biliklər daxil edilməlidir

• Mədəniyyət

Hər bir gənc nəsil öz həyatını əvvəlki nəsillərin yaratdığı mədəni mühitdən başlayır. Maddi və mənəvi mədəniyyətin müxtəlif elementlərini mənimsəyən gənc nəsil onu daha artıq zənginləşdirir və inkişaf etdirir. Bəşəriyyətin yaratmış olduğu maddi və mənəvi nemətlərin məcmusunu əks etdirən mədəniyyətin bütün elementlərini mənimsəmək qeyri-mümkündür. Lakin bütün dövrlərin mədəniyyətləri üçün ümumi olan elementlər mövcuddur və bu elementləri təhsilin məzmununa daxil etməklə iradi, əxlaqi, estetik, emosional sferaları inkişaf etmiş mədəni insan tərbiyə etmək mümkündür. İnsanın mədəni-səviyyəsi onun elmi biliklərə, əxlaqi normalara, gerçəkliyin estetik təzahürlərinə, cəmiyyətin sosial-siyasi ideallarına münasibətlərində təzahür edir. Təhsilin məzmunu bilik, bacarıq və vərdisjləri mənimsətmək, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməklə yanaşı, həm də insanın mədəni və tərbiyəlilik səviyyəsinin inkişafını təmin etməlidir.

Motivlərin davamlı sistemi

Motiv (latınca-hərəkətə gətirmək, itələmək deməkdir) - insanın tələbatlarının ödənilməsi ilə əlaqədar olaraq onu fəaliyyətə təhrik edən amildir. Motiv - insan üçün şəxsi məna kəsb edən və fəaliyyətində müəyyənedici rol oynayan təhrikedici qüvvədir. Motiv insanı fəaliyyətə təhrik etməklə yanaşı, həm də onun fəaliyyətinin istiqamətini müəyyənləşdirir. Təhriketmə və istiqamətləndirmə biri-birilə vəhdət təşkil edir və motivin əsas funksiyaları kimi təzahür edir. Motivlər çoxdur. Tələbatlar kimi motivlər də ierarxik quruluşa malikdir. Şəxsiyyət üçün şəxsi məna kəsb edən, onun həyat perspektivlərini ifadə edən motivlər əsas motivlər kimi meydana çıxırlar. Bunu əsas götürərək təhsilin məzmununu elə modernləşdirmək lazımdır ki, insanın dünyagörüşünü, maraqlarını, əqidə və ideallarını formalaşdırmağa və nəticə etibarilə, şəxsiyyətin psixoloji durumunu istiqamətləndirməyə imkan versin.

Məhz təhsilin məzmunu mənimsənildikcə, şəxsiyyətin fəaliyyət dairəsi tədricən genişlənir, o, öz həyat yolunu məq- sədəuyğyn surətdə müəyyən edir, lazım olduqda həyal şəraitini dəyişdirir, həyatın ən mürəkkəb situasiyalarında daxili inamına və əqidəsinə uyğun hərəkət edir. Şəxsiyyət inkişaf etdikcə ictimai münasibətlər sisteminə daha geniş daxil olur, insanlarla və ictimai həyatın müxtəlif sahələri ilə əlaqələri genişlənir və dərinləşir. Bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyərək öz sərvətinə çevirir. Şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə qovuşduqca daha çox müstəqillik kəsb edir. Bunu nəzərə alaraq təhsilin məzmunu elə müəyyənləşdirilməlidir ki, o, təhsil alanlarda fəal həyat mövqeyi formalaşdırsın.

Təhsilin məzmununu təşkil edən bütün struktur komponentləri biri-birilə dialektik əlaqədədir. Bacarıqlar və vərdişlər bu struktura daxil olan biliklər əsasında yaranır. Yaradıcı fəaliyyət məlum bilik və bacarıqlara istinad etmədən mümkün deyil. Tərbiyəlilik səviyyəsi davranışla bağlı bilik və bacarıqlarda özünü göstərir. Motivlərin davamlı sistemi şəxsiyyətin psixoloji durumunu istiqamətləndirir, dəyərlərini zənginləşdirir. Bütün bunlar məcmu halında şəxsiyyətdə fəal həyat mövqeyi formalaşdırır.

Göründüyü kimi, təhsilin məzmununu, sadəcə elmlərin əsaslarını (orta ümumtəhsil məktəblərində), yaxud konkret elmi bilikləri (ali tədris müəssisəsində) öyrənmək, bacarıq və vərdişlərə yiyələnmək prosesi kimi başa düşmək doğru deyil. Təhsilin məzmunu müəyyən edilərkən (istər orta, istərsə də ali məktəblərdə), onun bütün komponentləri və onların qarşılıqlı əlaqəsi nəzərə alınmalıdır.

Olduqca mürəkkəb sistem olan təhsilin məzmunu: təhsil-tərbiyə məqsədləri,iqtisadi, sosial və elmi-texniki nailiyyətlər, sosial və şəxsi tələblər, mədəniyyətin inkişaf səviyyəsi və digər yarımsistemlərdən yaranır və tədriclə təkmilləşərək təhsilin prioritet məqsədlərini reallaşdırmağa imkan verir.

Ali məktəbdə təhsilin məzmununun ınüəyyənləşdirilməsinə tədris materiallarının tələbələr tərəfəindən mənimsənilməsi səviyyələri də əsaslı təsir göstərir.

Pedaqoji cəhətdən əsaslandırılmış, məntiqi şəkildə modernləşdirilmiş və təhsil sənədlərində əks etdirilmiş tədris materialları müəyyənləşdirilərkən üç nisbi müstəqil komponent nəzərə alınmalıdır:

məzmun komponenti;

məntiqi komponent;

psixoloji komponent.

Bu komponentlərin hər biri özünəməxsus məzmuna malikdir və tədris fənninin predmeti, məntiqi, mənimsənilməsi strukturu, təhlili, möhkəmləndirilməsi və aktuallaşdınlması formaları ilə bağlıdır.

Ali təhsilin məzmununda baş verən dəyişikliklər müasir dövrün təhsil tendensiyalarının nəticəsi kimi təzahür edir. Bu tendensiyalar aşağıdakılardır;

Fundamental aspekt. Bu aspekt öz ifadəsini aşağıdakı müddəalarda tapır:

• aparıcı və universal biliklərin optimal mənimsənilməsinin təmin edilməsi;

• qlobal, obyektiv, kompleks tədqiqatların nəticələrinin təqdim edilməsi;

• tələbələrdə abstrakt (mücərrəd) və yaradıcı təfəkkürün formalaşdırılması;

• tələbələrin emosional, iradi, mədəni sferalarının inkişaf etdirilməsi.

Aəzən aspekt. Bu aspekt aşağıdakı müddəalarda ifadə olunur:

• tədris fənlərinin nəzəri-metodoloji əsaslarının müəyyənləşdirilməsi;

• öyrənilən bilik sahələrinin əsas komponentlərinin statusunun müəyyənləşdirilməsi;

• ali təhsilin məzmun strukturunun müəyyənləşdirilməsi.

Humanitar aspekt. Bu aspekt aşağıdakı müddəalarda öz

ifadəsini tapır;

• təhsilin məzmununun ümumibəşəri və ümumimədəni komponentlərinin prioritet inkişafı;

• təhsilin tələbənin şəxsi yetkinliyini təmin etməsi;

• tələbənin özünü və dünyanı dərk etməsində, dünyanın elmi mənzərəsinin formalaşmasında, insanın cəmiyyətlə qarşılıqlı əlaqəsinin dərk edilməsində, bəşəri və milli dəyərlərin mənimsənilməsində, özünütəhsil və özünütəkmilləşdirmə bacarıqlarının formalaşmasında humanitar fənlərin rolunun gücləndirilməsi.

Humanist aspekt. Bu aspekt aşağıdakı müddəalarda ifadə olunur.

• gələcək mütəxəssisdə humanist psixi emosiya formalaşdınlması;

• həyata, yaşayış tərzinə nikbin münasibət, onun mənasını düzgün başa düşmək;

• tələbənin imkan və qabiliyyətlərinin maksimum inkişaf etdirilməsi üçün real şəraitin yaradılması;

• tələbənin baxışlarına hörmət etmək, heç bir elmi nəzəriyyəni, nöqteyi-nəzəri, ideyam məcburi qəbul etdirməmək.

Aksioloji aspekt. Bu aspekt aşağıdakı müddəalarda öz ifadəsini tapır:

• tələbələrdə bəşəri və milli dəyərlərə düzgün yanaşma tərzi formalaşdırmaq;

• təlim-idrak fəaliyyətinə şüurlu münasibət yaratmaq;

• seçdiyi peşənin ümumi və xüsusi dəyərlərini anlatmaq;

• seçdiyi ixtisasın şəxsi və ictimai əhəmiyyətini dərk etdirmək;

• tələbədə konkret obyektə və ya ideala düzgün münasibətin formalaşmasına şərait yaratmaq,

• tələbənin sosial durumunda, həyat mövqeyində, emosiya və hisslərində, maraq və meylilərində özünün aydın ifadəsini tapan və tələbatlarına uyğun gələn dəyərlərin şəxsi məna kəsb etməsinə nail olmaq;

• tələbədə milli mənlik şüuru, ləyaqət hissi, özünüqiymətləndirmə və iddia səviyyəsi, psixoloji müdafiə haqqında aydın təsəvvürlər yaratmaq.

Qnoseoloji aspekt. Bu aspekt təhsil alanların obyektiv varlığı, təbiəti, cəmiyyəti və hadisələri real dərk etməsini təmin etməlidir.

İxtisaslaşma aspekti. Bu aspekt aşağıdakı müddəalarda öz ifadəsini tapır:

• elmi-texniki tərəqqinin müasir vüsətinin ali təhsilin məzmununda nəzərə alınması;

• müvafiq sahə üzrə yüksək ixtisaslı, mükəmməl mütəxəssislərin, ustad peşəkarların hazırlanması.

Bütövlük (tamlıq) va inteqrasiya aspekti. Bu aspekt aşağıdakı müddəalarda ifadə olunur:

• biliklərin sistemli mənimsənilməsi (tamlıq);

• müxtəlif elmlər üzrə bilik sahələrinin vahidliyi (inteqrasiya);

• sistemdaxili (fəndaxili) əlaqə və asılılıqlar;

• sistemxarici (fənlərarası) əlaqə və asılılıqlar.

Variativ aspekt aşağıdakı müddəalarda öz əksini tapır:

• ali təhsil standartlarının çevikliyi;

• tədris proqramınm dövrün tələblərinə, elmin və texnikanın inkişaf səviyyəsinə, ölkə iqtisadiyyatının sifarişinə, dövlət mənafeyinə uyğun olaraq mütəxəssis şəxsiyyətinin intellektual, əxlaqi, iradi, emosional sferalarının inkişafını təmin etməsi;

• dərsiliklərin stabil (dərsliyin sabit əsası olmalıdır) və mobil (dərsliyin əsas konstruksiyasını pozmadan,ona yeni biliklərin, innovasiyaların daxil edilməsi) olması;

• tələbələrin seçiminə əsaslanan əlavə kursların peşə-ixtisas istiqamətində mükəmməl hazırlığı təmin etməsi;

• təhsilalanların fərdi imkanlarının, maraq və meyiliərinin nəzərə alınmasına imkan verən müxtəlif və rəngarəng təlim aiqoritmiərindən istifadə olunması;

• təhsilin həcminin, təlim fəaliyyətinin tempinin və formasının seçilməsində müstəqillik.

Çox mərhdhli vtı fasiləsiz aspekt. Bu aspekt öz əksini aşağıdakı müddəalarda tapır:

• mütəxəssis hazırlığının pilləli təşkili: baza hazırlığı (bakalavriat); tam ali təhsil (magistratura);

• elmi-tədqiqatçılıq fəaliyyətinin magistratura, ixtiraçılıq və doktorantura çərçivəsində davam etdirilməsi.

Təhsil pillələri arasında manesiz keçid, ömürboyu təhsil və özünütəhsil təhsil prosesində fasiləsizliyi təmin edir.

Standartlaşdırma aspekti. Bu aspekt öz ifadəsini aşağıdakı müddəalarda tapır:

• müxtəlif tədris fənlərinin həcminin, səviyyəsinin və xarakterinin müəyyənləşdirilməsi, dövlət təhsil standartlarına əsaslanması;

• təhsilin məzmununda keyfiyyətin təmin edilməsi;

• eyni profilli ali təhsil müəssisələrində vahidliyin təmin edilməsi, başqa sözlə, vahid tədris planları və proqramların yaradılması;

• innovasion texnologiyalar əsasında tədris planları və proqramlarının variativ imkanlarının nəzərə alınması;

• təhsilin məzmununun müxtəlif formalarda reallaşdırılması.

Ali məktəbdə təhsilin məzmununda müxtəlif aspektlər dialektik vəhdətdədir və müasir dövrün tələblərinə uyğun mütəxəssis hazırlığım təmin edir.


Yüklə 70,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin