Multikulturalizm və xarici siyasət.
Multikulturalizm anlayışı dünya siyasətində gənc bir anlayış olmasına
baxmayaraq, bu siyasətlə bağlı müxtəlif fərqli fikirlər və fikir ayrılıqları
mövcuddur.Bir sıra dövlətlər bu siyasəti dövlət siyasəti kimi həyata keçirir və onun
inkişafı üçün daim islahatlar aparırlar, digər qrup dövlətlər isə ümumiyyətlə
multikulturalizm siyasətindən imtina edir və onun uğurlu gələcəyinin olmadığını
iddia edirlər.Başqa bir tərəfdən də aydındır ki, hər hansısa cəmiyyətin mövcud
olması üçün çox əhəmiyyətli olan bir multikulturalizm modeli digər bir cəmiyyət
üçün uyğun model olmaya bilər.
Multikulturalizm siyasətinin təməlində xalqların qarşılıqlı əməkdaşlığı,
tolerantlıq ideyaları və münaqişələrə yol verməmək prinsipləri dayanır.Əsrlər boyu
böyük mədəniyyətlərin qovuşduğu bir diyar olan Azərbaycanda müxtəlif xalqların
və dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində
yaşamışdır.Multikulturalizm ideyaları ölkəmizdə əsrlər boyu formalaşsa da onun
siyasi banisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, 80-ci illərin sonları və 90-cı illərin əvvələrində, Sovet
İttifaqının dağılma ərəfəsində müxtəlif qruplar üçün “milliyətçilik” anlayışı birliyə
çağırış üçün yeganə kateqoriya idi və Avropa dövlətlərindən fərqli olaraq bu,
keçmiş sovet ölkələrində və eləcə də regionumuzda da dramatik toqquşmaların
meydana gəlməsinə səbəb oldu.Bu ölkələrdən biri kimi Azərbaycan da vətəndaş
müharibəsi astanasına gəlib çatmışdı.Ancaq Ümummilli Lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra Azərbaycanın həm daxili həm də xarici siyasətində
köklü dəyişiklər dərhal özünü götərdi.Multikultural, tolerant və humanist
dəyərlərin ana xətt təşkil etdiyi, insan hüquqlarının ali dəyər hesab olunduğu
3
Heydər Əliev siyasəti Azərbaycanı nəyinki vətəndaş müharibəsindən xilas etdi,
hətta Azərbaycanın multikultural dəyərlərini bir model kimi formalaşdırdı.
Bu gün bu siyasət Azərbaycanın dövlət siyasətidir və müstəqillik dövründən
bu günə kimi multikulturalizm sahəsində həyata keçirilmiş islahatlar və atılmış
addımlar bu istiqamətin möhkəmlənməsinə və yeni perspektivlərinin ortaya
çıxmasına xidmət etmişdir.
18 aylıq Xalq Cumhuriyyəti dövrü istisna olmaqla həm Çar Rusiyası zamanı,
həm də Sovet Hakimiyyəti dövründə Azərbaycan müstəqil xarici siyasət yürüdə
bilməmişdir.1991-ci ildən özünün müstəqil xarici siyasi xəttini formalaşdıran
Azərbaycan, multikulturalizmi də xarici siyasətin mühüm amilinə çevirdi.Bu gün
Azərbaycan multikulturalizmi bir model kimi formalaşmış və bu model artıq
dünyaya ixrac olunur.
Milli azlıqlarla bağlı dünyada və xüsusən avropa ölkələrində həyata keçirilən
siyasətə bu günkü qloballaşma konteksində yenidən baxılması ehtiyacını gündəmə
gətirib.İstər ənənəvi milli azlıqlar istər də miqrasiya fonunda formalaşmış yeni
milli azlıqların hüquqlarının tam şəkildə təmin olunması və ayrı-seçkilik hallarının
aradan qaldırılması, separatçılıq hallarının qarşısının alınmasında və dövlətlərin
suverenliyi baxımından həyati önəm daşıyır.
Beynəlxalq aləmdə etimadsızlıq mühitinin hökm sürdüyü, milli dözümsüzlük
və məzhəb ayrı-seçkiliyinin aktuallaşdığı bir zamanda Azərbaycan hakimiyyətinin
milli azlıqlar və dini qruplarla həyata keçirdiyi multikultural siyasət dünya ölkələri
tərəfindən artıq çox böyük bir maraqla öyrənilir.Bu siyasətin həyata keçirilməsi
məqsədi ilə Azərbaycan BMT, AŞ, ATƏT, Aİ, Islam Əməkdaşlıq Təşkilatı və.s
kimi bir çox beynəlxaql təkilatlarla əməkdaşlıq edir və müstəqillik dövründən bu
günə kimi 50 dən artıq beynəlxalq sənədə tərəfdar çıxmış, bu sahədə beynəlxalq
öhdəliyin həyata keçirilməsində mühüm nəaliyyətlər əldə etmişdir.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 1992-ci il mart
ayından BMT-yə üzv seçildi və milli azlıqlar və multikulturalizm siyasəti ilə bağlı
çox mühüm iki konvensiyaya qoşuldu.Bunlar “milli, etnik, dini və dili azlıqlara
mənsub şəxslərin hüquqları ilə bağlı Bəyənnamə” və “İrqi ayrı-seçkiliyin bütün
4
formalarının ləğv olunması haqqında Beynəlxalq Konvensiya” idi.
“Milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı
Bəyənnamə” nin birinci maddəsində qeyd olunur ki, dövlət yuxarıda adı çəkilən
kateqoriyalara mənsub şəxsləri onların yaşadığı ərazilərdə varlıqlarını və məişət
adət ənənələrinin qorunub saxlanılmasına təminatçıdır.Bəyənnamə həmçinin bu
kateqoriyaya mənsub şəxslərə öz mədəniyyətlərini, etiqat etdiyi dini ayinləri
sərbəst həyata keçirməyi, öz dillərindən şəxsi həyatlarında istifadə etmək
hüquqlarını verir.Onlar eyni zamanda hər hansı ayrı-seçkiliyə yol verilmədən öz
qrupları və digər milli azlıqların üzvləri ilə hətta ölkə xaricindən kənarda olsalar
belə sərbəst əlaqələr qura bilərlər.
“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Beynəlxalq
Konvensiya” Azərbaycan Respublikasıda 31 may 1996-cı il 95 İC nömrəli
prezident qanunu ilə təsdiq olunmuş və qüvvəyə minmişdir.Bu Konvensiyada irqi-
ayrı-seçkilik ifadəsi məqsədi, siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın
digər sahəsində insan hüquq və azadlıqlarının bərabər əsasda tanınmasını, ifadə
olunmasını, yaxud həyata keçirilməsini ləğv etmək və ya pisləşdirmək olar, irqi,
dərinin rəngi, nəsil yaxud etnik mənşə əlamətlərinə əsaslanan hər hansı
fərqləndirməni, istisnanı və məhdudiyyəti bildirir.Ancaq dəqiq anlaşılmalıdır ki, bu
konvensiya, onun iştirakçısı olan dövlətlərin, öz vətəndaşları ilə onların
vətəndaşları olmayanlar arasında qoyduğu fərqlərə, istisna və məhdidiyyətlərə
yaxud üstün tutmalara şamil edilmir.
Qeyd etmək lazımdır ki, bu konvensiyada öz əksini tapmış ideya və prinsiplər
Azərbaycan
Respublikasının
həyata
keçirdiyi
siyasətin
əsas
xəttlərindəndir.Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli
sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində “Milli Fəaliyyət Proqramı” təsdiq
edilmişdir. “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında
Beynəlxalq Konvensiya”da öz əksini tapmış hüquqların milli qanunvericilikdə
daha səmərəli qorunması ilə bağlı “Milli Fəaliyyət Proqramı”nın 1.1 və 1.2 –ci
bəndlərini xüsusi ilə qeyd etmək lazımdır.Bu bəndlərdə, Azərbaycan
5
Respublikasının tərəfdar çıxdığı insan hüquqları və azadlıqlarına dair beynəlxalq
müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan
Respublikasının normativ –hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə
uyğunluğunun təmin edilməsi öz əksini tapmışdır.
İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında
Beynəlxalq Konvensiya əsaslanan “bərabərlik hüququ” Azərbaycan
Respublikasının Konstitusiyasının 25-ci maddəsində, Cinayət Məcəlləsində,
Cinayət Prossesual Məcəllədə, Mülki Prossesual Məcəllədə, Ailə, Əmək
məcəllələrində və digər qanunvericilik aktlarında təsbit edilmişdir.Qeyd etmək
lazımdır ki, şəxsin milliyətindən, irqindən, dinindən, dilindən, cinsiyyətindən,
mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi
Dostları ilə paylaş: |