Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri


Yüngül betonda işlədilən materiallar



Yüklə 0,68 Mb.
səhifə20/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   25
Betonlar

1.1. Yüngül betonda işlədilən materiallar

Yapışdırıcı maddə. Yüngül betonun hazırlanmasında port­­­landsement, tezbərkiyən portlandsement və posalı port­land­se­ment işlədilir. Tezbərkiyən portlandsementin tətbiqi yapışdırıcının sər­fini azaltmağa və betonun saxlanma müddətini (qəlibdə) qı­salt­ma­ğa imkan verir. Posalı portlandsement adi portlandsementə nis­bətən tədricən bərkiyir, istilik ayırması azdır, aqressiv mühitin tə­sirinə qarşı daha dayanıqlıdır.


Doldurucular. Yüngül betonların hazırlanmasında, əsa­sən, qey­ri-üzvi məsaməli dolduruculardan istifadə edilir. Lakin bə­zi is­ti­lik- izolyasiya və konstruktiv istilik-izolyasiya yüngül be­ton­la­­rı­nın hazırlanmasında üzvi məsaməli doldurucular: ağac yon­qar­la­rı, pam­bıq çöpləri və s. materiallar işlədilir.
Qeyri-üzvi məsaməli doldurucular təbii və süni dol­du­ru­cu­lara bölünür. Təbii məsaməli dolduruculara dağ süxurlarının (sün­gər, vulkan tufu, balıqqulağılı əhəng daşı və s.) xırdalanması və ələn­­məsindən alınır. Süni məsaməli dolduruculara mineral xam­ma­­lın termiki emal məhsulları və sənaye tullantıları (yanacaq po­sa­­ları və külləri) daxildir.
Məsaməli doldurucuların tökmə sıxlığına görə aşağıdakı mar­kaları vardır (kq/m3 ilə): 100; 150; 200; 250; 300; 350; 400; 500; 600; 700; 800; 900; 1000; 1100 və 1200.
Keramzit çınqılı. Məsaməli doldurucu olub, gilin 1100  12000C temperaturda bişirilib köpdürülməsindən alınır. Köp­mə qa­biliyyyəti olan bütün gillərdən keramzit hazırlamaq müm­­kün­dür. Keramzit çox yüngül və möhkəm doldurucu olub, tök­mə sıx­lı­ğı 250800 kq/m3, möhkəmliyi isə 0,66 MPa-dır. Ke­ram­zitin sət­hin­­də laxtalaşmış qabıq vardır ki, bu da onun şax­ta­ya­da­vam­lı­lı­ğı­nı və möhkəmliyini artırır.
Keramzit qumu. Keramzit çınqılının istehsalı zamanı az miq­darda keramzit qumu (5mm-ə qədər ölçülü) alınır. Bundan baş­qa onu, 50 mm-dən iri keramzit çınqılını xırdalamaq yolu ilə də al­maq olar.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin