Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri


Çoxməsaməli betonların hazırlanması



Yüklə 0,68 Mb.
səhifə24/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   25
Betonlar

3.2. Çoxməsaməli betonların hazırlanması

Çoxməsaməli betonlarda məsamələr iki üsulla əmələ gə­ti­ri­lir: 1) kimyəvi üsul. Bu halda yapışdırıcı maddənin xəmirinə qaz­əmə­ləgətirici əlavə qatılır və qarışıqda kimyəvi reaksiyalar gedərək çox­lu məsamələr alınır; 2) mexaniki üsul. Bu üsulda yapışdırıcının xə­mirinə ayrıca hazırlanmış köpük qarışdırılır.


Qazlı beton. Portlandsement, silisiumlu komponent və qaz­əmələgətirici qarışığından qazlı beton alınır. Qazəmələgətirici mad­də olaraq, sementin kütləsinin 0,10,2%-i qədər götürülən alü­mi­­nium tozundan daha çox istifadə edilir. Alüminium tozu sement bər­kidikdə əmələ gələn kalsium-hidroksidlə reaksiyaya girərək hid­ro­gen qazı ayırır:
3Ca(OH)2 + 2Al + 6H2O = 3CaOAl2O36H2O + 3H2.
Prosesi sürətləndirmək üçün qarışığa sementin kütləsinin 10%-i qədər əhəng əlavə edilir.
Qazlı betonun istehsalı çox sadədir. Bununla bərabər qaz əmə­ləgəlmə prosesinin başlanğıcından sementin tutmasının sonuna qə­dər, yəni 34 saat ərzində qəlibə tökülmüş qarışığa toxunmaq ol­­maz.
Qazlı beton, əksər hallarda avtoklavda 175200 0C tem­pe­ra­turlu doymuş buxarla və 0,81,3 MPa təzyiq altında termik emal edi­lir. Bu zaman silisiumlu komponentlə kalsium-hidroksid ara­sın­da kimyəvi reaksiya gedərək kalsium-hidrosilikat əmələ gəlir ki, bu da betona yüksək möhkəmlik və şaxtayadavamlılıq verir.
Qazlı betonun istehsalında qaz əmələgətirici maddə olaraq per­hidrol (H2O2) da işlədilir. Perhidrol sement xəmiri ilə qa­rış­dı­rıl­dıq­da aşağıda göstərilən reaksiya üzrə oksigen ayrılır:
2H2O2  2H2O + O2.
Perhidrol əlavə edilmiş sement məhlulu çox tez tutur. Qa­zın əmələ gəlməsi dərhal başlanır və 710 dəqiqədən sonra qur­ta­rır. Buna görə məhlulun qəliblərə tökülməsini perhidrol əlavə olu­nan­dan ən geci 3 dəqiqədən sonra qurtarmaq lazımdır.
Köpüklü beton. Sement xəmiri yaxud məhlulunun qa­baq­ca­dan hazırlanmış xüsusi köpüklə qarışdırılmasından köpüklü be­ton alınır. Köpük, kanifol sabunu ilə heyvan yapışqanını yaxud sa­po­ninin sulu məhlulunu mükəmməl surətdə qarışdırmaqla alınır. Bu cür köpük möhkəm quruluşa malik olur, sement xəmiri və məh­­lulu ilə yaxşı qatışır. Alümosulfonaften və hidrolizlənmiş qan pre­paratı yaxşı köpük əmələgətirici hesab edilir.
Köpüklü beton xüsusi köpüklü beton qarışdırıcı ma­şın­lar­da hazırlanır. Həmin qarışdırıcı üç barabandan ibarətdir və hərə­si­nin içərisində pəri olan val fırlanır. Birinci baraban köpük əmələ gə­tirmək, ikincisi sement xəmiri və ya məhlulu hazırlamaq, üçün­cü­sü isə xəmiri köpüklə qarışdıraraq köpüklü beton almaq üçün­dür. Köpüklə sement xəmiri və ya məhlulu 2  3 dəqiqə qarış­dı­rı­lır, sonra isə qəliblərə tökülür.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin