Termozit (posasüngəri). Metallurgiya (adətən, domna) posaları ərintisinin tez soyudulmasından alınan köpmüş yüngül məsaməli materialdır. Posa süngəri parçalarını xırdalayıb ələyərək məsaməli qırmadaş alırlar. Onun tökmə sıxlığı 400800 kq/m3, möhkəmliyi isə 0,42 MPa-dır. Termozit, maye posanı nəm qum üstünə tökmək yolu ilə və mexaniki üsulla xüsusi maşınlarda hazırlanır.
Köpdürülmüşperlitvəobsidian.Perlit və obsidian qara rəngli təbii daş olaraq, çox böyük köpmə qabiliyyətinə malik olan süxurdur. Bu daşları 100012000C temperaturda yandırdıqda tərkibindən asılı olaraq, həcmini 515 dəfə artırır və tökmə sıxlığı 100150 kq/m3 və möhkəmliyi 0,51,3 MPa olan material alınır.
Köpdürülmüş perlit və obsidian istilik-izolyasiya materialı kimi və yüngül betonlar üçün çox yaxşı keyfiyyətli doldurucu kimi istifadə edilir.
Köpdürülmüşvermikulit. Slüdanın bir növü olan vermikulitin termiki emal yolu ilə köpdürülməsindən alınan dənəli materialdır. Bu doldurucudan istilik-izolyasiya yüngül betonunun hazırlanmasında istifadə edilir.
Yanacaqposaları.Antrasit, daş kömür, qonur kömür və başqa növlü bərk yanacaqların yandırılmasından alınan qalıqlara yanacaq posaları deyilir. Parça halında olan kömürdən yanacaq posası, xəkə kömürdən isə yanacaq külü alınır.
Aqloporit. Gilli süxurların 810% bərk yanacaq ilə aqlomerasiya maşınlarında yandırılmasından alınan və dənələrinin ölçüləri 520 mm olan məsaməli doldurucudur. Onun tökmə sıxlığı 400700 kq/m3 və sıxılmada möhkəmlik həddi 0,41,5 MPa-dır. Aqloporit yüngül beton və dəmir-beton üçün ən yararlı doldurucudur.
Əlavələr. Yüngül betonlarda əlavə kimi narın üyüdülmüş domna posaları, dolomit, trepel, opoka, tuf, trass və süngər istifadə olunur. Bundan başqa beton qarışığının bərkiməsini tezləşdirmək üçün ona, sementin kütləsinin 12%-ə qədər kalsium-xlorid qatılır. Yüngül betonun sıxlığını artırmaq məqsədilə məsamə əmələgətirici kimi alüminium tozu, perhidrol və digər əlavələrdən istifadə edilir.
Su. Yüngül betonu hazırlamaq və nəmləndirmək üçün içməli sudan istifadə edilir. Suya olan tələblər adi betonda işlədilən suya olan tələblərnən eynidir.