Sinif rəhbəri şagirdləri öyrənərkən aşağıdakı tələblərə əməl etməlidir:
Öyrənmə tərbiyə və təlimin keyfiyyətinin yüksəlməsini təmin etməlidir;
Öyrənmə planlı və sistematik aparılmalıdır;
Öyrənmənin təbiiliyi, həyatiliyi və obyektivliyi təmin edil-
məlidir;
Şagirdlər fəaliyyətdə öyrənilməli və tərbiyə edilməlidir;
Öyrənmə zamanı müxtəlif metod və tərzlərdən istifadə edilməlidir;
Şagird bütövlükdə və tam öyrənilməlidir.
Bu tələblərin hər biri haqqında müəllim tələbələrə ətraflı iza-hat verməlidir. Adətən, öyrənmə prosesində şagirdin ümumi və so-sial inkişafı, onun mənəvi siması, səciyyəvi xüsusiyyətləri, intizam-lılığı, təlim əməyi, davranış mədəniyyəti və digər keyfiyyətləri aydınlaşdırılır.
Bununla bərabər, məktəblinin həyat və məişət şəraiti ilə tanış olmaq, onun kiminlə dostluq etdiyini, asudə vaxtını necə keçirdiyi-ni, nə ilə məşğul olduğunu aydınlaşdırmaq lazımdır. Şagirdlərin diqqəti, hafizəsi, təfəkkürü və digər psixi proseslərinin xüsusiyyət-ləri də öyrənilməlidir. Sinif rəhbərinin şagirdləri pedaqoji cəhətdən öyrənməsi üçün təqribi planı olmalıdır.
Dostları ilə paylaş: |