Aparılmış elmi tədqiqatlar həmin münasibətlərin aşağıdakı əlamətlərini müəyyənləşdirmişdir:
Kollektivin üzvləri arasında dostluq, mehribanlıq, qarşı-lıqlı anlaşma, bir-birinin qayğısına qalmaq, bir-birinin ehtiyacına, kədərinə və sevincinə şərik olmaq kimi xüsusiyyətlər üstünlük təşkil edir;
Uşaqların bəzilərinin rəftar və hərəkətlərində özünü gös-tərən laqeydlik, lovğalıq, dikbaşlıq, təkəbbürlük, yaxud tənha- lığa meyl kimi mənfi hallar tamam aradan qaldırılır, ya da aşağı səviy-yəyə endirilmiş olur;
Kollektiv, ümumi məqsəd və ideya naminə digər kollek-tivlə qaynayıb qarışmağa səy edir, böyük kollektivlərlə sıx əlaqə saxlayır;
Bütün bu əlamətlər həm eyni kollektivin üzvləri, həm də müxtəlif kollektivlər arasında səmimi ülfət yaradır, işgüzar ünsiy-yəti və ümuminin xeyrinə olan işlərdə bərabər iştirak etmək meylini formalaşdırır, həmin keyfiyyətlərə emosionallıq verir və onları ide-ya zənginliyi ilə cilalayır. Bu sahədə daha yaxşı nəticələr qazan-maqdan ötrü hər bir şagirdin güclü və zəif cəhətlərini nəzərə al-maqla kollektivin bütün üzvlərinə eyni gözlə baxmaq lazımdır.
Kollektivin şagird şəxsiyyətinə tərbiyəvi təsirinin psixoloji mexanizminə gəldikdə, bu belədir: kollektiv öz üzvünün, yəni şagir-din hərəkətini bəyənib təqdir edəndə, tərifləyib yüksək qiymətlən-dirdikdə uşaq (şagird) sevinir və bu sevinc hissini təkrar-təkrar ya-
şamaq üçün səyini, qüvvəsini həmişə yaxşı iş və hərəkətlərə sərf edir.
Kollektiv öz üzvünün hərəkətini tənqid etdikdə, pislədikdə isə uşaq (şagird) utanır, xəcalət çəkir, belə vəziyyətə bir daha düşmə-məkdən ötrü pis hərəkətlərdən çəkinir. Məktəbdəki müxtəlif növ şa-gird kollektivləri demokratik əsasda, özünüidarə prinsipi üzrə fəaliyyət göstərir.
Həmin təşkilatlara rəhbərlik işini əsas etibarı ilə onların özlə-rinin seçdikləri müvəkkillər və təşkilatlar həyata keçirir. Məsələn; tədris-təlim kollektivinə-şagird komitəsi, şagird əmək kollektivinə - həmin kollektivlərin şuraları və müvəkkilləri; dərnəklərə, bölmə və klublara isə onların seçdikləri şuralar və səlahiyyətli şəxslər rəh-bərlik edirlər.
Ancaq bu heç də şagird kollektivinin işinə müəllimin pedaqoji rəhbərliyini istisna etmir. Uşaq kollektivləri öz işlərinin məzmun və məqsədini, təşkili formalarını, istiqamətlərini, həyata keçirmə üsul-larını, metodikasını dəqiq müəyyənləşdirməkdə daha təcrübəli şəxs olan müəllimlərin köməyinə möhtacdır.
Əks halda onlar belə məsələlərdə müəyyən səhvə yol verə bilərlər. Digər tərəfdən, şagird kollektivləri müəllimlərlə əlaqə sax-lamasalar, öz işlərini onların tərbiyəvi təsiri ilə uzlaşdırmasalar, bir-birinin köməkçisi olmazlar və hərtərəfli inkişaf etmiş şəxsiyyət-lər yetişdirmək vəzifəsini lazımi səviyyədə yerinə yetirə bilməzlər.
Uşaq kollektivinə səmərəli rəhbərliyin bir mühüm şərti də şagird fəalları ilə müntəzəm iş aparmaqdan, “vəzifəli” şagirdlərə öz səlahiyyətlərini, işlərinin mahiyyətini və metodikasını dərindən başa salmaqdan ibarətdir.
Bu məqsədlə şagird kollektivi orqanlarına seçilmiş uşaqlara təlimatlandırıcı söhbət və seminarlar təşkil etmək, məsləhətlər ver-mək, onların iştirakı ilə kollektiv müzakirələr keçirmək, belə uşaq-lar arasında təcrübə mübadiləsi aparmaq kimi üsullardan geniş isti-fadə edilməlidir.
Ənənələrdə kollektivin ümumi zövqü və ictimai rəyi daha tam həyata keçirilir. Kollektiv mütəşəkkil, idarə orqanlarına malik, inti-zamlı və məsuliyyət hiss edən qrupdur. Kollektiv sağlam bəşər cəmiyyətində ictimai orqanizmdir. Kollektivin gücü ilə uşaqlarda olan yaxşı cəhətləri aşkar etmək olur. Uşaqlarda daha yaxşı, daha maraqlı cəhətlər layihə halında nəzər almaq, görmək kimi bacarıq-ları tərbiyə edir. Kollektiv hər bir şagirddə gizli halda olan qurucu-luq qüvvəsinin üzə çıxmasına, inkişaf etməsinə şərait yaradır. Odur ki, kollektiv üzvləri kollektivin mənafeyini həmişə üstün tutmalıdırlar.