Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi


Sinif rəhbərinin işinin səciyyəvi xüsusiyyətləri



Yüklə 0,91 Mb.
səhifə122/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   118   119   120   121   122   123   124   125   ...   130
Pedaqogika mühazirələr

28. Sinif rəhbərinin işinin səciyyəvi xüsusiyyətləri
Sinif rəhbərinin işi fənn müəllimlərinin, habelə pedaqoji kol-lektivin digər üzvlərinin işindən özünəməxsusluğuna görə fərqlənir.
Sinif rəhbərinin işinin səciyyəvi xüsusiyyətlərinə aşağıdakı-lar daxil edilə bilər:

  1. Sinif rəhbəri həm rəhbər-tərbiyəçi, həm də müəllim kimi

özünü şagirdlərdə təkrar etdirir, mənəvi keyfiyyətlərini öz yetirmə-lərinin mənəviyyatında davam etdirir;




  1. Sinif rəhbəri şagirdlərin ictimai həyatda müvafiq mövqe tutmalarına, xalqa fayda verən bir qüvvəyə çevrilmələrinə kömək edir, hər bir şagirdi “yer üzünün əşrəfi” səviyyəsinə qaldırmağa çalışır;




  1. Həmin fəaliyyətin son dərəcə çətin və mürəkkəb iş olması;




  1. Öz fəaliyyətində müvəffəqiyyət qazanmaq üçün sinif rəhbəri şagirdlərin hamısının yaş və fərdi xüsusiyyətlərini nəzərə almalı, uşaqlara olan tərbiyəvi təsirləri səriştəli dirijor kimi vahid məqsədə yönəltməli, müxtəlif vasitə, yol və üsulların optimal variantlarını tapmalıdır.




  1. Tərbiyəvi işdə hazır reseptlərlə işləmək olmaz. Bu sahədə iki eyni hadisəyə təsadüf etmək qeyri-mümkündür. Oxşar hadisələrin özlərinə də eyni cür yanaşmaq eyni nəticə vermir. İşin hər addımında sinif rəhbərindən zəngin erudisiya, böyük yaradıcılıq və pedaqoji səriştə tələb olunur;




  1. Fəaliyyətin özünəməxsusluğunun bir cəhəti də bu fəaliy-yətin son dərəcə məsuliyyətliliyidir. Uşaqların tərbiyəsində səhvə, məsuliyyətsizliyə yol verilsə, bu bizim gələcək ağrı-acılarımıza səbəb ola bilər.



363


Şagirdlərin hərtərəfli, məqsədyönlü öyrənilməsi sinif rəhbər-lərindən zəngin pedaqoji məharət və ustalıq tələb edir. Buna görə də işgüzar sinif rəhbərləri gündəlik yazır və orada təlim-tərbiyə prose-sində rastlaşdıqları maraqlı pedaqoji situasiyaları, faktları müqayisə, təhlil-tərkib edib ümumiləşdirmələr apararaq zəruri pedaqoji nəticə-lər çıxarırlar.
Sinif rəhbəri şagird şəxsiyyətini bütövlükdə öyrənməlidir.

Çünki şəxsiyyət hisssə-hissə deyil, tam şəkildə formalaşır.



  1. Sinif rəhbəri bir dirijor kimi şagirdlərlə, valideynlərlə, sinifdə işləyən müəllimlərlə vahid məktəb sisteminin ayrı-ayrı vasitələrinin işini idarə edir və tənzimləyir. Deməli, sinif rəhbərinin məktəbdə fəaliyyəti pedaqoji kollektivin digər üzvlərinin işi ilə müqayisədə özünəməxsusluğu ilə fərqlənir. Sinif rəhbəri şagirdin qəlbinə nə qədər dərindən nüfuz edərsə, şagirdlərlə onun arasındakı münasibətlər bir o qədər pozitiv xarakter alar.




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin