Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə52/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   130
Pedaqogika mühazirələr

Müəllimin aktyorluq qabiliyyəti. Aktyor və müəllimin fəaliyyətində oxşar cəhətlər çoxdur. Hər ikisinə tərbiyəçi desək, olar. Müəllim məktəbdə, aktyor isə teatrda tərbiyə işi ilə məşğul olur. Aktyor səhnədən dinləyicilərə, tamaşaçılara, onların hisslərinə və şüuruna təsir göstərir. Müəllim isə bu vəzifəni sinif otaqlarından yerinə yetirir.

Həm aktyor, həm də müəllim insanlar qarşısında çıxış edir. Hər ikisinin özünəməxsus auditoriyası vardır. Aktyor da, müəllim də başlıca olaraq söz vasitəsilə öz dinləyicilərinin şüuruna, qəlbinə yol tapmağa çalışır.
Müəllim də bir aktyor məharəti ilə onu dinləyənləri müəyyən haldan – hala sala bilir, onlara müəyyən emosional təsir göstərir. Beləliklə, deyə bilərik ki, müəllim aktyorluq qabiliyyətinə malik olmalıdır. Aktyorluq qabiliyyətinə malik olmadan uğurlu müəllim-lik fəaliyyətini yerinə yetirmək olmaz.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin