Müəllimin tədqiqatçılıq qabiliyyəti-pedaqoji situasiyalarıvə prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
Müəllimin elmi-idraki qabiliyyətləri (akademik qabi-liyyət) -seçdiyi sahə üzrəelmi bilikləri mənimsəməqabiliyyətidir.
Müəllimin praktik fəaliyyəti üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər var-dır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilat-çılıq qabiliyyətləri aparıcıdır, qalanları isə köməkçi hesab olunur .