Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə61/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   130
Pedaqogika mühazirələr

14. Didaktika nəzəriyyəsi

“Didaktika” termini pedaqogika elminə XVII əsrdə daxil ol-muşdur. Didaktika yunan sözü olub, hərfi mənası “öyrədirəm” de-məkdir. Bu termin ilk dəfə alman pedaqoqu Volfranq Ratke (1571-1635) və çex pedaqoqu Yan Amos Komenski (1592-1670) tərəfin-dən işlədilmişdir. Müxtəlif müəlliflər didaktikanın məzmununu fərqli izah etmişdir. V.Ratkenin fikrincə, didaktika elmləri, dilləri və incəsənəti öyrətmək məharətidir. Y.A.Komenskiyə görə, didakti-ka hər şeyi hamıya öyrətmək sənətidir. Didaktikanı bəzi müəlliflər təhsil nəzəriyyəsi, bəzi müəlliflər isə təlim nəzəriyyəsi kimi izah etmişlər.

Didaktikanın “Nə öyrətməli?”, “Necə öyrətməli?” kimi baş-lıca suallarına ilk cavabı şifahi xalq yaradıcılığı nümunələrində, ata-lar sözləri və zərbil-məsəllərdə, nağıl və dastanlarda tapmaq müm-kündür. Didaktik məsələlərə Sokrat, Platon, Aristotel, Seneka, Sise-ron, Nizami, Rable, Monten, Ə.Təbrizi, Ə.Marağalı, Farabi, Bəh-mənyar, Nəsirəddin Tusi, Y.A.Komenski, İ.H.Pestalotsi, J.J.Russo, İ.F.Herbart, K.D.Uşinski, M.F.Axundov, H.B.Zərdabi, Con Dyui, G.Kerşenşteyner, A.Disterveq, Ceron Bruner və bir çox başqaları diqqət yetirmiş və faydalı fikirlər söyləmişlər.

Pedaqoji fikir tarixində Y.A.Komenski didaktikanın əsasını qoymuşdur. Y.A.Komenski “Böyük didaktika” əsərini yazmaqla didaktikanın “elmi-pedaqoji-metodik” sistemini yaratmışdır.


1632-ci ildə çex dilində yazılmış və ilk dəfə olaraq 1657-ci il-də Amsterdamda latın dilində çap olunmuş “Böyük didaktika” elə bir tarixi şəraitdə yazılmışdır ki, bu zaman feodalizm cəmiyyətində məktəblərin böyük əksəriyyəti monastr və kilsələrə məxsus idi. Bu məktəblərdə başlıca olaraq din öyrədilirdi, digər fənlərin (qrammati-ka, ritorika, dialektika, hesab, coğrafiya, astronomiya, musiqi) mate-rialları isə dini aspektdə tədris olunurdu, təlim metodları ehkam xa-rakteri daşıyırdı. O yalnız yaddaşın köməyi ilə biliklərin mənimsə-nilməsinə və onların şagirdlər tərəfindən müstəqil mühakimələrsiz qəbul edilməsinə əsaslanırdı. Biliklərin belə mənimsənilməsi əzbər-çilik adlanırdı. Öyrənənlər kilsə kitablarının mətnlərini başa düşmə-dən, onları dəfələrlə təkrarlamaq yolu ilə mexaniki qaydada öyrən-məyə çalışırdılar. Şagidlərin müstəqil fikrinin təzahürü nəinki qiy-mətləndirilmirdi, həm də küfr kimi qəddarcasına cəzalandırılırdı. Şagirdlərdə təlimə maraq oyadılmasında başlıca vasitə məcburilik idi. Təhsilin, təlimin belə sxolastik forması hakim dairələrin ideolo-giyasına xidmət edirdi. Ona görə də kütləvi təhsil forması heç cürə təşəkkül tapa bilmirdi.
Y.A.Komenskinin ideyaları orta əsrlərə məxsus məktəblərdə sxolastikanı inkar edərək, yeni tipli məktəbin yaranma zərurətini irəli atdı. Y.A.Komenski pedaqoji fikir tarixinə böyük məktəb isla-hatçısı, novator pedaqoq kimi daxil olmuş, pedaqogikanın bir elm kimi formalaşmasını təmin etmiş aşağıdakı məsələləri işləmişdir:


  1. təlimin ana dilində aparılması ideyasını irəli sürmüşdür;




  1. yaş dövrlərini müəyyən etmişdir. O, yaş dövrlərini hər biri altı illə əhatə olunan dörd qrupa bölmüşdür: a) uşaqlıq dövrü (0-6 yaş), ana qucağı məktəbi; b) yeniyetməlik dövrü (6-12 yaş), ana dili mək-təbi; c) gənclik dövrü (12-18 yaş), latın dili məktəbi və ya gimnaziya-lar; ç) kamillik dövrü (18-24 yaş) institutlar, akademiyalar, səyahət-lər. O, hər bir yaş dövrünün özünəməxsus xüsusiyyətlərini “Ana qu-cağı məktəbi”, “Böyük didaktika”, “Dillərə açıq qapı” adlı əsərlərin-də geniş şərh etmişdir.

Y.A.Komenskinin didaktikasının əsas müddəaları ilə bağlı belə ümumiləşmə vermək olar:


  1. təlimin sinif-dərs sistemini irəli sürmüş, dərsin əlamətlərini, təşkili xüsusiyyətlərini “Böyük didaktika” əsərində təhlil etmişdir, hamının təhsil almasını zəruri saymışdır.




  1. təlimin prinsipləri və metodlarını əsaslı şəkildə işləmiş, tə-limdə şüurluluq və fəallıq, əyanilik, biliklərin möhkəmləndirilməsi kimi prinsipləri geniş təhlil etmişdir.




  1. tədris ilini müəyyən etmiş, onu rüblərə bölmüş, hər rübdə tə-tillərin verilməsini zəruri saymış, məcburi məşğələnin, dərsin aşağı siniflərdə dörd, yuxarı siniflərdə 5-6 saat (45 dəqiqə olmaqla) apa-rılmasını, tədris ilinin sentyabrda başlayıb iyunda qurtarmasını zə-ruri saymışdır.




  1. şəkilli dərslik - “Real aləm şəkillərdə” adlı kitab yazmış, hə-min kitabda 150 şəkil əsasında 150 dərsin təşkili məsələlərini işlə-mişdir.




  1. müəllim, onun şəxsiyyəti, mənəvi dəyərləri haqqında qiymətli fikirlər söyləmiş, müəllimi günəşə, memara, bağbana bənzətmişdir.




  1. tərbiyənin məqsədi, məzmunu, metodları haqqında bu gün də əhəmiyyətini itirməyən fikirlər irəli sürmüşdür.




  1. məktəb dərslikləri, onların tərtibi prinsipləri haqqında oriji-nal fikirlər söyləmişdir. Dərslikləri “Qızıl gül bağı”, “Bənövşə”, “Səhər”, “Qapı”, “Darvaza” və s. adlandırmağı məsləhət bilmişdir.




  1. ailə tərbiyəsinə geniş yer vermiş, uşağı qızıldan qiymətli, şü-şədən kövrək adlandırmış, ana südünü ən müqəddəs qida hesab et-mişdir. O, ailə tərbiyəsinə dair qiymətli fikirlərini “Ana qucağı mək-təbi” əsərində vermişdir.




  1. müharibələrin əleyhinə olmuş, qılınc və oxları orağa çevir-məyi zəruri saymış, insanlığın xoşbəxtliyini, normal yaşayışını tə-min etmək üçün hərbi cəbbəxanaları dağıtmağı irəli sürmüşdür. O, bu kimi ictimai-fəlsəfi fikirlərini “Dünyanın dolaşıq yolları” adlı əsərində şərh etmişdir.

Y.A.Komenski ideyalarını tənqidi nöqteyi-nəzərlə inkişaf et-dirərək Pestalotsi, Herbart, Uşinski, Disterveq və başqaları didakti-kaya önəmli töhfələr verə bilmişlər.

Pedaqogikanın formalaşmış sahələrindən biri olan didaktika özü qollara şaxələnmişdir: ümumi didaktika, xüsusi didaktika, mək-təbəqədər təlim-tərbiyə didaktikası, məktəb didaktikası, ilk-peşə ix-tisas məktəbi didaktikası, orta ixtisas məktəbi didaktikası, ali mək-təb didaktikası, hərbi təhsil didaktikası, yaşlıların təhsili didaktikası, xüsusi məktəb didaktikası, ixtisasartırma didaktikası, əlahiddə didak-tika və s.

Ümumi didaktika təlim və təhsil haqqında nəzəriyyə kimi başa düşülür. Didaktikanın tədqiqat obyekti təhsil prosesidir. Onun predmeti isə didaktik münasibətlərdən, bu münasibətlərin mücərrəd səviyyədə modelləşdirilməsindən ibarətdir. Didaktika müəllimin rəhbərliyi altında verilən təhsil növünü (yəni təlimi) “müəllim-va-sitə-şagird” (və ya tələbə) sistemi dairəsində tədqiq edir, müstəqil təhsili isə “öyrənən-material” sistemi çərçivəsində araşdırır. Təlim–tərbiyə müəssisələrində təhsil müəllimin rəhbərliyi altında verildi-yindən orta məktəb didaktikası, əsasən təlim haqqında nəzəriyyə he-sab edilir.

Ümumi didaktika təlim prosesinin obyektiv qanunauy-ğunluqlarını, onları şərtləndirən amilləri üzə çıxarmağa çalışır. Söhbət bu və ya digər fənnin, yaxud bir qrup fənnin tədrisi qanunauy-ğunluqlarından deyil, bütün fənlərin tədrisinə xas olan ümumi qanu-nauyğunluqlardan gedir. Ümumi didaktika müəyyən etmişdir ki, məsələn, bütün fənlərin tədrisində təkrar olunan səciyyəvi hallar vardır; müəllim və şagird fəaliyyətinin bir-birini şərtləndirməsi, təd-ris vəzifələrini şagirdlərin başa düşməsinə müəllimin rəhbərliyi; təd-ris vəzifəsinə uyğun gələn obyektlərin əlamətlərinə aid şagirdlərdə təsəvvürlərin əmələ gəlməsi və bu əsasda anlayışların formalaşdırıl-ması; təlim zamanı formalaşan anlayışların əməli işə tətbiqi; biliyin tətbiqi zamanı bacarıq və vərdişlərin formalaşması və s.
Xüsusi didaktikaların (bunlara çox vaxt “metodikalar” deyirlər; bəzi ədəbiyyatda “xüsusi didaktika” əvəzinə “fənn didaktikası” anlayışı da işlədilir, təbii ki, “ümumi didaktika” anlayışı ilə yanaşı “xüsusi didaktika” anlayışının işlənilməsi daha məntiqidir) vəzifəsi konkret fənlərin təlimi xüsusiyyətlərini meydana çıxarmaqdan iba-rətdir. Ümumi didaktika ayrı-ayrı fənlərin tədrisi metodikasına və xüsusi didaktikaya əsaslansa da, onlara xas spesifik halları özündə ehtiva etmir. Halbuki, konkret fənni (məsələn, botanikanı, zoologi-yanı, insan anatomiyası və fiziologiyasını, ümumi biologiyanı) təd-ris edən müəllim üçün iki cəhəti: ümumi didaktikanın müəyyənləş-dirdiyi qanunauyğunluqların konkret fənnin tədrisində necə təzahür etdiyini və konkret fənnin tədrisi üçün səciyyəvi olan qanunauyğun-luqları bilməsi daha vacibdir. Xüsusi didaktikaya, məsələn, bioloji fənlərin tədrisi problemlərini ümumiləşmiş şəkildə əhatə edən biologiyanın tədrisi metodikası, fizikanın ayrı-ayrı sahələrinin tədrisi məsələlərini əhatə edən fizikanın tədrisi metodikası və s. aiddir .
Ümumi didaktika bütün xüsusi didaktikaları ümumiləşmiş şə-kildə özündə birləşdirir və onların özəyinə çevrilir, fənlərin tədrisinə vahid mövqedən yanaşılmasına imkan verir.


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin