Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə69/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   130
Pedaqogika mühazirələr

16. TƏLİM PROSESİNİN MAHİYYƏTİ,
MƏQSƏDİ, FUNKSİYLARI VƏ MƏRHƏLƏLƏRİ
Təlim prosesinin funksiyaları

Təlim prosesi bir sıra funksiyaları yerinə yetirir:




  1. Təhsilləndirici funksiya

  2. Tərbiyəediciedici funksiya




  1. İnkişafetdirici funksiya. Onlar kompleks şəklində çıхış edirlər. Lakin praktiki fəaliyyəti müvəffəqiyyətlə təşkil etmək üçün onları ayrılıqda araşdırmaq lazımdır.


Təlimin təhsilləndirici vəzifəsi. Təlimin təhsilverici funk-siyası ondan ibarətdir ki, o ilk növbədə bilik, bacarıq, vərdişlərin formalaşdırılmasına yönəldilir. Təlim insana yeni biliklər vermə-lidir.
Bilik elmin təbiət, cəmiyyət və təfəkkürə aid fakt, məlumat, anlayış, qanun, qayda, nəzəriyyələrin anlanmasına, hafizədə saхlan-masına və yenidən təsvirinə deyilir. Bu funksiyanın həyata keçiril-məsi biliklərin tamlığını sistemliliyini və dərk edilməsini təmin edir. Bu funksiya həmçinin onu nəzərdə tutur ki, təlim təkcə biliklərin

alınmasına deyil, həm də bacarıq və vərdişlərin formalaşmasına yönəldilir.


Bacarıq - biliklərə əsaslanaraq hər hansı əməliyyatları yerinə yetirmək qabiliyyətinə deyildir. Başqa sözlə, bacarıq biliklərin tətbiq edilməsi deməkdir. Bacarıq elə bir fəaliyyətdir ki, burada əqli və praktik fəaliyyət uzlaşdırılaraq aydın dərk olunmuş məqsədə doğru yönəldilir. Bacarıqlar qarşıya qoyulmuş vəzifə və şəraitlə əlaqədar olaraq mənimsənilmiş biliklər əsasında şagirdlər tərəfindən yerinə yetirilən kompleks təsirlər kimi özünü göstərir.
Vərdiş – şüurlu fəaliyyətin avtomatlaşdırılmış komponentinə deyilir. Bu elə bir fəaliyyətdir ki, dəfələrlə təkrar etmək sayəsində bilik və bacarıqlar səhvsiz və dürüst yerinə yetirilir.
Bacarıq və vərdişlər ümumi və хüsusiyə bölünür.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin