Bilik, bacarıq və vərdişlərin tətbiqi.
Əsaslı şəkildə dərk edilən bilik və bacarıqlar sonra möhkəm-ləndirilir. Öyrənilən bilik və bacarıqların möhkəmləndirilməsinə eh-tiyac vardır. Məlumdur ki, şagirdlər tədris materialını anlayır və hət-ta dərk edir, lakin bir müddətdən sonra onu unuda bilir. Biliyin yad-dan çıxması isə təfəkkür prosesini, mühakiməni çətinləşdirir. Hafi-zəsində lazımınca bilik ehtiyatı olmayan şagirdin fikri səthiliyi ilə fərqlənir. Möhkəmlətmə tədbirləri biliklərin hafizədə uzun müddət qalmasına və təfəkkürün zənginləşməsinə imkan verir. Öyrənilən biliklərin yaddaqalma müddəti möhkəmlətmə sayəsində xeyli artır və idrakın sonrakı mərhələsi üçün etibarlı zəminə çevrilir. Bütün bunlara görə də təlim zamanı bilik və bacarıqların möhkəmləndi-rilməsi zəruri olur.
Tədris materiallarının yenidən götür-qoy edilməsi, onun şüur-lu təkrarı, bəzi anlayışların, ümumiləşmələrin, əlaqələrin, isbatların, qaydaların, qanunların və s. vaxtaşırı yada salınması müəllimdən xüsusi vaxt və qayğı tələb edir.
Dostları ilə paylaş: |