Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.
Şagirdlərin tədris fəaliyyətinə nəzarət təlimin vacib mərhələlə-rindən biridir. Təlim zamanı şagirdlərin mənimsəmə fəaliyyətinə nəzarət imkan verir ki, müəllim onların bilik və bacarıqlarının möv-cud vəziyyətindən hali olsun, ehtiyac duyan, çətinlik çəkən şagird-lərə lazımi köməklik göstərsin, müvafiq istiqamət versin; yaxud dərsdən sonra belə şagirdlərlə fərdi şəkildə əlavə iş aparsın. Şa-girdlərin tədris fəaliyyətinə lazımınca nəzarət etməyən, onların mə-nimsəmə səviyyəsini üzə çıxarmayan və həmin səviyyənin necəliyi-ni sonrakı işində nəzərə almayan müəllim təlimdə tam müvəffəqiy-yət qazana bilmir.
Dostları ilə paylaş: |