Təlimdə müvafiqlik prinsipi. Məlumdur ki, təlim-tərbiyə praktikasında iki mühüm tələb gözlənilir: 1) şagirdlərin yaş inkişa-fının qanunauyğunluqları nəzərə almaq; 2) təlim-tərbiyə prosesini şagirdlərin inkişaf səviyyəsinə uyğun olaraq təşkil etmək və həyata keçirmək. Təlimin müvafiqlik prinsipi bu tələblərdən formalaşmış-dır. Təlimin müvafiqliyi məktəblilərin yaş xüsusiyyətləri ilə müəy-yən olunur və onların fərdi xüsusiyyətlərindən asılıdır. Eyni zaman-da müvafiqlik tədris prosesinin təşkilindən, müəllimin tətbiq etdiyi metodlardan, şəraitdən asılı olaraq təmin olunur, təlimin əvvəlki vəziyyəti ilə müəyyən edilir. Məktəblilərin əqli inkişaf səviyyəsi, təsəvvür və anlayışlar ehtiyatı nə qədər yüksək olarsa, yeni bilikləri öyrənən zaman onlar daha çox uğur qazana bilərlər. Təlimdə çə-tinlikləri tədricən artırmaq və onları aradan qaldırmağa alışdırmaq şagirdlərin inkişafına və onlarda müsbət əxlaqi keyfiyyətlərin for-malaşmasına ciddi təsir göstərir. Təlimin optimal çətinlik səviy-yəsində qurulması onun sürətinə və səmərəliliyinə, biliklərin key-fiyyətinə müsbət təsir edir.
Müvafiqlik prinsipini həyata keçirərkən əsas diqqəti şa-girdlərin idrak fəaliyyətinin idarə olunmasına verin: pis müəllim hə-qiqəti söyləyir, onu başa düşməyə qoymur, yaxşı müəllim həqiqəti tapmağı öyrədir, onu axtarıb tapmaq prosesini asanlaşdırır. Müvafiqlik heç də asan təlim etmək deyil və müəllimin funksiyası heç də müstəqil bilik əldə etmək, onu dərk etmək və mənimsəmək üçün şagirdlərin əməyini daim yüngülləşdirməkdən iba-rət deyil: kömək etmək, istiqamətləndirmək, aydın olanın köməyi ilə aydın olmayanı açıb göstərmək, müstəqil təhlil üçün kiçik bir yol açmaq, bəyənmək bütün bunlar yaşamüvafiq təlimdə adi iş tərzidir.
Müvafiqlik iş qabiliyyəti ilə bağlıdır: iş qabiliyyətini inki-şaf və məşq etdirməklə şagirdləri daha uzun sürən və intensiv fikri fəaliyyətə alışdırın. İş qabiliyyətini yüksəltməklə siz təlimin müva-fiqliyi üçün maneələri azaltmış olarsız.