Nəzarətin müxtəlif növləri var: gündəlik nəzarət, tematik nəzarət, dövrü nəzarət, yekun nəzarət. Şagirdlərin tədris fəaliyyətinənəzarət onun xüsusiyyətlərini qiymətləndirmək və hesaba almaqla üzv şəkildə əlaqədardır.
Nəzərə alınmalıdır ki, şərh olunan mərhələlər təlim prosesində bir-birindən tam ayrılıqda cərəyan etmir, onlar bir-biri ilə qarşılıqlı əlaqədə olur, hətta bir-birinə çevrilə bilir, biri digərində iştirak edir.
Təlim mərhələlərinin ardıcıllığına müəllim yaradıcılıqla yana-şır. Çünki fənnin və mövzunun, habelə qarşıya qoyulmuş didaktik vəzifənin xarakterindən asılı olaraq mənimsəməni cisim və ha-disələrin qavranılmasından deyil, anlayışların dərk olunmasından başlamaq, təlimin hansısa mərhələsini adlamaq mümkün olur. Təl-imdə bu cəhət də nəzərə alınmalıdır.