Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə78/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   130
Pedaqogika mühazirələr

Şüurluluq və fəallıq prinsipi təlim prosesində şagirdlərin fəaliyyətinin xarakterini, onların təlimə münasibətini əks etdirir. Bu prinsipin əsasına aşağıdakı müddəaları qoymaq olar:


  1. Gərgin şəxsi əqli fəaliyyət yolu ilə mənimsənilmiş biliklər insanın aldığı təhsilin mahiyyətini təşkil edir.




  1. Şagirdlərin bilikləri şüurlu mənimsəməsi bir sıra şərtlərdən və amillərdən asılıdır: idrak motivlərindən; şagirdlərin idrak fəallı-

ğının səviyyəsi və xarakterindən; təlim-tərbiyə prosesinin təşkilinin səviyyəsindən və xarakterindən; şagirdlərin idrak fəaliyyətinin idarə olunmasından; müəllimin təlimdə tətbiq etdiyi metod və vasitələr-dən və s.




  1. Məktəblinin şəxsi idrak fəallığı onun oxuması üçün mühüm amildir və tədris materialının mənimsənilməsinin sürətinə, dərinliyinə və möhkəmliyinə həlledici təsir göstərir.

Bu aparıcı prinsipdir, şagirdlərin idrak fəaliyyətinə və bu fəa-liyyətə rəhbərlik işinə başlıca istiqamət verir. Müasir məktəbdə bu prinsipin təlim prosesində həyata keçirilməsi sözün həqiqi mənasın-da təlim və öyrənmənin müvəffəqiyyətini təmin edir, çünki bu, təli-min başlıca vəzifələrinin yerinə yetirilməsinə imkan verir.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin