Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə80/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   130
Pedaqogika mühazirələr

Təlimdə möhkəmləndirmə prinsipi yeni həqiqətlərin kəşfinə deyil, artıq kəşf olunmuş həqiqətlərin mənimsənilməsinə yönəldilən öyrənmənin xüsusiyyətlərini səciyyələndirir. Bu proses yalnız əv-vəllər əldə edilmiş olan bilik, bacarıq və vərdişlərin kök salıb bər-kiməsi əsasında təkmilləşdirilə bilər.
Tamamilə haqlı olaraq yaddaşı təlimdə möhkənləndirmənin psixoloji əsası hesab edirlər. Məhz hafizə prosesinin qanunauy-
ğunluqları biliyin yaddan çıxmasına yol verməmək, yaddan çıxan şeyləri hafizədə bərpa etmək üçün təkrarlamağa, möhkəmlətməyə, əvvəllər mənimsənilmiş biliklərin üzərinə qayıtmağa insanı vadar edir. Bununla əlaqədar möhkəmlik prinsipi yalnız hafizəyə deyil, habelə şagirdlərin idrak fəaliyyətinin təfəkkür, emosional və iradə proseslərinə əsaslanır. Müasir tədqiqatlar göstərmişdir ki, biliyin möhkəmləndirilməsi prosesində müqayisə, təsnifat, təhlil, sintez,
ümumiləşdirmə kimi zehni əməliyyatların böyük rolu vardır, bunlar yadda saxlama prosesinin intensivliyinə kömək edir. Ağıl çevik və mütəhərrik, bilik ümumiləşdirilmiş olur və şagirdlər materialı yad-dan çıxarmış olduqda bu xüsusiyyətlər onların hafizədən daha çox təfəkkür və hissiyyata arxalanmalarına kömək edir (A.A.Smirnov).
Təlim prosesində şagirdlərin hafizəsi inkişaf edir. Şagirdlər böyüdükcə, onların obrazlı-əyani təfəkkür proseslərinə əsaslanan emosional hafizəsi öz yerini məntiqi təfəkkür prosesində əsas axta-ran hafizəyə verir. Həm də sübut edilmişdir ki, hafizənin inkişafı ilə dərs müvəffəqiyyəti sıx əlaqədardır. Güclü şagirdlərdən ibarət olan qrupda hafizəsi zəif olan uşaq olmur. Şagirdlər yaş etibarilə nə qə-dər böyük olsalar, onları materialın möhkəm mənimsənilməsi məq-sədi ilə əlaqələri müəyyən etmək, mücərrəd materialı tutuşdurmaq, onu qruplaşdırmaq bacarığına əsaslanan məntiqi yadda saxlamaya bir o qədər çox yönəlib alışdırmaq olar.


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin