Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi


Pedaqoji prosesin prinsipləri haqqında



Yüklə 0,91 Mb.
səhifə58/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   130
Pedaqogika mühazirələr

12. Pedaqoji prosesin prinsipləri haqqında

Pedaqoji prosesin tamlığı təlim və tərbiyə prinsiplərində də ifadə olunur. Elə prinsiplər var ki, həm təlim zamanı, həm də tər-biyə zamanı tətbiq olunur. Fəallıq, elmilik, müntəzəmlik, ardıcıllıq, müyəssərlik, möhkəmlik prinsipləri buna misal ola bilər. Şagirdlərin fəallığını təmin etmək təkcə təlim üçün deyil, tərbiyə üçün də zə-ruridir. Şagirdlərin fəallıq göstərməsi şəxsiyyətin formalaşmasının, həyatda fəal mövqe tutmasının zəruri şərtlərindən biridir.


Fəallıq, şüurluluq və müstəqillik prinsipi öz mahiyyətinə görə, vasitənin məzmuna uyğun seçilməsi şərti ilə əlaqədardır. Fəallıq –

şagirdin həyat hadisələrinə, mənimsədiyi biliklərə, formalaşdırılan tərbiyəvi keyfiyyətlərə yaradıcı, dəyişdirici, tənqidi münasibət bəs-ləməsi deməkdir. Həyatın, mənimsənilən biliklərin ziddiyyətlərini görə bilmək, onların səbəbləri üzərində düşünmək, aradan qaldırıl-ması yollarını müəyyənləşdirmək, bu məqsədlə fəaliyyətə girişmək, – bütün bunların hamısı fəallığa aid məsələlərdir.


Şüurluluq – daxili əlaqələri, xüsusən səbəb və nəticə əlaqələrini başa düşmək, mahiyyəti üzrə çıxarmaq, fəaliyyətin məqsədini və ona nail olmağın yollarını götür-qoy etməkdir. “Niyə belədir?”, “Başqa cür olsaydı, necə olardı?”, “Daha necə ola bilər?” kimi suallar üzərin-də düşünmək şüurluluqla bağlıdır. Fəallıq və şüurluluq bir-biri ilə elə bağlıdır ki, onların arasında sədd çəkmək xeyli çətindir. Müstəqillik – müəllimlə şagird arasındakı əlaqənin xarakteri ilə ölçülür. Müəllim işə az müdaxilə etdikcə şagirdin müstəqilliyi çoxalır. Əlbəttə, müəl-lim əvvəlcə müstəqil işləməyi öyrətməli, sonra tədricən işə özünün qarışmasını, müdaxiləsini məhdudlaşdırmalıdır.
Şagirdlərin biliyi fəal və şüurlu surətdə mənimsəməsini göstə-rən şərtlər aşağıdakılardır: şagird dediyini sübut edə bilirsə, orijinal dəlillər gətirməyi bacarırsa, deməli, bilik şüurluluq və fəallıq şə-raitində mənimsənilmişdir; şagird biliyi standart şəraitdə tətbiq etdiyi kimi, dəyişdirilmiş şəraitdə də tətbiq edə bilirsə, deməli, onu şüurluluq və fəallıq şəraitində mənimsəmişdir; şagird materialı öz sözləri ilə, dəyişdirilmiş formada ifadə edə bilirsə, deməli, onu şüur-luluq və fəallıq şəraitində mənimsəmişdir; şagird öyrəndiyi bilikdən yeni bilik əldə etmək üçün müstəqil istifadə edə bilirsə, deməli, onu şüurluluq və fəallıq şəraitində mənimsəmişdir və s.
Şagirdin müstəqilliyi ilə müəllimin pedaqoji rəhbərliyinin düzgün əlaqələndirilməsi prinsipi öz mahiyyətinə görə, düz və əks əlaqələrin vəhdəti prinsipi ilə əlaqədardır. Pedaqoji prosesin iki-tərəfli proses olması o deməkdir ki, burada tək müəllimin çalışması, səy göstərməsi azdır; ikinci tərəf yəni şagird də fəal olmalı, öz üzə-rində müntəzəm işləməli, öz inkişafı qayğısına qalmalıdır. Məktəbli gərək təlim-tərbiyə işinə həvəs göstərsin, onda bu işə daxili tələbat yaranmış olsun. Bütün bu keyfiyyətləri formalaşdırmaq müəllimin vəzifələri sırasında xüsusi yer tutur. Şagirdlər kollektiv təşkil edir-lər. Kollektivin isə öz orqanları olur, planı mövcuddur, məqsədi vardır, onun üzvləri bir-birindən asılıdır və s. Kollektiv pedaqoji prose-sin ümumi məqsədinə tam uyğun olaraq fəaliyyət göstərir, tədbirlər keçirir, ictimai-faydalı işlər görür. Müəllim bütün bu işlərin təşki-linə və həyata keçirilməsinə bir ağsaqqal kimi, təcrübəli və bilikli bir şəxs kimi düzgün istiqamət verməlidir. Dirijor orkestrin əvəzinə çalğı alətlərində musiqi ifa etmir, sadəcə olaraq ona rəhbərlik edir, işi görən orkestrin üzvləri olur. Müəllim də belədir. O, şagirdlərin əvəzinə dərs oxumur, məktəblilərin işinə rəhbərlik edir, nəzarət ye-tirir, yoxlayır, göstəriş verir və sair, işi icra edən isə şagirdlərin öz-ləridir. Ona görə də müəllim şagirdlərin müstəqil fəaliyyətinə geniş yer verməli, onları faydalı işlərə cəlb etməlidir.
Sistematiklik və ardıcıllıq prinsipi mahiyyətinə görə, kom-pleks yanaşma prinsipi ilə əlaqədardır. “Sistematiklik” sözü “sis-tem” sözündən əmələ gəlmişdir. Pedaqoji prosesdə sistematiklik, hər şeydən əvvəl, sistemin gözlənilməsi, onun nəzərə alınması de-məkdir. Məsələn, təlim prosesində elmi anlayışlar arasındakı daxili əlaqəni, tərbiyədə onun qolları və komponentləri arasındakı bağlılı-ğı müəllimin nəzərə alması sistematiklik deməkdir. Sinif-dərs şərai-tində verilən biliklərin, formalaşdırılan tərbiyəvi keyfiyyətlərin si-nifdənkənar tədbirlərlə tamamlanması, vahid pedaqoji təsir siste-minin hazırlanması, tərbiyəçilərin işi arasında əlaqənin yaradılması, fənnin daxili məntiqinə riayət olunması – bütün bunların hamısı “sistematiklik” anlayışına daxildir. “Ardıcıllıq” məfhumu sistema-tiklikdən fərqlənir. Burada əlaqənin bir-birini ciddi surətdə izləməsi əsas şərtdir. Məsələn, bioloji fənlərdən əvvəlcə botanika, sonra zoologiya, insanın anatomiyası və fiziologiyası, nəhayət, ümumi biologiyanın tədris edilməsi, bu kursların bir-birini ciddi surətdə izləməsi ardıcıllıqla əlaqədardır. Sistematiklikdə belə ardıcıllığın ol-ması, arada “boşluqlara” yer verilməməsi zəruri deyildir. Məsələn, Azərbaycan dili müəllimi ismin bir cəhətini IV sinifdə öyrədir, başqa bir cəhətini bir il sonra (V sinifdə) mənimsədir. Burada ardı-cıllıq pozulsa da, sistematiklik pozulmur, çünki müəllim V sinifdə öyrətdiyi əlaməti məhz IV sinifdə mənimsətmiş olduğu əlamətlə da-xili əlaqədə izah edir. Daxili əlaqənin (vaxtdan asılı olmayaraq) gözlənilməsi sistematikliyin mahiyyətini, məğzini təşkil edir.

Təlimlə tərbiyənin vəhdəti prinsipi də kompleks yanaşmadan irəli gəlir. Tərbiyə işinə kompleks qaydada yanaşılması prinsipi tə-ləb edir ki, həm tərbiyə ilə əlaqəsi olan müəssisələrin və şəxslərin fəaliyyətləri, həm də tərbiyənin müxtəlif istiqamətləri üzrə aparılan işlər uzlaşdırılsın, hazırda eyni tələb məktəbdə təlimə də verilir. Həm fənlər qarşılıqlı əlaqədə tədris edilməli, həm də təlimin bütün təşkili formaları: şagirdlərlə fərdi iş, onlara məsləhətlər verilməsi, fənn dərnəkləri, ekskursiyalar, ev tapşırıqları və s. vahid axında bir-ləşməlidir.


13. Pedaqoji prosesin mərhələləri
Pedaqoji proseslər silsilə xarakteri daşıyır. Bütün pedaqoji pro-seslərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər prose-sin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin