Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə62/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   130
Pedaqogika mühazirələr

15. Didaktikanın əsas anlayışları.

Pedaqogikanın ən inkişaf et-miş sahəsi və özünün dəqiq müəyyənləşmiş tədqiqat mövzusu olan, habelə konkret məsələləri əhatə edən didaktika bir sıra anlayışlara istinad edir: təhsilin məzmunu, təhsil sistemi, təhsil sisteminin prin-sipləri, təhsilin məqsədi, təlim, təlimin mahiyyəti, təlimin mərhələ-ləri, təlim prinsipləri, təlim üsulları, təlimin təşkili formaları, təlim vasitələri, müəllim, şagird, dərs, dərsin tipləri, dərsin mərhələləri, təlimdə mənimsəmə, təlim texnologiyaları, müvəffəqiyyət, nailiy-yət, mənimsəməyə nəzarət, şagird nailiyyətlərinin qiymətləndirilmə-si, bilik, bacarıq , vərdiş və s


Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakı-lardır və bunlar “Təhsil haqqında Azərbaycan Respublikasının Qa-nunu”nda rəsmiləşdirilmişdir:


  1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquq-ları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;




  1. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf et-dirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;




  1. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənil-məsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ic-timai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakı-

lardır:


humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəxsiy-yətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlam-lığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması;


  1. demokratiklik- təhsilalanların azad düşüncə ruhunda tər-biyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması;




  1. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması;





  1. Yüklə 0,91 Mb.

    Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin