Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə64/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   130
Pedaqogika mühazirələr

liberallaşma - təhsil sahəsinin və təhsil fəaliyyətinin açıq-lığının genişləndirilməsi;




  1. inteqrasiya - milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.

Təhsil sistemi anlayışını üç əsas əlamət səciyyələndirir. Birin-ci əlamət təhsil sisteminin konkret ölkə ilə bağlılığıdır. Hər ölkənin özünəməxsus, özünün sosial-iqtisadi və mədəni-siyasi vəziyyətinə uyğun gələn təhsil sistemi vardır. İkinci əlamət tədris müəssisə-lərini nəzərdə tutur. Bu və ya digər ölkədə mövcud olan təhsil sis-temi təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin mövcudluğuna işarədir. Mövcud tədris müəssisələri bu cür əlaqələr sayəsində sis-tem əmələ gətirir.


Göstərilən əlamətlərə istinad edərək, təhsil sistemi anlayışına belə tərif vermək olar: bu və ya digər ölkədə qarşılıqlı əlaqə şərai-tində fəaliyyət göstərən tədris müəssisələrinin məcmusu təhsil sis-temidir.
Təhsil sistemi ölkənin iqtisadi- siyasi və mədəni səviyyəsi ilə əlaqədar təşəkkül tapır və inkişaf edir. Təhsil sistemləri tam eyniyyət təşkil edən ölkələr yoxdur. Nəinki yüksək dərəcədə inkişaf etmiş öl-kələrin, hətta inkişafa qədəm qoymuş ölkələrin təhsil sistemləri də bir-birindən fərqlənir. Bu fərqin səbəbi həmin ölkələrdə həyata ke-çirilən ictimai-iqtisadi siyasətin və mədəni inkişafın müxtəlifliyidir.
İctimai-iqtisadi quruluşun dəyişməsi və inkişafı ilə əlaqədar təşəkkül tapan və formalaşan təhsil sistemi öz növbəsində cəmiyyə-tin sonrakı inkişafına, sosial-iqtisadi və mədəni inkişafa təkan verir. Cəmiyyətin necəliyi, mənəvi sərvətin zənginlik dərəcəsi müəyyən mənada təhsil sisteminin necəliyindən asılıdır. Nəzərə alınmalıdır ki, cəmiyyətdə sosial-iqtisadi həyat dəyişdikcə təhsil sistemi də vax-taşırı dəyişir.
Təhsil sisteminə aşağıdakılar daxildir:


  1. bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi tədqiqat institutları və informasi-ya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri,

kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar, yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri;


  1. təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar;




  1. təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assosiasiyalar, cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar.

Azərbaycan Respublikasında məktəbəqədər təhsil, ümumi təhsil (ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil), ilk peşə-ix-tisas təhsili, orta ixtisas təhsili, ali təhsil (bakalavriat, magistratura, doktorantura) pillələri və səviyyələri müəyyən olunmuşdur. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin