Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə90/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   86   87   88   89   90   91   92   93   ...   130
Pedaqogika mühazirələr

21. Təlimin metodlarının təsnifatı

Təlim prosesində qarşıya qoyulmuş təhsil, tərbiyə və inkişaf vəzifələrinin həllinə yönələn, təlimin qanuna-uyğunluqlarından irəli gələn prinsiplərlə şərtlənən, müəllim və şagirdlərin fəaliyyətinin dialektik vəhdətini təmin edən qaydalar sisteminə (təlim sisteminin komponentinə) təlim metodu deyilir.
Qeyd etmək yerinə düşər ki, təlim metodlarının mahiyyətinin işıqlandırılması, təsnifatı, nomenklaturası, seçilib tətbiq edilməsi baxımından mövcud fikir müxtəlifliyi pedaqoji nəzəriyyə üçün heç də qorxulu vəziyyət deyildir. Əksinə, bu hal yeni-yeni diskus-siyaların açılması üçün geniş imkanlar yaranmasına səbəb olur, nəticədə nəzəri fikir zənginləşir və dəqiqləşir.
Pedaqoji ədəbiyyatdan təlim metodlarının nomeklaturası və təsnifatı haqqında bizə məlum olan mülahizələri aşağıdakı kimi qruplaşdırmağı məqbul sayırıq:


  1. Təlim metodlarının təsnifində məntiqi əsas olaraq bilik mənbələrini götürmək lazımdır;




  1. Əgər təlim prosesində şagirdin zehni fəallığı müəllimə nis-bətən üstünlük təşkil edirsə, onda produktiv metodlardan, şagird bir qədər passiv, müəllim bir qədər aktiv olarsa, onda reproduktiv me-todlardan danışmaq olar;




  1. Təlim metodlarının təsnifində şagirdlərin idrak fəaliyyətlə-rinin müstəqilliyinin inkişaf dərəcəsi əsas hesab olunmalıdır;




  1. Təlim metodlarının təsnifində ümumi məqsəd əsas olaraq qəbul edilməlidir;




  1. Təlim prosesi ikitərəfli prosesdir, burada binar münasibət mövcuddur, müəllimin öyrətmə, şagirdin öyrənmə fəaliyyəti vəhdət təşkil edir, təlim metodu öyrətmə metodu ilə ona müvafiq olan öy-rənmə metodunu əlaqələndirməyi ifadə edən terminlə adlana bilər.

Odur ki, təlim metodları müəllimin öyrətmə və şagirdin öyrənmə fəaliyyəti arasındakı binar münasibətə görə təsnif olunmalıdır.

Təlim metodlarının müxtəlif təsnifatı təsadüf nəticəsində deyil, müxtəlif əsaslarla müəyyənləşdirilir. Bəziləri təlim metodları-nın təsnifatının əsasına biliklərin mənbəyini, o biriləri - didaktik və-zifələri, üçüncüləri təfəkkür formalarını qoyurlar və s. Vurğulayaq ki, pedaqoji ədəbiyyatda bilik və bacarıqların mənbəyini əsas gö-türən təsnifata daha çox rast gəlmək olar. Bütün təlim metodları belə təsnifatda şifahi, əyani və praktik olmaq üzrə üç yerə bölünür. Görünür, belə üstün yanaşmanın səbəbləri vardır. Səbəblərdən biri bu ola bilər ki, sözügedən təsnifatda müxtəlif ədəbiyyatda özünə yer alan, şərh olunan metodların hamısını səciyyələndirmək mümkün olur.


İ.Y.Lerner və M.N.Skatkin zəmanələrinə görə təlim metod-larının maraq doğuran nomenklaturasını və təsnifatını irəli sürmüş-lər. Onlar çoxlu miqdarda olan təlim metodları əvəzinə cəmi beş metodun varlığını sübut etməyə çalışmışlar. Bunlar aşağıdakılardır:


  1. İzahetmə- əyani və ya məlumatvermə-mənimsəmə metodu;

  2. Reproduktiv metod.

  3. Problemli şərh metodu.

  4. Qismən axtarış və ya evristik metod.

  5. Tədqiqat metodu.

Bu təsnifatın orijinalığını problemin həlli üçün müəlliflərin, hər şeydən əvvəl, işə cəsarətlə yanaşmalarında, problemin tarixində ilk dəfə olaraq yeni nomenklatura təklif etmələrində görmək lazımdır. Orijinallıq həm də ondadır ki, təsnifatın əsasında şagirdlərin idrak fəaliyyətinin müstəqillik dərəcələri qoyulur, təlim üsulları isə tə-imin məqsədləri və ya təhsilin məzmununun səviyyələri ilə bağlanır.


M.İ.Maxmutov təlim metodlarının iki tərəfli olduğunu irəli sürməklə təsnifatda bunları əks etdirir. Şərti olaraq o, təlim metodla-rını belə adlandırır və təsnif edir:




  1. Məlumatvermə- izahetmə metodu.

  2. İzahetmə- reproduktiv metod.

  3. Məlumatvermə- axtarış metodu.

  4. Təhriketmə- tədqiqat metodu.

Əvvəla, M.İ.Maxmutovun təsnifatda əyaniliyi əks etdirən me-todu və ya metodları nə üçün ixtisar etdiyi aydın deyildir. Müəllifin istifadə etdiyi terminlərin bir qismini də müvafiq hesab etməyə əsas yoxdur. O, birinci metodu “məlumatvermə-icraetmə”, ikinci metodu isə “izahetmə-reproduktiv” adlandırır. Məgər “reproduktlik” anlayı-şında həm də “icraetmə” məfhumu yerləşmirmi? Məhz bütün bun-larla, həmçinin yuxarıda haqqında söhbət açdığımız, M.İ.Maxmuto-vun təklifindən əsaslı şəkildə fərqlənməyən təsnifatlarla da razılaş-maq çətindir.


Y.K.Babanski təlim metodlarının daha başqa bir nomeklatura-sını və təsnifatını təklif etmişdir. O, təklif etdiyi təsnifatda sınaqdan çıxan metodların məcmusunu göstərmək məqsədilə bütün təlim metodlarını üç qrupa bölür: 1. Təlim-idrak fəaliyyətini təşkil edən və öz-özünü təş-kil edən metodlar; 2. Öyrənməni təşviq edən və əsaslandıran metod-lar; 3. Təlim effektliliyinə nəzarət edən və öz-özünə nəzarət edən metodlar.

Maraqlı təsnifatlardan biri də Görkəmli Azərbaycan pedaqoqu akademik M.M.Mehdizadəyə məxsusdur. O, təlim metodlarının təsnifatını aşağıdakı kimi təqdim edir.



  1. Məlumatvermə metodları.

  2. Əyanilik metodları.

  3. Reproduktiv metodlar.

  4. Axtarış metodları.

  5. Nəzarət metodları.

Təlim metodlarının belə qruplaşdırılmasının əsasına həm şa-girdlərin idrak fəaliyyətinin quruluşu, həm də təhsilin səviyyələri

qoyulmuşdur. Bu təsnifat təlimdə didaktik vəzifələri də hesaba alır və bu da qüsur deyildir. Belə ki, ilk iki qrupa daxil olan metodlar tə-lim prosesinin quruluşunun ilk mərhələsinə istinad edərək şagirdləri “hazır” biliklərlə silahlandırmaq kimi didaktik vəzifəni, təhsilin ilk səviyyəsinə uyğun həll edir. Metodların üçüncü qrupu praktika mərhələsi ilə bağlıdır. Bu mərhələ şagirdləri bacarıq və vərdişlərlə silahlandırmaq vəzifəsini həll etməyə xidmət edir, biliyin praktikaya tətbiqinə- təhsilin ikinci səviyyəsinin təmin edilməsinə kömək edir (praktik bacarıq verməyən heç bir məktəbin, heç bir universitetin dəyəri yoxdur).
Biliklərin şagirdlər tərəfindən əldə olunmasının iki yolu vardır. Birincisi, biliklər əsasən hazır şəkildə şagirdlərə verilir, onlar isə onu imkanlarına uyğun olaraq qəbul edir, “keçmiş biliklər siste-mi” nə daxil edirlər. İkincisi, şagirdlər axtarışa qoşulmaqla bilikləri mənimsəyirlər.



  1. Təlim sistemində idarəetmə prosesinin istiqamətləndiyi ob-yekt şagirdin fəaliyyətidir. Metod özündə obyektin qanunauyğunluqlarını ehtiva edir. Metodlar şagirdin fəaliyyətinin müstəqillik dərəcəsini özündə saxlayır. Təsnifat və nomenklaturada şagirdin idrak fəaliyyətinin fəallıq və müstəqillik dərəcəsi nəzərə alınmalıdır.




  1. Hər bir metod təşkiletmə, təhsilvermə, inkişafetdirmə və tərbiyəetmə funksiyalarına malikdir. Onlar şagirdlərin intellektual imkanlarına uyğun şəkildə tətbiq olunur. Odur ki, şagirdin inkişaf, təhsil almaq və tərbiyəlilik səviyyəsi müntəzəm şəkildə öyrənilməlidir. Təsnifat bu vəzifənin həllinə xidmət edən metodlar qrupunu da

özündə saxlamalıdır.




  1. Təlim metodları obyektlə subyekt arasında tətbiq olunan vasitələrdən asılıdır. Təsnifat təlim prosesində istifadə olunan vasi-tələrin növlərinə və funksiyalarına müvafiq olmalıdır, onlar arasında vəhdətin təmin olunması üçün imkan yaratmalıdır.




  1. Müəllim öyrətmə prosesində bir tərəfdən öz hərəkətlərini, o biri tərəfdən öyrənmə prosesində şagirdlərin bütün hərəkətlərini aydın dərk etməlidir. Əgər bu cəhət yoxdursa, təsnifat əməli əhə-miyyətə malik deyildir. Təsnifatda bu nəzərə alınmalıdır.




  1. Təlim prosesinin mahiyyətini, onun cərəyanetmə xarakte-rini, idrak prosesi ilə oxşar və fərqli cəhətlərini, komponentlərinin (imkan daşıyıcılarının) qarşılıqlı əlaqəsini nomeklatura və təsnifatda nəzərə almaq vacibdir.




  1. Təlim prosesinin elmi səviyyəsinin yüksəldilməsi zərurəti və bunun yaratdığı dəyişikliklər təsnifatda nəzərə alınmalıdır.

Ümumiləşdirmə əsasında məqbul saydığımız, təlimin altsis-temlərinin və digər komponentlərinin uzlaşma variantlarına müvafiq seçimdə, müəllim və şagirdin fikri hərəkətinə adekvat formanın struktur elementləri kimi təşəkkül tapan və müəllimlərimizin üstünsayının iş təcrübəsində yeri olan metodların nomeklaturası və təs-nifatı belədir:




    1. Təlim prosesinin qarşısına qoyulmuş vəzifələrin şagirdlərin idrak tələbatının təmin olunma obyektinə çevrilməsinə xidmət edən və onların (şagirdərin) fəaliyyətə cəlb olunmasına istiqamətlənən (kommunikativ) metodlar qrupu.

Bu qrupa aid edilir: a) məqsədin elan olunması və məqsədə is-tiqamətlənən fəaliyyət növlərini icra etməyə şagirdlərin təhrik olun-ması metodları; b) şagird qarşısında qoyulmuş vəzifənin reallaş-masının tədris-idrak və praktik faydalılığının şərh olunması ilə şa-girdlərin fəaliyyətə qoşulması metodları; c) tədris- nəzəri, tədris-praktik, ictimai-praktik (bəzən də elmi) təlimi problemlərin formula edilməsi ilə məqsədin şagirdlərin idark tələbatının təminolunma ob-yektinə çevrilməsi və onların fəaliyyətə qoşulması metodları və s.




    1. Biliyin əsasən hazır şəkildə verilməsinə xidmət edən şifahi-sözlü və əyani metodlar qrupu. Bu qrupa aid edilir: a) müəllimin şərhinin müxtəlif növləri – faktlar və nəticələrin sübutsuz olaraq qısa şəkildə bildirilməsi; faktların və nəticələrin izahlı-illüstrativ şəkildə bildirilməsi; inkişafetdirici şərh; məktəb mühazirəsi; b) mü-sahibə; c) əyani metodlar- illüstrasiya və demonstrasiya və s.




    1. Biliyin müəyyən müstəqilliklə şagirdlər tərəfindən əldə olunmasına xidmət edən axtarış metodları qrupu. Bu qrupa aid edi-lir: a) problemli şərh metodu; b) qismən axtarış (evristik müsahibə) metodu; c) seminar metodu; ç) mühazirə-seminar metodu; g) referat metodu; d) disput; e) laborator işlər; ə) tədqiqat metodu və s.




    1. Biliyin möhkəmləndirilməsinə, fəaliyyət üsullarının bacarıq və vərdişlərə çevrilməsinə xidmət edən metodlar qrupu.

Bu qrupa aid edilir: a) təmrinlər (nümunə üzrə təmrinlər, şərh edilən təmrinlər, variativ təmrinlər); b) praktik və təcrübi işlər;




  1. yaradıcı işlər və s.




    1. Digər elmlərdən götürülüb, təlim prosesinin spesifik xüsu-siyyətlərinə uyğunlaşdırılmış metodlar qrupu. Bu qrupa aid edilir:




  1. - alqoritmik metodlar (alqoritmlər əsasında biliklərin tətbiq olun-ması yolu ilə bacarıq və vərdişlərin formalaşdırılması metodları; alqoritmlərin tərtibinə aid tapşırıqların tətbiqi vasitəsilə yaradıcı fəa-liyyət təcrübəsinin əldə olunması metodları;

  2. - proqramlaşdırma metodları (proqramlaşdırılmış tapşırıqların tətbiqi ilə şagirdlərin fəaliyyətə qoşulması metodları; proqramlaşdırılmış tapşırıqların (problemli və qeyri-problemli) tətbiqi vasitəsi ilə biliklərin əldə olunması metodları; proqram əsasında biliklərin tətbiqi metodları; proqram tərtib etmək tələbli tapşırıqların tətbiqi ilə bacarıq və vərdişlərin formalaşdırılması) və s.




  1. Yoxlama və nəzarət metodları qrupu.

Bu qrupa aid edilir: a) fərdi və frontal olmaq üzrə şifahi sorğu metodları; b) müxtəlif yoxlama yazı işləri, emalatxana, tədris-təcrü-bə sahələrində əmək tapşırıqlarının tətbiqi metodları; c) müxtəlif mərhələlər üzrə testlərin tətbiqi metodları; ç) zaçot (məqbul) və im-tahan (sınaq və yekun) tətbiq etmək metodları; e) müxtəlif texniki vasitələrin, maşınların və s. tətbiqi metodları və s.


Müəllimlərin iş təcrübəsində özünə daha çox yer alan təlim metodlarının xüsusiyyətləri üzərində bir qədər ətraflı dayanaq.

Ənənəvi təlim metodları:

Şərh.
Problemli şərh.
Mühazirə.
Seminar.
Mühaziə-seminar.
Müsahibə.

İnteraktiv metodlr adla-nan priyomların əksəriyyəti məhz müsahibəyə əsaslanır.


Evristik və ya qismən axtarış metodu.
İzah.
Kitab üzərində iş.
Müşahidə.
Demonstrasiya.
İllüstrasiya. İ

Laboratoriya işi.


Praktik işlər.
Disput.
Tədqiqat metodu.
Təkrar.
Çalışmalar.
Öyrədici nəzarət.
Videometod.

22.Dərsdə şagirdlərin qiymətləndirilməsi



Məktəblərimizdə mövcud olan ənənəvi qiymətləndirmə üsulu ilə fəal təlim metodlarının tətbiq edildiyi dərslərdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi arasında ciddi fərq vardır. Bu cür dərslərdə yeni qiymətləndirmə sistemini nəzərə almaq lazımdır. Qiymətləndirmə tapşırıqların yerinə yetirilməsinə əsaslanmalıdır. Qiymətləndirmənin əsası tapşırığın yerinə yetirilməsinin keyfiyyəti ilə müəyyən edilir. Qiymətləndirmənin obyektləri isə şagirdlərin yerinə yetirdiyi ev tapşırığı, qrupların işində və diskussiyalarda iştirak, suallar formalaşdırmaq və tədqiqat aparmaq bacarığı ola bilər. Ev tapşırığı müsahibə, sosioloji sorğu aparılmasından, esse (kiçik inşa) yazılmasından, anket hazırlanmasından və i.a. ibarət ola bilər. Şagirdlər öz biliklərini və əqli vərdişlərini şifahi, yazılı, vizu-al, rollu, ya da digər formada təqdimatlar yolu ilə nümayiş etdirə bilərlər. Yaxşı təşkil edilmiş təqdimetmə şagirdlərin biliklərinin və əqli vərdişlərinin yüksək səviyyədə olması deməkdir.
Dərslərdə nə qiymətləndirilir?


  1. Məzmunun - əsas faktların və terminlərin, səbəb-nəticə əla-qələrinin, nəticə və ümumiləşdirmənin mənimsənilməsi.




  1. Təhliletmə vərdişlərinin, öyrənmə bacarığının, digər qrup-ların baxışlarının, yaxud nöqteyi-nəzərinin başa düşülməsi və i.a.




  1. Dəyərlərin formalaşdırılması.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin