Ayrı-ayrı fənlərin tədrisində estetik tərbiyə imkanlarından geniş istifadə etmək lazımdır.
Musiqi dərsləri şagirdlərin estetik tərbiyəsində əsas tədris fənlərindən biridir. Musiqi dərslərində tədris olunan hər hansı möv-zu şagirdlərin daxili aləmini zənginləşdirir, bədii zövqlərini, duy-ğularını, qavrayışlarını tənzimləyir, estetik dünyagörüşlərini geniş-ləndirir. Musiqi insanda ruh yüksəkliyi yaradır, həvəslə işləməyə sövq edir.
Musiqi, heç şübhəsiz, daha çox hisslərlə bağlı olub, insanın əhvalına, emosional vəziyyətinə təsir edir. Lakin bir çox pedaqoqlar musiqinin əqli tərbiyə üçün də böyük önəm daşıdığını qeyd edirlər. V.A.Suxomlinski qeyd edir ki, musiqi tərbiyəsindən kənarda mükəmməl əqli inkişaf mümkün deyil. Digər tərəfdən, «gimnastika” bədəni dikəltdiyi kimi, musiqi də insan ruhunu dikəldir». Bizcə, musiqi növündən asılı olaraq müxtəlif təsir imkanlarına malikdir.