Sinif rəhbəri sinfin tərbiyə vəzifələrini müəyyən edir və onları həyata keçirir. Şagirdlərin fərdi xüsusiyyətlərindən asılı ola-raq bu vəzifələrin həyata keçirilməsinin vasitə və metodları da müx-təlif ola bilər. Belə ki, bəzi şagirdləri tərifləmək, digərlərinə əmr vermək, başqalarını isə davranış qaydalarını pozduqlarına görə tən-beh etmək lazım gəlir.
Deməli, şagirdləri düzgün tərbiyə etmək üçün onlara fərdi ya-naşmağı bacarmaq lazımdır. Fərdi yanaşma isə yalnız şagirdləri də-rindən və hərtərəfli bilmək əsasında mümkün ola bilər.