Tərbiyə şəraiti. Tərbiyənin baş verdiyi vəziyyət pedaqoji situasiya adlanır. Buraya maddi, psixofizioloji şəraitdən başqa, sinifdə yaranan münasibətlər də daxildir.
Tərbiyə vasitələri. Tərbiyə metodları vasitələrlə qar- şı-lıqlı əlaqədədir və onlarla birlikdə tətbiq edilir, əyani vasitələr, təs-viri incəsənət və musiqi əsərləri, kütləvi informasiya vasitələri me-todların səmərəli tətbiqi üçün mühüm əhəmiyyətə malikdir.
Pedaqoji (psixoloji) kvalifikasiya (ixtisas) səviyyəsi. Bir
çox metodlar mürəkkəb olduğundan tərbiyəçi ancaq bildiyi metod-lardan istifadə edir.
Tərbiyə üçün vaxt. Vaxt amili tərbiyənin layihələşdiril-məsi metodların seçilməsi zamanı olduqca vacibdir.
Gözlənilən nəticələr. Metodu seçən zaman uğur qazanıla-cağına inam olmalıdır. Ona görə də metodun tətbiqinin nə kimi nəti-cələr verəcəyini qabaqcadan görmək lazımdır.
Pedaqogika elmində metodların təsnifatında vahidlik olmasa da, bu məsələdə ümumi bir meyl vardır. Alimlərin böyük qismi tər-biyə metodlarının təsnifatında məntiqi əsas kimi tərbiyənin psixoloji amillərindən və fəaliyyətin bütövlüyü prinsipindən çıxış edirlər.
Tərbiyə prosesinin psixoloji təhlili göstərir ki, insanın fəaliy-yəti müəyyən psixoloji amillərlə bağlıdır: bizim fəaliyyətimiz şüu-run, iradə və adətlərin, habelə hisslərin məhsuludur.
İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, dav-ranışı şüurla tənzim olunur. Buna görə də, ilk növbədə, şüura təsir göstərmək, onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaşdırmaq, yaxşını və pisi, gözəli və çirkini, doğrunu və yalanı, həqiqini və sax-tanı insana inandırmaq lazım gəlir. Buna görə də inandırma metodları gərəkdir.
Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi normaları izah etməklə, inandırmaqla yanaşı, həm də onun bu nor-malara uyğun davranması, hərəkət etməsi, fəaliyyət göstərməsi, müsbət adətlərə yiyələnməsi, alışması vacibdir. Ona görə də alışdırma metodları gərəkdir.
Bu baxımdan tərbiyə metodları əsas etibarilə inandırma və alışdırma metodlarına bölünür. Bu məqsədlə hissə tə-sir göstərən stimullaşdırıcı tərbiyə metodlarından istifadə edilir. Ona görə də rəğbətləndirmə və cəzalandırma metodları gərəkdir.
Beləliklə, insana hərtərəfli təsir və fəaliyyətin tamlığı prinsi-pindən çıxış edərək, tərbiyə metodlarını aşağıdakı kimi təsnif etmək olar:
Dostları ilə paylaş: |