Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi


Sinif rəhbərinin vəzifəsi, işinin məzmunu və əsas istiqamətləri



Yüklə 0,91 Mb.
səhifə118/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   114   115   116   117   118   119   120   121   ...   130
Pedaqogika mühazirələr

27.Sinif rəhbərinin vəzifəsi, işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbəri anlayışı ilk yaranan vaxtlarda “Qrup rəhbəri” adı ilə meydana gəlmişdir. Onun fəaliyyətinə dair təlimat 1931-ci ildə təsdiq olunmuşdur. Sonralar, 1934-cü ildən “qrup” - sinif adı ilə, “qrup rəhbəri” isə sinif rəhbəri adı ilə əvəzlənmişdir.
Şagirdlərin təlim-tərbiyəsində müəllimlərin hər birinin ayrılıq-da böyük rolu olsa da, sinfin tərbiyə işlərinin təşkilində, şagirdlərin möhkəm bir kollektiv ətrafında birləşdirilməsində, tərbiyə işlərinin vahid istiqamətə yönəldilməsində bacarıqlı, təcrübəli, tərbiyə işlə-ri-ni yaxşı bilən təşkilatçı pedaqoq – müəllimə ehtiyac duyulur. Elə bir pedaqoq - müəllim ki, o eyni sinifdə dərs deyən müəllimlərin kol-lektiv pedaqoji əməyini vahid istiqamətə yönəltməli, sinif şagird kollektivini təlim-tərbiyə vəzifələri ətrafında sıx birləşdirməli, sinif-dənxaric işləri məqsədyönlü şəkildə təşkil etməli və şagirdlərin fəaliyyətini stimullaşdırmalıdır. Bütün bunları sinfin təcrübəli, baca-rıqlı, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik, sevimli müəlli-mi sinif rəhbəri yerinə yetirir.
Sinif rəhbəri vəzifəsinin zəruriliyi də məhz elə buradan irəli gəlir. Müəllimlər sinif rəhbəri vəzifəsinə məktəb direktorunun əmri əsasında təyin olunurlar.
Sinif rəhbərləri məktəbdə təlim-tərbiyə işlərinin keyfiyyətini yüksəltməkdə, şagirdlərin hərtərəfli, ahəngdar inkişafını, meyl və bacarığını təmin etməkdə böyük rol oynayırlar. Sinif rəhbərinin pedaqoji işinin məzmunu çoxcəhətlidir.
Təhkim olunduğu sinif şagirdlərinin dünya baxışlarını for-ma-laşdırmaq, əqli, ideya-siyasi, əxlaqi, hüquq, əmək, estetik, fiziki, iq-tisadi və ekoloji tərbiyə vəzifələrinin yerinə yetirilməsini istiqamət-ləndirmək, məktəbə yaxın olan iqtisadi əmək kollektivləri və ictimai təşkilatları ilə rəhbərlik etdiyi sinif şagirdlərinin sıx əlaqəsini yarat-maq, valideynlərlə müntəzəm iş aparmaq, onların pedaqoji mədə-niyyətini yüksəltmək, şagird birliklərinə və özünüidarə təşkilatlarına arxalanaraq lazım gəldikdə onların fəaliyyətinə ustalıqla nüfuz edib düzgün pedaqoji istiqamət vermək və s. belə mühüm işlər sinif rəh-bərinin fəaliyyətində geniş yer tutur.

Təcrübəli sinif rəhbəri, ilk əvvəl, öhdəsində olan şagirdləri elmlərin əsaslarına dair biliklərlə dərindən və möhkəm silahlan-dırmalıdır, onların hafizəsini tədris proqramlarında müəyyənləşdiril-miş bilik sərvətləri ilə zənginləşirməlidir. Bu sinif rəhbərinin öyrə-dici, maarifləndirici vəzifəsidir.


Sinif rəhbəri şagirdlərin yiyələndikləri biliklər zəminində on-ların elmi dünyagörüşünü və ideya-əxlaq əqidəsini formalaşdırmalı, şagirdləri nəcib ümumbəşəri əxlaqi keyfiyyətlər ruhunda tərbiyələn-dirməlidir. Bu onun tərbiyələndirici vəzifəsinə aiddir.
Hər bir sinif rəhbəri şagirdlərin sağlamlığını, fiziki inkişafının yüksək səviyyəsini təmin etməyə, dərsdənkənar tərbiyə işlərini pedaqoji baxımdan düzgün təşkil daxil etməklə onların marağını, intellektual və fiziki qabiliyyətlərini inkişaf etdirməyə nail olma-lıdır. Bu sinif rəhbərinin inkişafetdirici vəzifəsidir.
Bacarıqlı sinif rəhbəri uşaqların öz imkanları daxilində res-publikamızın ictimai-siyasi həyatında, kütləvi tədbirlərdə, təbliğat və təşviqat işlərində fəal iştirakını təmin etməlidir. Bu sinif rəhbə-rinin ictimai-siyasi vəzifəsinə daxildir.
Sinif rəhbəri ictimai-pedaqoji sahədə də fəal qüvvə olmalı, ictimaiyyətlə, valideynlərlə və ya onları əvəz edən şəxslərlə sıx əla-qə saxlamalı, onları uşaqların təlim-tərbiyəsi məsələləri üzrə lazımi biliklərlə silahlandırmaqda yorulmadan iştirak etməli, tərbiyənin forma, metod və vasitələrini təkmilləşdirməyə, sinifdənxaric işlərin yüksək səmərəliliyini təmin etməyə ciddi səy göstərməlidir. Bunlar da sinif rəhbərinin ictimai-pedaqoji vəzifəsinə daxildir.
Sinif rəhbəri şagirdlərin eyni tərkibi ilə uzun müddət işləyir. Bu prosesdə o, həm rəhbər, həm tərbiyəçi, həm də müəllim kimi özünü şagirdlərdə təkrar etdirir, mənəvi keyfiyyətlərini, təcrübəsini öz yetirmələrinin mənəviyyatında davam etdirir, uşaqların sosial təşəkkül prosesinə qüvvətli təsir göstərir.
Sinif rəhbəri şagirdlərin ictimai həyatda müvafiq mövqe tut-malarına, xalqa fayda verən bir qüvvəyə çevrilmələrinə kömək edir; hər bir şagirdi “yer üzünün əşrəfi” səviyyəsinə qaldırmağa çalışır. Bu çox nəcib, cəlbedici və şərəfli iş olub sinif rəhbərinin fəaliyyə-tini səciyyələndirir. Həmin fəaliyyətin özünəməxsusluğunun ikinci cəhəti onun son dərəcə çətin və mürəkkəb iş olmasıdır.

Sinif rəhbəri sinfə aid sənədləri tərtib edir, gündəliklərin və şagirdlərin şəxsi işlərinin vəziyyətinə nəzarət edir.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin