Anketlər vasitəsi ilə şagirdin ümumi görüş dairəsini, mütaliə səviyyəsini respublikamızda, habelə dünyada baş verən hadisələrə necə münasibət bəslədiyini, milli ləyaqət və dəyanəti necə başa düş-düyünü, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənməyə münasibətini və s. kimi məsələləri öyrənmək olar.
Sinif rəhbəri üçün şagirdlərin istəklərini, idraki maraqlarını vaxtında öyrənmək vacibdir ki, onları işdə tətbiq edə bilsin. Forma-sına görə anketlər açıq (şagird cavabı sərbəst qeyd edir, öz fikir-lərini yazır) və qapalı (verilmiş cavabların arasından uyğun variantı seçir) olur.