Kollektiv sözü latın sözü olub, “kollektivus” sözündən götü-rülmüşdür. Kollektiv mütəşəkkil şəkildə yüksək səviyyədə təşkil olunmuş insan qrupudur.
Kollektiv real məkan və zamanda mövcud olan, ictimai-fay-dalı məqsədlər ətrafında birləşən, həmin məqsədlərə nail olmaq üçün eyni (yaxud bir-biri ilə əlaqədar olan müxtəlif) istehsal prose-sində fəaliyyət göstərən, özünüidarə orqanlarına (müvəkkillərə rəh-bərlik və tabelik elementlərinə) malik olan, üzvlər arasında qarşılıq-lı məsuliyyətli münasibətləri bərqərar edən, fəaliyyət məqsədlərini genişləndirib başqa kollektivlərlə üzvi əlaqə saxlayan və cəmiyyətin özəyini təşkil edən mütəşəkkil sosial qrupun yüksək formasıdır.
Kollektiv dedikdə, bir sıra mühüm əlamətləri ilə fərqlənən şa-girdlər birliyi başa düşülür. Kollektiv - ictimai-faydalı məqsədlər ətrafında birləşən, özünüidarə orqanlarına malik olan, mütəşəkkil, sosial qrup formasıdır.
Kollektiv çox mühüm xüsusiyyətləri ilə fərqlənir. Bunlar kol-lektivdaxili psixoloji mühiti, kollektivin üzvləri arasındakı mü-na-sibətləri əks etdirən xarakteristikalardır. Bu xarakteristikalardan biri kollektivin birliyi və mütəşəkkilliyidir.
Yaxşı təşkil olunmuş kollektivdə qarşılıqlı kömək, qarşılıqlı məsuliyyət, xeyirxahlıq, sağlam tənqid, özünütənqid və yarış özünü göstərir. Belə kollektivlərdə münasibətlər sistemi ictimai və şəxsi mənafelərin ağlabatan səviyyədə əlaqələndirilməsi ilə müəyyən olunur.
Kollektivin möhkəmliyi məhəbbət, dostluq və yoldaşlıq kimi nəcib insani hisslərin tərbiyəsi ilə təmin olunur. A.S.Makarenko kollektivdə ənənələrin olmasını kollektivin inkişafıının səciyyəvi əlaməti hesab edir və ənənələri ictimai yapışqan adlandırırdı.
Yüksək həmrəylik hissinin formalaşması şagirdi kollektivin ümumi işində daha fəal şəkildə iştirak etməyə, kollektiv qarşısında öz məsuliyyətini dərk etməyə yönəldir.
Bu sistem şəraitində kollektivin hər bir üzvi öz mənafeyini aydın və inamla ifadə edir.
Kollektivin təqdiri və məzəmməti, sağlam tənqidi öz üzvlərin-də şəxsiyyətin inkişafına təsir edir, qüsurların aradan qaldırılmasına səbəb olur. Odur ki, müəllim və tərbiyəçilər şagird şəxsiyyətinin formalaşmasında kollektivin imkanlarından istifadə etməyə çalış-malıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur.
Yaxşı təşkil edilmiş şagird kollektivində ictimai həmrəylik, ictimai rəyə hörmət, yoldaşlıq və dostluq, yüksək ideya inamı, hu-manizm və s. kimi yüksək əxlaqi hisslərin formalaşmasına geniş imkan yaranır.
Şagird kollektivində yoldaşlıq və dostluq hissinin formalaş-ması üçün geniş imkanlar yaranır. Burada şagirdlərin bir-birinə qarşı həssaslığı, qayğıkeşliyi xüsusi yer tutur.
Kollektiv möhkəm olduqda onun bütün normaları öz üzvlə-rinin normalarına çevrilir. Kollektiv üzvlərində yüksək ideya inamı yaranmış olur.
Kollektiv özü şagirdlərdə kollektivçilik hissinin formalaşma-sına da gətirib çıxarır ki, nəticədə həmin şagirdlərdə onları əhatə edən yoldaşlarına qarşı əsl humanist münasibətlərin yaranmasına səbəb olur.
Onlarda empatiya (başqa adamların psixi halətlərini başa düş-mək və onların dərdinə şərik olmaq qabiliyyəti), identifikasiya, mehribanlıq və s. kimi sosial keyfiyyətlər baş qaldırır.
Deməli, məktəb ilk kollektivlər toplusu olmayıb, şagirdləri ümumi məqsəd və birgə fəaliyyətdə birləşdirən vahid kollektivdir. Məktəb şagird şəxsiyyətinin formalaşmasını istiqamətləndirən əsas mərkəzdir.
Təcrübə göstərir ki, fəaliyyət növlərinə və başlıca vəzifələ-rinə görə müxtəlif kollektivlər olur. Məsələn; əmək kollektivləri, idman kollektivləri və s. təlim-tərbiyə müəssisələri kollektivləri sırasında məktəb kollektivi xüsusi yer tutur. Məktəb kollektivi iki kollektivin, yəni müəllim və şagird kollektivlərinin üzvi vəhdətidir.
Şagird kollektivinin özləri də müxtəlif olur: sinif kollektivi, şagird komitəsi, uşaqların maraqları zəminində pedaqoji şuranın qərarı ilə yaradılmış klublar, studiyalar, dərnəklər və özünüidarə prinsipi əsasında fəaliyyət göstərən digər növ şagird birləşmələri.
Bu kollektivlərdən hər biri şagirdlə çoxluğun mənafeyi ilə şəxsi mənafeylə ictimai mənafeyi şüurlu surətdə əlaqələndirir, öz fəaliyyətində məqsəd ümumiliyinə və dostluq-yoldaşlıq münasibət-lərinə əsaslanır, məktəblilərin bütöv şəxsiyyət kimi boya-başa çat-masına əhəmiyyətli kömək göstərir.
Məktəbdə təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşmasına, inti-zamın möhkəmlənməsinə, uşaqların yaradıcı özfəaliyyətinin inkişa-fına müsbət təsir göstərir. İlk kollektivlərdə şagirdlər arasında ya-xınlıq, ünsiyyət, əlaqə daha sıx olur. Bu kollektivdə hər bir uşağa öz imkanına, bacarıq və qabiliyyətinə uyğun iş tapmaq, şəxsiyyətlər-arası münasibəti düzgün tənzimləmək xeyli asandır.
Belə olmasa, şagirdlərdə vətəndaşlıq şüurunu lazımi şəkildə formalaşdırmaq, onları faydalı ictimai-siyasi fəaliyyətə qoşmaq, ge-niş sosial həyata hazırlamaq çox çətin olar. Başqa bir təhlükə də var: kollektivdə iş düzgün təşkil edilməzsə, üzvlər arasında səmi-miyyət olmasa, müvəkkillərlə üzvlər arasında konflikt yaranarsa, onlar bir-birinə qarşı dursalar, vəzifə başçıları ləyaqətsiz, səviyyəsiz adamlardan seçilmiş olsa, habelə onlar qalanlarını özlərinə zorla tabe etməyə çalışsalar, kollektiv tərbiyəvi rolunu itirər.
Deməli, şagird kollektivinin elmi əsaslar üzərində qurulması-na, kollektivdə şəxsiyyətlərarası münasibətlərin normallığına, kon-fliktlərə səbəb ola biləcək hallara yol verilməməsinə nail olun- ma-lıdır. Bu baxımdan kollektivdə vəzifələrin düzgün bölüşdürül- məsi-nin əhəmiyyəti böyükdür. Şagird kollektivinin müxtəlif növləri mövcuddur.
Onların ümumi məqsədləri eyni olsa da, konkret məqsəd-lərində, eləcə də quruluş və təşkilində müəyyən fərqlər var. Kollek-tivdə yaradılmış ənənələr şagirdləri bir-birinə daha da yaxınlaşdırır, onların arasında möhkəm dostluq münasibətlərini bərqərar edir.
Təcrübə və müşahidələr göstərir ki, şagird şəxsiyyətinin mə-nəvi cəhətdən formalaşması daha uğurlu şəkildə, məhz yaxşı təşkil olunmuş kollektivdə baş verir. Həm də bu formalaşma kollektivin inkişaf mərhələlərinə uyğun olaraq gedir. Yəni şagirdlərin fəallığı-mənəvi cəhətdən az əhəmiyyətli olandan başlayıb onların vətəndaş-lıq mövqeyinə qədər yüksəlir.
Şagird şəxsiyyətinə kollektivin tərbiyəvi təsiri xeyli dərəcədə məhz kollektivin üzvləri arasındakı qarşılıqlı əlaqə ilə, yəni şəxsiy-yətlər arası ünsiyyət və münasibətlərlə şərtlənmiş olur. Şagird kol-lektivi şəxsiyyətlərarası ünsiyyət və münasibətlər humanist və işgü-zar səciyyə daşıyır.
Dostları ilə paylaş: |