29. Sinif rəhbərinin işində pedaqoji
diaqnostikanın əhəmiyyəti
Məktəbdə şagirdləri və sinfi bir vəhdət halında öyrənmək üçün diaqnostik metodlardan istifadə olunmalıdır. Diaqnostikanın təcrübəsində istifadə üçün əlverişli olan metodları nəzərdən keçirək:
Müşahidə sinif rəhbərinə şagirdlər haqqında daha çox infor-masiya toplamağa imkan verən metoddur. Müşahidə şagirdin xarici əlamətlərinə, davranış və rəftar tərzinə, mühakimə qabiliyyətinə və nitq mədəniyyətinə görə təzahür edən xüsusiyyətlərini üzə çıxar-maqdan ibarət olan tədqiqat üsuludur.
Müşahidə metodu məhsuldar metod olub, hadisələri nəinki təsvir etməyə, eləcə də izah etməyə imkan verir. Odur ki, sinif rəh-bərləri müşahidəni mütəşəkkil və ardıcıl surətdə təşkil etməlidirlər. Ona görə ki, müşahidə və onun nəticələrinin təhlili onlardan obyek-tivlik tələb edir.
Müşahidə üçün plan tutulur, nəyi və necə müşahidə etmək məsələləri planda əks etdirilir. Fakt və hadisələri, şagird davranışı-nın müsbət və mənfi tərəfləri müşahidə edilir və müəyyən nəticələr çıxarılır.
Sinif rəhbərləri şagirdlərin rəftar və hərəkətlərini, keçirtdikləri emosional halları ətraflı öyrəndikdən sonra onun psixi vəziyyəti haqqında nəticə çıxarmalıdırlar.
Müşahidə diaqnostik vasitə işində ən əsas yerlərdən birini tutur. Hətta “çətin” tərbiyə olunan uşaqlarla aparılan tərbiyə işində
pedaqoji müşahidə üstünlük təşkil edir. Bunun bir neçə səbəbi vardır:
Birincisi, pedaqoji müşahidə uşağın həyat fəaliyyətində təbii şəraiti nəzərə alır;
İkincisi, peqaqoji müşahidə diaqnostikanın gizli forması-dır, bu zaman uşaq bir obyekt kimi pedaqoji yoxlamaya məruz qal-dığını hiss etmir;
Dostları ilə paylaş: |