Praktik göstəricilər: “bu zaman özünü necə hiss etdi?” ;.
Reaksiya vermə davranış göstəriciləri: “bunu necə etdi?”
Xarici görünüşü: “xarici görünüşü necədir?” və s. Pedaqoji müşahidə zamanı uşaqların təbii həyat şəraitinin məqsədli qavrayışı, münasibətlərin çoxsaylı göstəriciləri təhlil və qeyd edilir.
Göstəriciləri qeyd edərkən, sinif rəhbərləri pedaqoji müşahidə zamanı öz obyekti kimi onları deyil, tərbiyəlilik əlamətlərini nəzərə almalıdırlar. Göstəricilər uşağın iradəsindən və şüurundan asılı olmayaraq onun obyektə qarşı real münasibətini əks etdirir. Ətraf mühitə adi reaksiya verərək, şagird davranışın xarici görünüşündə müəyyən obyektə münasibətini göstərir.
Pedaqoji müşahidənin diqqət mərkəzində həmişə münasibət obyekti dayanır, o, çoxsaylı göstəricilərin təhlili sayəsində üzə çıxır. Əgər sinif rəhbəri bilmək istəyirsə ki, uşaq özünü nə üçün pis aparır, bu zaman o, şagirdin fiziki və psixoloji vəziyyətinin üzə çıx-
368
masından başqa, şagirddə hansı obyektə qarşı neqativ hərəkətlərin gizləndiyini də təyin etməlidir.
Münasibət obyektini müəyyən edərkən müəllim öz təxminin-də əmin olmalıdır. Bundan sonra diaqnozlaşdırmanın xüsusi meto-dikalarına keçmək lazımdır.
Müşahidə zamanı sinif rəhbəri öz təəssüratlarını dəqiqləşdi-rərkən uşaqlara belə yardımçı suallar verir: “Siz istərdinizmi..?”, “Siz necə fikirləşirsiniz..?” Bəzən bu cür dəqiqləşdirici suallardiaqnostikaya ehtiyacı aradan qaldırır, yəni uşaqlar açıq şəkildə öz meylləri və dəyərləndirdikləri barədə məlumat verirlər.
Müşahidədə hadisələr, faktların təsvirləri, şagirdlərin davranış xüsusiyyətləri öz əksini tapmalıdır. Tərbiyə metodikası müşahidə-nin məqsəd və obyektinin təyinini (hansı keyfiyyət və xüsusiyyətləri öyrənmək lazımdır), eləcə də nəticələrin uzunömürlülüyü və təsbit-etmə bacarığını da tələb edir. Məsələn; sinif rəhbəri öz müşahidə-lərini sinifdənxaric və məktəbdənkənar işlər zamanı apararaq (sinfin təmizliyi və ya məktəb tədbiri zamanı) ayrı-ayrı kartoçkalara qeyd edə bilər. Müşahidə sinif rəhbərinə şagirdi təbii şəraitdə görmək imkanı yaradır.
Sinif rəhbərinə gündəlik tutmaq və orada müşahidənin qeyd-ləri üçün yer saxlamaq tövsiyə olunur. Vaxtilə öz şagirdləri haqqın-da qeydlər aparan müəllimlər müşahidə ustaları olmuşdur.
Anket və digər sorğu metodları şagirdlərin şəxsi keyfiyyət-ləri, dəyərləri, qarşılıqlı münasibətləri, fəaliyyət sahələri haqqında müxtəlif məlumatlar verir. Anket sorğusunun tərtib edilməsi asan iş deyil. Bu sinif rəhbərindən həm şagird fəaliyyətinin keyfiyyətinin siyahısını, həm də onun haqqında lazım olan digər məlumatların müəyyənləşdirilməsini tələb edir.
Anket sualları anlaşıqlı, aydın, uşaqların yaş və bilik səviyyə-sinə cavab verməlidir. Onların sayı çox olmamalıdır. Anketləşdirmə asan əldə edilən məlumatların tez toplanmasına şərait yaradır. An-ketdən istifadə zamanı sorğunun çatışmazlığı da mümkündür. Belə ki, cavablar həmişə geniş, dəqiq və səmimi olmaya bilər.
Anket sorğusu müxtəlif məqsədlər üçün təşkil edilir. Şagirdlər nəyi və necə mütaliə edirlər?Asudə vaxtdan necə istifadə edirlər? Məsuliyyət və münasibət anlayışlarını necə qəbul edirlər? Şəxsiy-yətlərarası münasibətləri necə başa düşürlər? Vətənə xidməti necə
369
başa düşür və nədə görürlər? İdman sahəsində qazanılan nailiyyətlər səndə nə kimi hisslər yaradır?