Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Vergi sistemi və vergi siyasəti



Yüklə 147,54 Kb.
səhifə20/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

3. Vergi sistemi və vergi siyasəti. Azərbaycan Respublikasının vergi siyasəti “Vergi sistemi” haqqında qanunla müəyyən edilmişdir.Qanuna əsasən vergilər əlavə dəyər vergisi, aksiz vergisi, fiziki şəxslərdən alınan vergilər və s. formada tətbiq edilir. Tutulmuş vergilər ümumdövlət vergi sisteminin əsasını təşkil edir. Azərbaycanda məlum 22 vergi növündən hələlik bir qismi: mənfəətdən alınan vergi, gəlir vergisi əmlaka görə vergi, torpaq vergisi, reklam ilə əlaqədar vergi və s. tətbiq edilir. Vergi sisteminin əsas məqsədi və müvəffəqiyyəti onda olur ki, bərabər mənfəətə - bərabər vergi prinsipi tətbiq edilir. Yəni istehsalçıları maraqlandırmaq, kapital axınının ticarət kanallarından istehsalata yönəltmək ən mühüm vəzifədir. Belə ki, i.güzar fəaliyyətin inkişafına kömək baxımından düzgün vergi siyasəti mühüm əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, vergilər həmişə 2 vəzifəni yerinə yetirir: I-dövlətə pul toplamaq, II-pulu əlindən alınanaların pul qazanma marağını saxlamaqdır. Vergi qanunlarına görə əlavə dəyər vergisi, aksiz vergisi, hüquqi şəxslərdən gəlir vergisi (mənfəətdən vergi), gömrük vergisi, əhalidən vergilər və s. Respublikanın Milli Məclisi tərəfindən müəyyən edilir.
Əlavə dəyər vergisi (1991) əmtəələrin, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca dəyər artımının bir hissəsinin büdcəyə alınması formasıdır. ƏDV-nin ödəyiciləri hüquqi şəxs statusu olan, istehsal və başqa kommersiya fəaliyyəti göstərən müəssisələr, o cümlədən xarici investisiyaların qoyulduğu müəssisələr, əmtəələrin, işləri və xidmətləri öz adından satan qeyri-məhdud ortaqlıqla istehsal və başqa kommersiya fəaliyyəti göstərən beynəlxalq birliklər və xarici hüquqi şəxslər aiddir.
Aksizlər (1991) əmtəənin və xidmətlərin qiymətinə daxil edilən və alıcı tərəfindən ödənilən vergi növüdür. Aksiz vergisi bir sıra şərab məhsulları, balıq məhsulları, təbii xəz, gön dəri məmulatı, billur və rəngli şüşə məmulatı, xalçalar və xalça məmulatı, minik maşınları, tütün məmulatı, neft məhsulları, respublikadan kənara təyyarə biletlərinin satışı və s. üzrə tətbiq edilir.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin