Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Şərqi Zəngəzur iqtisadi rayonuna -



Yüklə 147,54 Kb.
səhifə46/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Şərqi Zəngəzur iqtisadi rayonuna - Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir. Ərazisi 7448 km²-dir.
Rayonun əlvan metallurgiyanın inkişafı üçün potensialı vardır. Ərazisində qızıl, civə, xromit, mərmər, perlit, üzlük tikinti daşları koral, və s. faydalı qazıntı ehtiyatları vardır.
Rayon coğrafi mövqeyinə və tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Tarixi memarlıq abidələri siyahısına Gəncəsər, Ağoğlan monastırları, Gürcülü, Məmmədbəyli türbələri, Xudafərin körpüsü və s. aiddir. Region erməni işğalından azad edilmişdir. Dövlət proqramları əsasında regionun iqtisadiyyatı bərpa olunur və yaxın gələcəkdə tamamilə yenidən qurulacaqdır. Məcburi köçkün düşmüş yerli əhalinin Böyük qayıdışı başlamışdır.
Qazax–Tovuz iqtisadi rayonu Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları daxildir.
İqtisadi rayon şimaldan Gürcüstan, qərbdən Ermənistan və şərqdən Gəncə-Daşkəsən iqtisadi rayonu ilə həmsərhəddir. İqtisadi rayonun relyefi alçaq, orta və yüksək dağlıq əlazilərdən ibarətdir. İqtisadi rayonun ümumi sahəsi 7,033 min km², əhalisi 682,79 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 8,1%-ni, əhalisinin isə 6,7%-ni təşkil edir.
Quba-Xaçmaz İqtisadi Regionu
Sərhəd şəhərlərdən təşkil olunması səbəbiylə, Quba-Xaçmaz iqtisadi regionu strateji əhəmiyyət kəsb edən regionlardan biridir. Ölkənin şimal-şərqində yerləşir. Region, Xəzər Dənizi ilə uzun sahil xəttinə sahibdir.
Region əlverişli nəqliyyat-coğrafi mövqeyinə sahibdir. Regiondan keçən avtomobil yolu, dəmir yolu, neft, təbii qaz və su boru xətləri, telekommunikasiya xətləri region iqtisadiyatının inkişaf etməsində mühüm rol oynayır. Kommunikasiya xətləri Azərbaycan və Rusiyanı bir birinə bağlayır. Sosial infrastruktur, regiondakı sosyo-iqtisadi inkişaf və sosyo-iqtisadi tələblərin qarşılanması baxımından əhəmiyyət kəsb edir. Regionda xalq kitabxanaları, teatr, xəstəxana və digər sosial infrastruktur müəssisələri fəaliyyət göstərir. Quba-Xaçmaz İqtisadi Regionuna aid ümumi məlumatlar aşağıdakı kimidir:
Quba-Xaçmaz İqtisadi Regionu Dəvəçi, Xaçmaz, Quba, Qusar, Siyəzən inzibati rayonlarından təşkil olunmuşdur. Ümumi sahəsi 7.66 min km2 olan Quba-Xaçmaz İqtisadi Regionu ölkə ərazisinin 8.8%-ini əhatə edir. 453.100 nəfərdən ibarət regionda ölkə əhalisinin 5.6 %-i yaşayır. Əhalinin 257 min nəfəri fəaldır. Hər kvadrat kilometrə isə 59 nəfər düşür. Topoqrafik quruluşu səbəbiylə region əhalisi daha çox Xəzər Dənizinin sahilindəki düz sahələrdə yaşayır. Əhalinin 32%-i şəhərdə, 68% -i isə kənd ərazilərində yaşayır.
Regionun təbii ehtiyatları arasında neft, təbii qaz, yanar şist, qum, çınqıl və içməli su yer tutur. Meşələr regionun 10-11%-ini əhatə edir. İqtisadi region təbii istirahət ehtiyatları baxımından zəngindir. Ölkədəki ən əhəmiyyətli sanatoriya bu regiondadır. Siyəzəndə Qalaaltı mineral suyunda yerləşən ölkənin əhəmiyyətli sanatoriyası fəaliyyət göstərir. Region sənayesi neft və təbii qazdan asılıdır. Regionun neft və təbii ehtiyatları Siyəzən rayonunda (Keşçay, Siyəzən-Nardaran, Əmircan, Zoğlu-Zeyvə, Təngi, Saadan, Vəyimdağ-Toğçay v.s.) cəmləşmişdir.
Region iqtisadiyatının sektoral strukturunda kənd təsərrüfatı sektorunun hegomonluğu, yüngül və qida sənayesinin inkişafına imkan yaradır. Kənd təsərrüfatı sənayesi sahəsində meyvə-tərəvəz konservaçılığı, xalçaçılıq və balıq
məhsulları mühüm yerə sahibdir.
İqtisadi regionda üstünlüyə sahib olan sektor kənd təsərrüfatı və heyvandarlıqdır.
Kənd təsərrüfatı xüsusiylə, meyvə və tərəvəz istehsalında cəmləşmişdir. Bunlarla birlikdə üzüm, kartof və buğda da itsehsal olunur. Süd və ət istehsalı məqsədiylə iri və xırda buynuzlu heyvandarlıq regionun düzənlik ərazilərində inkişaf etmişdir. Regionun Siyəzən və Dəvəçi rayonlarında isə quşçuluq yayılmışdır. Regionun inkişaf etmiş sektorları arasında isə turizm qabaqda gəlir. Regionda turizm baxımından əhəmiyyət daşıyan yerlər Yalama-Xudat dəniz kənarı, böyrək xəstəlikləri üçün Qalaaltı müalicə mərkəzi, Qusar, Quba, ovçuluq və balıqçılıq baxımından Xaçmaz və Dəvəçidir. Turizmlə yanaşı regionda konservaçılıq, spirtli və spirtsiz içkilər, un, ət və süd məhsulları istehsalı, qablama, inşaat materialları və xalçaçılıq investisiya qoyulması baxımından daha əlverişli sahələr hesab edilə bilər. Regionda yerləşən Siyəzən rayonunda neft sənayesiylə yanaşı digər rayonlarda olduğu kimi konservaçılıq, toyuqçuluq, spirtsiz içkilər, un, ət və süd məhsulları istehsalı da qabaqcıl investisiya qoyulan sahələr arasındadır.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin