Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Atmosferi çirkləndirən bütün mənbələr iki his­



Yüklə 0,77 Mb.
səhifə102/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   98   99   100   101   102   103   104   105   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Atmosferi çirkləndirən bütün mənbələr iki his­səyə bö­lünür: təbii və antropogen. Atmosferin təbii çirk­lənmə­­si vulkan püskürməsi, tozlu qasırğalar və kos­mik to­zun ona düşməsi nəticəsində baş verir. Bu halda əsas rol Ye­­rin vulkanik və fulid fəallığa məxsus olmasıdır. İri vulkan püs­­kürmələri zamanı atmosferə (aşağı qatlarla bərabər üst qatlara da) böyük həcmdə qaz və kül atılır. Hava axın­­ları isə onları böyük məsafədə yayırlar və onun tə­si­ri bəzi vaxtlar bir neçə il hiss olunur. Buna misal olaraq bü­­tün tarixdə ən güclü vulkan 1883-cü ildə püskürən Kra­­katau vulkanı olub. Bu vulkan o qədər güc­lü olub ki, onun sahəsi 4800 km uzaqlıqda, Hind okeanında eşi­di­lib. Vulkanik külün xırda və bərk hissə­cikləri təxminən 20 km hündürlüyə 75 milyon kub metr məsafəyə atı­lıb. Bu kül sonrakı aylarda bütün yer kürə­sini, əsas eti­ba­rı ilə orta en dairəsi qurşağını əhatə edib. Bu cür fəlakətli püs­­kürmələr indi də baş verir. XX əsrin 90-cı illərin əv­və­­l­ində Filippində Pinatubo və Çilidə Xod­son Vul­ka­nın püskürməsi buna misal ola bilər. Sa­xa­ra səhrasının üzə­­rində yaranan toz buludları, sonra şərqi və şimali şər­­qi küləklərlə bütün Qərbi Afrikaya yayılıb. At­mos­fe­rin antropogen çirklənmə mənbələri da­ha çoxdur. Onun vu­r­d­uğu zərər daha güclü olur. At­mos­fer çirkənməsinin əsas mənbələrinə aşagıdakılar aiddir. İstilik energeti­ka­sı, metallurgiya, kimyəvi və neft–kim­yə­vi, sellüloz-ka­ğız sənayəsi, inşaat sənayəsi, avtomo­bil nəqliyyatı və s. İn­­san fəaliyyətinin nəticəsində çirkləndi­rici maddələr at­mos­­ferə əsas iki şəkildə aero­zol və qaz halında olan müx­təlif maddələr olur. Aerozol çirk­lənmə bu, at­mos­fe­rin iri və xırda hissəli dispersiya ha­lında olan bərk və ma­ye maddələrlə çirklənməsidir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin