2. Atmosfer havasının çirklənməsi ilə əlaqədar iqtisadi ziyanın təyin olunması Atmosferin yerüstü qatının müxtəlif qaz və aerozollarından ibarət atmosfer havası Yer üzərində olan bütün canlıların varlığının ən vacib şərtdir. Onun təsir gücü insan və bütün canlı aləmlə məhdudlaşmır. O, yerin torpaq-bitki örtüyünə, hidrosferə, geoloji mühitə, elecə də müxtəlif texnogen obyektlərə (binalara, qurğulara və. s) güclü təsirə malikdir. Atmosferin çirklənməsi dedikdə, onun qaz balansını pozan müxtəlif fikizi və kimyəvi maddə və birləşmələrin atılması başa düşülür.Bu ətraf təbii və texnogen mühitə son dərəcə mənfi təsir edir.