Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Torpağın çirklənməsi ilə əlaqədar iqtisadi ziyanın təyin olunması



Yüklə 0,77 Mb.
səhifə109/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   105   106   107   108   109   110   111   112   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

4.Torpağın çirklənməsi ilə əlaqədar iqtisadi ziyanın təyin olunması

İnsanın həyatı torpaqla bilavasitə bağlıdır. Bitkilər yalnız torpaqda inkişaf edərək insanları öz məhsulları, heyvanlar alemini yem, sənayeni xammal ilə təmin edir. Bu təbii sərvət əsrlər, min illər ərzində formalaşdığından ona qarşı xüsusi həssaslıq tələb edilir. Lakin məhsuldarlıq torpağın yalnız bir xüsusiyyətidir. Min illər ərzind bəşəriyyət torpağı yalnız əkinçilik, bağçılıq və maldarlıq obyekti kimi qəbul etmiş, ona utilitar və istismarçı mövqedən yanaşmışdır. Yalnız XIX əsrin sonlarından etibarən torpağa ondan istifadənin xarakterindan asılı olmayaraq xüsusi bir təbii cisim münasibəti formalaşmağa başladı. Torpaq minerallar, bitki və heyvanlar aləmi kimi tədqiqat obyektinə çevrildi.

Torpaq bütün dövrlərdə istənilən dövlətin ən dəyərli milli sərvəti hesab olunur.

Kənd təsərrüfatına yararlı torpaqların sahəsinin getdikcə azalması bir sıra antropogen amillərlə bağlıdır. Bunlar torpaqların eroziyası, qeyri-rasional istifadə, səhralaşma, bataqlıqlaşma və s. amillərdir. Torpaqdan istifadə yalnız elmi əsaslarla, ekoloji nəticalərin qiymətləndirilməsi əsasında həyata keçirildikdə davamlılıq prinsipi qoruna bilər.

Torpaq, bitki və ətraf mühitə olan antropogen təsir yolverilən həddi aşmalı deyil. Bu həddi aşarkan aqroekosistemin məhsuldarlığı aşağı düşür, onun fəaliyyətinin dayanıqlılığı və stabilliyi itir. Yalnız aqroekosistemin bütün elementlerini təkmilləşdirməklə onun məhsuldarlığını artırmaq olar. Başqa sözlə, aqroekosistemin məhsuldarlığl iqtisadi və ekoloji baxımdan yalnız o vaxt alverişli olur ki, onun bütün elementləri eyni zamanda optimallaşdırılsın.

Torpaq və bitkilər təbii zonalardan asılı olaraq müxtəlif miqdarda ağır metalları (xrom, qurğuşun, nikel, mis) özündə toplayır.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin