3. Sənaye çirkab suları müxtəlif xammalın əldə edilməsi və emalı zamanı yaranan maye tullantılarından ibarətdir. Vahid hazır məhsula düşən su sərfinin miqdarı ilə müəyyən edilir.
Suyun və havanın keyfiyyətinin əsas göstəricisi Qatılığın Zərərsiz Həddidir (QZH). QZH müəyyən olunmayan yeni maddələrin sututarlara axıdılması qadağandır. Son vaxtlar QZH daha çox çirkab suları üçün yox, su hövzələri üçün müəyyən olunur. Hesablamalara görə, planetdə yaranan çirkab sularının təxminən yarısı xüsusi təmizləmə prosesləri olmadan su hövzələrinə axıdılır, Onların zərərsizləşdirilməsi durulaşdırılaraq özünütəmizləmənin ixtiyarına verilir. Məsələn, polietilen və polistirol istehsalı zavodlarının tullantı sularını 30 dəfə, sintetik kauçuk istehsalının tullantı sularını isa 185 dəfə durulaşdırmaq lazımdır.
Dostları ilə paylaş: |