Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Dəniz ekosistemlərinin çirklənməsi



Yüklə 0,77 Mb.
səhifə108/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   104   105   106   107   108   109   110   111   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Dəniz ekosistemlərinin çirklənməsi. Hazırda çox hallarda dəniz insan fəaliyyəti tullantılarının əsas atılma yerinə, küllüyünə çevrilir. Təbii axıntılarla yanaşı, dənizə kənd təsərrüfatının, sənayenin, şəhərin çirkab və tullantı suları, atmosferin çirkləndirici çöküntüləri, zibil və gəmilərin çirkab suları daxil olur. Tankerlərin sızması, üzən platformalarm fəaliyyəti, dənizdə neftçıxarma işləri, tanker trümlərinin yuyulması nəticəsində dəniz suyu neft məhsulları ilə çirklənir. Dəniz suyu toksiki kimyəvi maddələr və plastmas ilə çirklənərkən təbii proseslər bu çirkləndiriciləri parçalaya bilmir. Pestisidlər, sintetik üzvi maddələr, plastmas atılan dəniz ərazilərində həyat tamamilə məhv olur. Tədqiqatlar göstərir ki, hər il dünyada 2 mln. Dəniz quşlan və 100 000-dan çox dəniz məməli heyvanları plastik stəkanları, paketləri və digər plastmas zibilləri yeyərək məhv olur. Ticarət gəmiləri hər gün dünya dəniz sisteminə 450 000 plastik konteyner tullayır.

Neft çirklənmələri ən ciddi problemlərdən sayılır. Bunlar, əsasən, tankerlərin qəzaları, qazma quyularındakı yüksək təzyiqli neftin dənizə sızması nəticəsində olur. Neft çirklənmələrinin böyük əksəriyyəti dənizə quru vasitəsilə: şəhərlərin və sənaye müəssisələrinin tullantıları və çirkab sulan ilə daxil olur. Neftin dəniz ekosistemlərina təsiri bir neçə amillardən asılıdır: neftin növü (xam və ya təmizlanmiş), çirklənmənin miqyası, sahildən uzaqlığı, ilin fəsli, hava şəraiti, suyun temperaturu və s. Neft müxtəlif xassəli yüzlərlə maddənin qatışığıdır. Neftin tərkibindəki aromatik karbohidrogenlər (benzol, toluol) bir çox balıq və xərçəng növlərinin kütləvi məhvinə səbəb olur. Neft məhsullarındakı yapışqanlı qətran, mazut quşların lələklərinə, heyvanların xəz və dərilərinə yapışır. Bunun nəticəsində bu heyvanlar suda batıb ölürlər.Neftin ağır fraksiyaları dənizin dibinə çökərək dəniz dibinde yaşayan canlıları məhv edir. Neft çirklənmələri oradaki balıq və digər canlılara xarakterik iy və dad verərək onları istifadəyə yararsız edir.

Azərbaycanda yerüstü su ehtiyatlarını çaylar (8359 çay), göllər (450), su anbarları (əsas 5), kanallar va buzlaqlar (9) təşkil edir. Ümumi yerüstü su ehtiyatları müxtəlif hesablamalara görə, 28.1 - 31.7 km3, istifadəyə yararlı yeraltı suların illik ehtiyatları isa 9 km3 -dir. Ümumiyyətlə, bütün dünyada qəbul edilmiş qaydalara əsasən,keyfiyyətli yeraltı sular ilk növbədə əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi üçün istifadə olunmalıdır. Lakin, ölkə ərazisində su ehtiyatlarının məhdudluğundan yeraltı suların 80%-ə qədəri suvarma əkinçiliyində istifadə olunur. Su ehtiyatlarının məhdudluğuna baxmayaraq su itkisi həddən artıq çoxdur. Kənd təsərrüfatında bu itki 50%-ə çataraq respublikada ümumi istifadə olunan suyun 70%-ni təşkil edir. Sənaye müəssisələrinin böyük əksəriyyəti sudan birbaşa istifadə edərək böyük itkilərə yol verirlər. Sudan belə qeyri-qənaətbəxş istifadə, suvarma kanallarının mecralarının yumşaq torpaq örtüklü olması bəzən torpaq sularının qalxmasına, bu da öz növbəsində torpaqların şoranlaşmasına, bitkilərin məhvi nəticəsində bioloji müxtəlifliyin azalmasına səbəb olmaqla ətraf təbii mühitə mənfi təsir göstərir. Su kəmərlərinin içməli suyu əhalinin 50%-ni təmin edə bildiyi halda, bir çox rayonlarda içməli su təminatı kəskin problem olaraq qalmaqdadır. Bütün bunlar sudan davamlı istifada məsələsini əsas prioritetlərdən edir. Qeyd etmək lazımdır ki, bu sərvətlər həm də qiymətli təbiət abidələri, ekoturizm obyektləridir.

Su mənbələrinə atılan çirkləndiricilər tərəfmdən dəyən iqtisadi ziyan ümumiləşdirilmiş hesabat düsturu ilə belə təyin edilir.


ZS = K • TK • M
burada K - sabit əmsaldır, manat/şərti ton

Tk - su təsərrüfatlarının növündən asılı əmsaldır.

M-in qiyməti aşağıdakı kimi hesablanır.

burada A - tullantının nisbi təhlükəlilik əmsalıdır. m)-i növlü tullantının illik kütləsidir, ton/il. A-ın qiyməti aşağıdakı düsturla tapılır:

burada BBQblti - balıq təsərrüfat su hövzələrində i növlü maddənin buraxıla bilən qatılığıdır, q/m3, A-ın qiyməti suda asılı vəziyyətdə olan maddələr üçün 0,33; neft məhsullan üçün 20, mis üçün 100 və s. götürülür.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin