1. Məişət çirkab suları (duş, paltar yuma, hamam-tualet, yeməkxana, döşəmələrin yuyulması zamanı və s. yaranan çirkablar). Onların miqdarı orta hesabla şəhərin hər bir hektar yaşayış massivində 0.5 - 2 litr/san. ərafında olur. Tərkibi təqribən 58% üzvi, 42% isa mineral maddələrdən ibarət olur;
2. Atmosfer çirkab suları (Yerdən sovrulmuş üzvi və mineral birləşmələrdən ibarət olan havadaki asılı maddələr). Sənaye müəssisələrinin ərazilərindən yaranan bu çirkab sularının yığılması və təmizlənməsi çətin olduğundan su tutarlarına daha çox ziyan vurur;