Analitik üsullar qrupu iqtisadi zərərlə çirklənmənin xarakteristikası arasında əlaqə analitik asılılığın olması ilə əlaqədardır. Bu və ya hər hansı başqa yaxınlaşmadan istifadə olunması zərərin təyin olunmasının konkret məqsədindən asılıdır (o cümlədən hüquqi subyektlərin qarşılıqlı əlaqələrinin vəziyyətindən).
Bazar iqtisadiyyatı ölkələrində ətraf mühitin çirklənməsindən yaranan zərərin iqtisadi qiymətləndirilməsində çox vaxt müqayisə üsulundan istifadə olunur. Bu üsullar istehlakçının pul vəsaitinə əsaslanır və ona görə də onlara ətraf mühiti çirkləndirməyə imkan verilmir. Adətən bu halda aşağıdakı iki metodoloji yaxınlaşma tətbiq olunur:
ətraf mühitin yaxşılaşdırılması üçün istehlakçının ödəməyə hazırlığının qiymətləndirilməsi (İÖH);
ətraf mühitin pisləşməsi ilə istehlakçının razılaşmasının hazırlığının qiymətləndirilməsi (İRH).
Çirkləndirmədən yaranan ümumi illik iqtisadi ziyan Z (manat/il) aşağıdakı düsturla hesablanır.
Z = Zx * b * Qm
Burada Zx - vahid tullantının ətraf mühitə vurduğu xüsusi ziyan, manat/il, b-vahid məhsula düşən tullantının kütləsi, t/t; Qm - illik buraxılan məhsul, t/il.
Mühitlər üzrə iqtisadi ziyan aşağıdakı düsturla hesablana bilər:
Ztt = Zatm • α + ZS • β + Zq • γ + Zya • η
burada Ztt - ayrı-ayrı mühitdən və ya müəssisələrdən ətraf mühitə atilan tullantılardan dəyən illik ümumi iqtisadi ziyan, manat/il;
Zatm - Atmosferin çirkləndirilməsindən dəyən illik iqtisadi ziyan, manat/il;
Zs - Su mənbələrinin çirkləndirilməsindən dəyən illik iqtisadi ziyan, manat/il;
Zq - torpaq sərvətlərinin çirkləndirilməsindən dəyən illik iqtisadi ziyan, manat/il;
Zya - yeraltı sərvətlərin çirkləndirilməsindən və pozuntudan dəyən illik ziyan, manat/il.
α, β, γ, η - ümumiləşdirilmiş hesabat metodunun həqiqilik dərəcəsini müəyyən edən düzəliş əmsallandrır. Hər bir əmsal ümumi sahələrə dəyən ziyanın ümumiləşdirilmiş hesabatından alınan nəticənin ayr-ayrı sahələr üzrə hesablanan ziyanm nisbətindən asılı olaraq götürülür
Ekoloji-iqtisadi zərər - çirkləndirmə nəticəsində ətraf mühitdə, təbii ehtiyatların kəmiyyət və keyfiyyətində baş verən mənfi dəyişikliklər, habelə bu dəyişikliklərin nəticələrinin pulla qiymətləndirilməsi başa düşülür. Ekoloji zərər və onun nəticələri müxtəlif növlərdə və sahələrdə çirkləndirilmiş hava və sudan istifadə edən insanların səhhətinin pisləşməsi (ictimai zərər), sənaye tullantıları ilə (çirkləndirilmiş torpaq sahələrinin kənd təsərrüfatı məhsuldarlığının azalması və s.) özünü göstərə bilər. Adətən, təbiətə vurulan zərər ölçülən zaman əvvəlcə müəyyən dəyişikliklər (təbii göstəricilərin pisləşməsi) aşkar edilir, sonra isə onlara iqtisadi qiymət verilir.
Ekoloji-iqtisadi zərəri aşağıdakı düstur şəklində göstərmək olar:
Dostları ilə paylaş: |