Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə12/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

2.Demoqrafik problemlər

Cəmiyyətin inkişafı bir çox sosial, iqtisadi və ekoloji problemləri meydana gətirmişdir. Müasir dövrümüzdə çox paradoksal bir vəziyyət yaranmışdır: bir tərəfdən bəşər sivilizasiyası görünməmiş inkişaf səviyyəsinə yüksəlmiş, digər tərəfdən isə öz varlığını ciddi təhlükə altına qoymuşdur. Müasir dövrdə aşağıdaki problemlər bəşəriyyətin planetar problemləri hesab edilir:



  • əhalinin artımı;

  • təbii resursların getdikcə tükənməsi;

  • ətraf mühitin çirklənməsi;

  • enerji böhranının getdikcə kəskinləşməsi;

  • zəif inkişaf etmiş ölkələrdə yoxsulluq və ərzaq qıtlığı;

  • etnik münaqişələr və kiçik müharibələr;

  • epidemiyalar;

  • banditizm və terrorizmin geniş vüsət alması;

  • dini konfliktlər;

  • mədəniyyət, əxlaq və aila böhranları;

  • qlobal və regional miqyasda ekoloji problemlər.

Əhalinin sayının artımı ümumiyyətlə götürdükdə, planetin gələcək taleyini təyin edən amillərdən hesab edilir. Çünki getdikcə təlabatlar artır, texnologiyalar inkişaf edir, təbii sərvətlər tükənir, biosfera düşən təzyiq artır, insanı əhatə edən ətraf mühit dağılır. Bu problemlər hazırda demoqrafları, sosioloqları, iqtisadçıları, ekoloqları və siyasətçiləri narahat edan problemlərdəndir.

F.Noutstoyn tərəfindən verilmiş demoqrafik keçid nəzəriyyəsinə əsasən, əhali artımının 3 mərhələsi mövcuddur. Bu mərhələlər iqtisadi və sosial inkişafla müəyyənləşir. Birinci mərhələ üçün doğumun aşağı, ölümün isə yuxarı səviyyəsi səciyyəvidir. Bu mərhələni bütün bəşəriyyət keçmişdir. İkinci mərhələdə iqtisadiyyatın və səhiyyənin inkişafı nəticəsində doğum artır, ölüm halları isə azalır. Bu mərhələdə əhalinin sayı kəskin artır. Hazırda inkişafda olan ölkələrin əksəriyyəti bu mərhələdədir. Üçüncü mərhələdə doğumun azalması ilə bərabər, uşaq ölümü də azalır. Bu zaman cəmiyyətin iqtisadi və sosial hədəflərində dəyişmə baş verir. Nəticədə, dünya əhalisinin sayı təkcə doğumun artımı ilə deyil, həm də ölüm əmsalının azalması ilə müəyyənləşir, inkişaf etmiş ölkələrdə ölümün azalmasına səbəb olan amillər aşağıdakılardır;

1. Ərzaq istehsalmın artması ilə əlaqədar qidalanma şəraitinin yaxşılaşması.

2. Səhiyyənin və tibbi xidmətin təkmilləşməsi ilə əlaqədar epidemiyaların və infeksion xəstəliklərin azalması.

3. Ümumi sanitar şəraitin və su təminatının yaxşılaşması.

BMT ekspertlərinin fikrincə, inkişaf etməkdə olan ölkələrdə doğumun azalması baş verəcək və 2100-cü ildən etibarən planetin əhalisinin sayı 11-13 mlrd. olacaq. Demoqrafik keçid modelinə əsasən, ölkələrdə sənayeləşmə inkişaf etdikcə kəskin artım nəinki "sıfır” artımla əvəz olunur, bəzən əhalinin sayının azalmasına da səbəb olur. Lakin davamlı iqtisadi inkişaf olmadan kasıb ölkələr demoqrafik keçidi həyata keçirə bilmir.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin