Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə15/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Daş kömür. Planetdə ən geniş yayılmış enerji daşıyıcısıdır. Onun ehtiyatları 7 trin. t. Həcmində qiymətləndirilir. Təkcə kəşf olunmuş mədənlər (300 mlrd. t) bir neçə əsrə çatar. Hesablamalara görə, planetin hələ tapılmamış kömür ehtiyatları hazırkl istehlak tempi ilə 900 ilə çatar. Kömür istehsalı liderleri (ÇXR, ABŞ, MDB) dünyanın ən böyük atmosfer çirkləndiriciləri hesab edilir. Atmosfera atılan karbon qazmın 26%-i ABŞ-ın, 19%-i isə MDB ölkələrinin payına düşür. Daş kömürlə işləyən istilik elektrik stansiyalarında (İES) orta hesabla hər 1 kVt/saat enerjiyə 10-25 kq zərərli tullantı düşür. Hazırda ABŞ çox bahalı bir proqram üzərində işləyir. Tullantıların tam şəkildə tutulmasına əsaslanmş 150 min. kVt güclü İES inşa etmək nəzərdə tutulub.

Bərk yanacaqlardan istifadənin üstünlüyü ondan ibarətdir ki, o, ən geniş yayılmış yanacaq növüdür və yüksək enerji çıxışına malikdir. Kömür ehtiyatı çox olan ölkələrdə o, elektrik enerjisi hasil etməyin ən ucuz formasıdır. Lakin bu ucuzluq hava çirklənmələrini, torpaqların bərpasını, tullantılardan təmizlənməni nəzərə almır. Qüsurları ondan ibarətdir ki, o, ən çirkli faydalı qazıntı hesab edilir. Kömür emalı yüksək təhlükə mənbəyidir, yanarkən ayrılan NOx , SOx -in miqdarı, zərərli bərk tullantılar digər yanacaq növlərinin yanmasına nisbətən daha çox olur. Havanın bu maddələrlə çirkləndirilməsi turşu yağışlarına səbəb olur.

Daş kömürün açıq üsulla istismarı torpaq örtüyünü sıradan çıxanr, təbii bitki örtüyünü məhv edir. Şaxtaçılar tez-tez ağ ciyərin silikozu xastəliyinə tutulur, bədbəxt hadisələrə məruz qalırlar. Atılmış şaxtalardan axıb gələn zəhərli metal birləşmələri və turşular səthi və qrunt sularını çirkləndirir, balıqları və digər canlıları məhv edir. Bundan başqa, əldə edilmiş daş kömürün daşınması da çox çətindir. Onun avtomobildə yanacaq kimi istifadasi də mümkün deyil.

Nüvə enerjisi. Əvvəllər bu enerji növü təhlükəsiz və ucuz hesab edilirdi. Keçən əsrin sonlarına qədər dünyada 1800 ədəd AES quraşdırılacağı haqqında proqnozlar verilirdi. Bü gün dünyada 400 blok AES istifadə olunan ümumi enerjinin 20%-ni verir. Praktika göstərir ki, atom enerjisi çox bahalı enerji istehsalıdır.

Üstünlüyü ondan ibarətdir ki, nüvə reaktorları havanı çirkləndirən CO2, NOx, SOx oksidləri yaratmır. Proses normal gedərsə, suyun və torpağın çirklənməsi olmur.

Qüsurlu tərəflari odur ki, AES-lərin tikintisi və istismarı çox baha başa gəlir.Adi AES-lər ancaq elektrik enerjisi istehsal edə bilir. Təmiz faydalı enerji çıxışı aşağıdır. Yüksək radiasiyalı tullantıların etibarlı saxlanılması metodları işlənilməmişdir. AES tikilərkən ərazinin seçilməsi çox yüksək əhəmiyyət kəsb edir. Məsələn, Ermanistan ərazisindəki Metsamor AES seysmik təhlükəli ərazidə yerləşərək çox böyük təhlükə mənbəyinə çevrilmişdir. Əgar 1988-ci il zəlzələsinin episentri bir neçə kilometr aralıda olmasaydı, baş verəcək dhşətli faciənin miqyasını təsəvvür etmək mümkündür.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin