Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Əmlakın vergiyə cəlb edilməsi təcrübəsi aşağıdakıları nəzərdə tutur



Yüklə 0,77 Mb.
səhifə138/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   134   135   136   137   138   139   140   141   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Əmlakın vergiyə cəlb edilməsi təcrübəsi aşağıdakıları nəzərdə tutur:

1) vergi bazarı;

2) vergiyə cəlb olunan sərvətin tərkibi;

3) müxtəlif subsidiya və vergi güzəştlərinin tətbiqi;

4) vergi ödəyicilərinin tərkibi;

5) büdcəyə vergi daxil olmaları;

6) vergilərin alınma qaydaları.

Təbii sərvətlərin vergiyə cəlb edilməsi ölkələr üzrə fərqlənir. Əsas prinsip - verginin bazar qiymətlərinə uyğun dərəcələr müəyyən edilməklə həyata keçiril-məsidir. Bu əsas prinsipdir.

Vahid torpaq vergisinin tətbiqi çox az ölkədə tətbiq edilir. Vergi ödəyiciləri əsasən mülkiyyətçilər və icarəçilərə bölünür. Vergi bazasının müəyyən edilməsi və əmlakın qiymətləndirilməsi yuxarı inzibati orqanlar tərəfindən həyata keçirilir.

Vergilər ―Azərbaycan Respublikası Vergilər Məcəlləsi‖ ilə tənzimlənir. Vergilərin müəyyən edilməsi və ödənilməsi qaydaları bu qanunla həyata keçirilir.

Torpağa, suya, meşə sərvətlərinə əsaslanan tədbirlərin həyata keçirilməsində ortaya çıxa bilən zərərli hallara qarşı ciddi tədbirlərin həyata keçirilməsi əsaslandı-rılmış layihə sənədlərinə malik olmalıdır. Təbii sərvətlərdən istifadə edilməsinə ətraf mühitin optimallaşdırılmasına aid ümumi nəzəriyyənin işlənilməsi və həyata tətbiqi müxtəlif elmlərin birgə səyi və vəzifəsidir. Bu məsələnin həllində biologiya, meteorologiya, coğrafiya, fizika, kibernetika kimi elmlər də böyük rol oynaya bi-lər. Lakin, bu tədqiqatların mərkəzində müxtəlif elmlərlə yanaşı coğrafiya elmi durmalıdır, çünki bu elm təbiətə daha yaxındır və həmin nəzəriyyəyə kompleks səciyyə vermək imkanın malikdir. Kompleks yanaşma anlayışının məzmununu, ətraf mühitin mühafizəsi, təbii sərvətlərin səmərəli istifadə edilməsi, eləcə də bütövlükdə bu problemin optimallaşdırılması haqqında mövcud durumu nəzərdən keçirək.

Ümumiyyətlə hər hansı obyektin tikintisinə, istifadəyə verilməsinə, mühafizəsini başlamaq, bunların optimal səviyyəsini təyin etmək üçün həmin obyektlər haqqında təbii-iqtisadi təsəvvürə malik olmaq lazımdır. Təəssüf ki, elmi və kütləvi ədəbiyyatda bu haqda hələ də mühüm çatışmazlıq mövcuddur. Bunun əsasını təbii obyektlərin coğrafi cəhətdən kifayət qədər qiymətləndirilməsi təşkil edir. Texniki tərəqqinin geniş inkişafına daha doğrusu, cəmiyyətin təbiətə təsirinin gərgin vaxtına qədər ədəbiyyatda çox işlənən “təbii mühit” sonralar “ətraf təbii mühit” anlayışı ilə əvəz edilir. Bu anlayışın ortaya çıxmasına əsas səbəb müasir əhali məskunlaşması və istehsal prosesində şəhərləri, xüsusilə sənaye mərkəzlərini əhatə edən mühitin çirklənməsi, bununla əlaqədar təbiətdən əldə edilən maddi nemətlərin kasadlaşması olmuşdur. İndi ədəbiyyata “təbii mühit”, “təbiət”, “ətraf təbii mühit”, “coğrafi mühit”, “ekologiya”, “biosfer” kimi terminlər də daxil edilir. “Təbiət” hər bir məkan və zaman daxilində bütün dünyanı əhatə edən ümumi anlayışdır. Təbii sərvətlərdən istifadə edilməsinin optimallaşdırılmasının ərazi və sahələrarası aparılması mühüm şərtdir. Ərazi-istehsal miqyası təbii mühitin opti-mallaşdırılmasının mühüm obyektidir. Belə halda təbii sərvətlərin istifadəsinin səmərəli və optimal yollarını müəyyən etmək ekoloji mühitin saflaşdırılmasında, iqtisadi inkişafın təşkilində vacib şərtdir. Əhali sivilizasiyasına, istehsalın təmərküzləşməsinə malik olan rayonlarda təbii landşaftların ―mədəni landşaftlarla‖ əvəz edilməsi o vaxt səmərəli olar ki, təbiətlə insanlar arasındakı qarşılıqlı vəhdət pozulmasın, insanlar təbiətə olan qayğını heç də maddi və mənəvi tələbatdan geri qoymasın. Təbiətin mühafizəsi tədbirləri coğrafi, ekoloji, sosioloji tədqiqatlar şəraitində səmərəli ola bilər. Bu məqsədlə geosistemik təbii “mexanizmlərinin” formalaşmasını, onun fəaliyyət və inkişaf qanunauyğunluqlarını, insanın geo-sistemə etdiyi təsirlərin texnogen dəyişikliklərə davamlılığını öyrənmək lazımdır. Müxtəlif torpaq-iqlim zonaları daxilində landşaftlar üzrə təbii şəraiti və sərvətləri təhlil etməklə yanaşı, geosistemin yararlı ünsürlərini qiymətləndirmək, geosistemdə baş verən antropogen dəyişikləri, onların quruluşunu və proqnozunu şərh etmək, təbii sərvətlərin istifadəsi və mühafizəsi üçün elmi surətdə əsaslandırılmış tövsiyələr hazırlamaq ətraf mühiti mühafizə tədbirlərinin tərkib hissəsidir.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin