Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Təbiəti mühafizə fəaliyyətinin maddi stimullaşdırılması



Yüklə 0,77 Mb.
səhifə135/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   131   132   133   134   135   136   137   138   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

1. Təbiəti mühafizə fəaliyyətinin maddi stimullaşdırılması

Təbiəti mühafizə fəaliyyətində ən əməli əhəmiyyət kəsb edən həvəsləndirici (stimullaşdırıcı) amil dövlətin vergi siyasəti olmalıdır. Bu siyasət həm pozitiv, həm də neqativ həvəsləndirməni özündə əks etdirir. Bu qanunvericilikdə həm güzəştli vergilərdə və vergi ödəməkdən azadetmədə, habelə ekoloji təhlükəli məhsul üçün xüsusi vergilərin tətbiqində öz əksini tapır.

Təbiəti mühafizə üzrə bəzi büdcə təşkilat və idarələrinin əmlakı vergidən azad edilir (dövlət qoruqları, təbii parklar, botanika bağları). Bundan başqa, ümumi əmlakın təbiəti mühafizə məqsədləri üçün istismar edilən hissəsi də vergidən azad edilir.

Bir çox ölkələrdə verginin stavkası azaldılır, yeni ―vergi tətilləri‖ təşkil edilir. Məsələn, Yaponiyada plastmas və üzvi tullantıları emal edən istehsalçılar birinci üç il 50% vergidən azad edilirlər. Təmizləyici qurğular isə ilk 5 il ərzində tamamilə vergidən azad edilirlər.

Vergilər qoyularkən güzəştlərin tətbiqi kimi təbiəti mühafizə avadanlığının sürətləndirici amortizasiya metodu geniş istifadə olunur. Bu metod təmizləyici qur-ğuların təzələnməsində kapital yığımına köməklik göstərir. Kanadada təmizləyici qurğulara 2 illik amortizasiya müddəti müəyyən edilmişdir. Fransada təmizləyici qurğuların amortizasiyasının 50%-nə bir il ayrılmışdır. İtaliyada isə 3 ilə 45% amortizasiya nəzərdə tutulur. Böyük Britaniya, ABŞ və AFR-də amortizasiya müddəti 5 ildir.

Bazar iqtisadiyyatı dövründə təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində qiymətlər həvəsləndirici rol oynayır. Qiymətlərə təbiətdən istifadəyə görə ödəmələr təsir göstərirlər. Ekoloji təmiz məhsul istehsal edən müəssisələrə (qiymət vasitələri kimi) kompensasiyalar, kreditlər, ―əlavələr‖ tətbiq edilir. Eyni sözləri tullantılardan məhsul alan müəssisələr haqqında demək olar. Ekoloji təmiz məhsul istehsal edən müəssisələr əmtəə (mal) dövriyyəsini sürətləndirir və böyük gəlir əldə edə etməyə səbəb olur. Ekoloji cəhətdən zərərli məhsulun qiyməti aşağı salınır, xüsusi vergi tətbiq edilir.

Təbiəti istismar edən müəssisələrin məhsuluna qiymətlər qoyularkən təbii amillər nəzərə alınmalıdır, onlar üçün baza ―qapayıcı‖ xərclər olmalıdır. Bununla yanaşı renta gəlirini maksimum götürmək lazımdır. Qiymətlərin təyinatında sabit dünya təmayülü ondan ibarətdir ki, təbii ehtiyatların durmadan nisbi bahalaşması, renta münasibətləri sisteminin tətbiq edilməsinin təkmilləşməsidir. Təbii ehtiyatların qiymətləndirilməsində gələcək nəsillərin də marağı nəzərə alınmalıdır.

Bütövlükdə, təbiətdən səmərəli istifadənin hər bir vasitəsi, yaranmış vəziyyətdən asılı olaraq müxtəlif dərəcədə səmərə verə bilər.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin