4. Ekoloji sahibkarlığın mahiyyəti və formaları
Bazar iqtisadiyyatında sahibkarlıq aparıcı mövqeyə malikdir. Sahibkarlıq yalnız ictimaiyyətin yeniləşməsində əsas həlledici rol oynamamalıdır o, həm də ekoloji problemlərin həllinə kömək etməlidir. Sahibkarlıq bu insan fəallığının və fəaliyyətinin potensialı hesab edilir. Sahibkarlıq üçün ən vacib cəhət qərar qəbuletmə azadlığı və əldə ediləcək nəticələrə görə tam iqtisadi məsuliyyət daşımasıdır. Sahibkarlıq üçün istehsalın təşkili çox səciyyəvidir və xidmətlərin göstərilməsində öz qorxu və riskinə arxalanmaqdır. Burada təşkilatı və idarəetmə sənətinə sahib olmaq zəruridir. Sahibkarlıqda müvəffəqiyyət o subyektə mənsub olur ki o şəxs cəmiyyətin tələblərinə daha tez reaksiya verir. Belə bir vəzifənin öhdəsindən kiçik və orta biznes müəssisələri daha yaxşı gələ bilir. Lakin müəssisə, fəaliyyət miqyasını və ölçüsünü hər bir konkret hal üçün sahibkar nəticələri mü-qayisəli ekoloji-sosial-iqtisadi qiymətləndirdikdən və prioritetlərin, məhdudiyyətlərin və meyarların səmərəsini müəyyən etdikdən sonra hərəkət etməlidir. Onu da nəzərə almaq lazımdır ki, cəmiyyət onun tələblərini qane etmə-yən biznesi, özü də gəliri olmayan biznesi qəbul etmir.
Ekologiya sahəsində Azərbaycanda, MDB və başqa xarici ölkələrin təcrübəsini öyrənmək vacibdir. Ekobiznesin əsas prinsipləri 1990-cı ildə Beynəlxalq ticarət palatası tərəfindən ―Sabit inkişaf naminə sahibkarlıq fəaliyyəti xartiyasında‖ hazırlanmış sənəddə öz əksini tapmışdır. Ətraf mühitin mühafizəsi biznes sahəsində hər bir fəaliyyətin ən yüksək üstün vəzifələrindən biri olmalıdır. Xartiyada 16 prinsip irəli sürülmüşdür. Məqsəd ondan ibarətdir ki, nə qədər mümkündürsə ən çox müəssisə öz üzərinə təbiəti mühafizə sahəsində daha yüksək öhdəliklər götürsünlər. Onlardan ən vacibləri aşağıdakılardır:
- müəssisə üçün üstün olan ekoloji təhlükəsizlik;
- inteqrasiya etmiş menecment;
- təkmilləşmə prosesi;
- heyətin təhsilinin artırılması və ətraf mühitin mühafizəsində kütləvilik;
- ilkin qiymətləndirmələr;
- məhsullar və xidmət;
- istehlakçılara məsləhətlər və s.
İqtisadiyyatın təbiətə qarşı məsul münasibətinin həyata keçirilməsini aşağıdakı tələblər vasitəsilə realizə etmək nəzərdə tutulur:
1) biosferin qorunması;
2) təbii ehtiyatların qorunub saxlanmasını dəstəkləmək;
3) tükənən ehtiyatları xüsusi mühafizə etmək;
4) enerjinin qənaətlə işlənməsi;
5) riskin azaldılması;
6) təhlükəsiz məhsul və xidmət;
7) ətraf mühitin bərpası;
8) ictimaiyyətə informasiya verilməsi;
9) rəhbərliyin öhdəlikləri;
10) auditlər və məruzələr;
Ekoloji sahibkarlığın formaları
Qarışıq iqtisadiyyatın əsas strukturlarından biri xüsusi mülkiyyətə, təsərrüfartın təşklinin bazar üsuluna və məhsul dövriyyəsinə əsaslanan sahibkarlıqdır.
Ekologiya baxımdan sahibkarlıq fəaliyyətinin müsbət tərəfi əsas fəaliyyəti insanlarınsağlamlığına və ətraf mühitə zərərin vurulmasının qarşısını alan malların istehsalı, iş və xidmətlərin görülməsi olan ekoloji sahibkarlığın yaradılmasıdır. Ekoloji sahibkarlığın maraqlar dairəsinə bu və ya digər ekoloji problemlərin həlli ilə bilavasitə bağlı olan istehsalat – kommersiya, vasitəçilik, məsləhət, elmi – tədqiqat fəaliyyətinin bütün növləri daxildir.
Hal – hazırda keçid iqtisadiyyatı olan ölkələrdə baş verən dövlətsizləşdirmə və özəlləşdirmə prosesləri ekoloji sahibkarlıq sahəsinin formalaşmasına imkan verir. Mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində təbiətdən istifadə məhsullarına olan ―rentasız‖ qiymətlərin hökmran olduğu şəraitdə resurslara qənaət edilməsi sərfəli olmadığı kimi, iri dövlət müəssisələri tərəfindən təmizləyici qurğuların, ekoloji texnika və texnologiyanın kiçik həcmlərdə istehsalı da sərfəli deyildi. Təbiəti mühafizəyə dair planlıarın icra olunmaması, təbiəti mühafizə məqsədləri üçün ayrılmış kapital yatırımlarının xərclənməməsi təbiəti mühafizə avadanlıqlarının sifariş edilməsinin mümkün olmaması ilə izah edilirdi, çünki mərkəzləşdirilmiş iqtisadiyyatda onun istehsalı ―küncə‖ sıxılmışdı.
Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ekoloji yönümlü məhsullar həm sənaye təyinatlı (təmizləyici qurğular, ekoloji texnika və texnologiyalar, yeni materiallar, nəzarət ölçü cihazları) malların istehsalında, həm də istehlak mallarının (qida məhsullarından tutmuş təhlükəsiz məişət cihazlarınadək) istehsalında öz möhkəm mövqeyini qoruyub saxlayır. Ekoloji sahibkarlığın əhəmiyyətli xüsusiyyəti o idi ki, kiçik və orta sahibkarlığın potensialından istifadə etməklə o ekoloji vəziyyətin stabilləşdirilməsinin əlavə büdcə ayırmaları tələb etməyən səmərəli yoldur.
Təbiəti mühafizə fəaliyyətində sahibkarlıq aktivliyinin inkişafı ekoloji normativlərin və ətraf mühitin çirkləndirilməsi üzərində nəzarətin gücləndirilməsinə imkan verir. Ekoloji xidmətlərin bütün növlərinin pullu əsaslarla həyata keçirildiyi mal və xidmətlərin dünya bazarında bir neçə müstəqil sahə formalaşmışdır.
Ekoloji sahibkarlığın formaları müxtəlif ola bilər. Onun növləri əsas və əlavə sahibkarlıqdan ibarətdir:
Əsas sahibkarlıq, ekoloji tələblər və məhdudiyyətlərlə əlaqədar olaraq özündə aşağıdakıları birləşdirir;
- ekotexnika, avadanlıq, cihaz və qurğular istehsalı;
- yeni və tullantılı texnoloqların, yeni maddələrin (məhsul, xammal və s.) iş-lənməsi (hazırlanması).
Əlavə (tamamlayıcı) ekoloji sahibkarlıq qeyri-ekoloji istehsalat sahələrini də əlaqələndirir:
- ehtiyatların xassə və keyfiyyətlərinin təkrar-ardıcıl istifadəsini;
- tullantıların utilizasiyasını;
- faydalı qazıntıların çıxarılmasına kömək edən tədbirləri.
Yuxarıda adları çəkilən formalardan başqa ayrıca olaraq ekotəmiz məhsul istehsalı sferasını da sahibkarlığa aid etmək lazımdır.
Ekoloji sahibkarlığa əmlak mənsubiyyəti nöqteyi-nəzərdən də yanaşmaq olar; bu mülkiyyətə əsaslanır. Ekoloji sahibkarlıq fəaliyyət dairəsinə görə fərqlənir: Onlar aşağıdakılardan ibarətdir; istehsalat, kommersiya (mübadilə sahəsində fəaliyyət), maliyyə (kreditlər, aksiyalar və s.), vasitəçilik (ekomarketinq, ekoinfor-masiya, məsləhət xidmətləri). Eyni zamanda ekoloji sığorta, lizinq və s. xüsusi ayırmaq olar. Sahibkarlıq formaları fəaliyyət dairəsində həm də birləşmiş (qarışıq) halda ola bilər.
Ekoloji sahibkarlıq keçmiş SSRİ-də 1989-cu ildən fəaliyyətə başlamışdır. Buna təkanverici səbəb-təzəcə başlanmış “yaşıllar” hərəkatı idi. 1991-ci ildə 17 mindən çox sahibkarlıq subyekti qeydə alınmışdı. SSRİ dağıldıqdan sonra onların sayı, xüsusən keçmiş Respublikalarda xeyli azaldı, lakin qalanlar əsas vəzifə kimi məhsul satışında xidmət göstərməyə üstünlük verdilər.
Ekoloji sahibkarlıq biznesdə öz yerini tutmaqdadır. O həm iri, həm orta və həm də kiçik bizneslə təmsil olunur. Bütövlükdə, ekoloji sahibkarlıq cəmiyyətin is tehsalat imkanlarının sahəsini genişləndirməli və mövcud olan ehtiyatların tamamilə istifadəsinə kömək göstərməlidir. Ekoloji sahibkarlığın səmərəliliyini müxtəlif səviyyələrdə təyin etmək olar:
- cəmiyyət səviyyəsində məşğulluq (həm artma, həm də azalma ola bilər);
- region səviyyəsində-təkrar xammalın (tullantıların) istifadəsi və s.;
- firmalar səviyyəsində - əlavə gəlirin alınması.
Dostları ilə paylaş: |