Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə129/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   125   126   127   128   129   130   131   132   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Neqativ həvəsləndirmə özündə aşağıdakıları cəmləşdirir:

1) ətraf mühitdən istifadəyə görə haqq;

2) zərərli maddələrin ətraf mühitə normativ və normadan artıq atılması (axıdılmasına) görə ödəmələr;

3) bərk tullantıların yerləşdirilməsinə görə ödəmələr;

4) ekoloji zərərli məhsula görə vergi;

5) ekoloji cəhətdən texnologiya ilə istehsal edilən məhsula görə rüsum;

6) ekoloji hüquq pozmalarına (xətalara) görə cərimələr, məhsulların ekoloji sertifikatlaşdırılması, aksizlər, rüsumlar və s.

Pozitiv iqtisadi həvəsləndirmə təbiəti mühafizə fəaliyyətinin güzəştli vergiqoyma, kredit ayırma, qiymət siyasəti, "çirkləndirmə hüququ" bazarının tətbiqi, təbiəti mühafizə obyektlərində sürətləndirilmiş amortizasiya üsulu və s. ilə tənzimlənir.

Ətraf mühitdən səmərəli istifadənin həvəsləndirilməsi aĢağıdakı funksiyaları yerinə yetirir: mükafatlandırma, qadağanetmə və kompensasiya yolu ilə əvəzini ödəmə. Mükafatlandırma funksiyası xərclərlə təbiəti mühafizə fəa-liyyətinin müqayisəli qiymətləndirilməsi, qadağanedici təbiətdən istifadə subyektlərinin məsuliyyətinin artırılması, kompensasiya yolu isə - dəymiş zərərin ödənməsini təmin edir.

Ətraf mühitdən səmərəli istifadənin mövcud iqtisadi həvəsləndirmə sistemi hər bir ölkənin, o cümlədən, Azərbaycanın "Ətraf mühitin mühafizəsi haqqında" və digər təbiəti mühafizə yönümlü qanunları ilə öz hüquqi qüvvəsinə minmişdir və aşağıdakıları özündə əks etdirir:

- təbiəti mühafizə üzrə tədbirlərin planlaşdırılması və maliyyələşdirilməsi;

- ətraf mühitdən istifadəyə limitlərin qoyulması (müəyyən edilməsi);

- ətraf mühitdən istifadəyə görə haqqın təyin edilməsi, ətraf mühiti çirkləndirməyə görə ödəmələrin təyini;

- aztullantılı və resursqoruyucu texnologiyaların tətbiqi, təkrar xammaldan istifadə və s. görə vergi və kreditlərdə güzəştlərin tətbiq edilməsi;

- ətraf mühitə və insanlara vurulmuş ziyanın əvəzinin ödənilməsi;

- təbiəti mühafizə qurğularına sürətli amortizasiyanın tətbiq edilməsi;

- ekoloji təmiz məhsula görə mükafatlandırıcı qiymət və əlavələrin tətbiq edilməsi.
3.Ekoloji audit

Ekoloji audit sözünün mənası hesabatm təftişi olub ekoloji menecmentin ayrılmaz hissəsidir. O, müəssisənin fəaliyyətinin ətraf təbii mühitin mühafizəsi üzrə qanunvericiliyin, normativ və hüquqi aktarın tələblərinə uyğunluğunu qiymətləndirmək məqsədilə bu fəaliyyətin müxtəlif aspektlərinin müstəqil, obyektiv, periodik analizini nəzərdə tutur. Ekoloji audit kənar, müstəqil təşkilat tərəfindən göstərilən, müqavilə əsasında həyata keçirilən xidmətdir. Audit təftişdən bir sıra xüsusiyyətləri ilə fərqlənir. Auditor yoxlaması zamanı yoxlamanın forma və metodları müstəqil surətdə, qanunvericiliyin və bağlanmış müqavilənin tələbləri əsasında təyin edilir. Audit könüllü olur və yoxlama zamanı diqqət daha çox hüquqi aspektlərə yönəlir.

Ekoloji audit hər hansı bir təşkilatın öz fəaliyyətinin könüllü, müstəqil, kənar təşkilat vasitəsilə həyata keçirdiyi obyektiv qiymətləndirməsidir. Bu qiymətləndirmə təşkilatın təsərrüfat fəaliyyətinin qüvvədə olan, ətraf mühitin mühafizəsini tənzimləyən, ekoloji təhlükəsizlik və təbiətdən rasional istifadənin prinsiplərini, vətəndaşların sağlam ətraf mühit və etibarlı həyat üzrə əsas hüquqlarını təmin edən qanunvericiliyin, normativ və hüquqi aktların tələblərinə uyğunluğunu əks etdirir.

Ekoloji audit sifarişçi tərəfindən həyata keçirilir. O, məcburi, inisiativ, daxili və xarici audit formalarına ayrılır. İnisiativ audit könüllülük prinsipi əsasında həyata keçirilir. Məcburi audit fəaliyyəti ətraf mühitə mənfi təsir edən təşkilatlarda döv1ət orqanlarının (məhkəmə qərarı, inzibati orqanlar tərəfindən və s.) qərarı əsasında həyata keçirilir. Məcburi audit müəyyən reqlament çərçivəsində (müəyyən fəaliyyətə lisenziya alan zaman, keyfiyyat sertifikatı veriləndə və s.) da ola bilər.Audit öz xarakterinə görə daxili və xarici fəaliyyətlərə ayrılır. Daxilİ audit təşkilatın özünün ekoaudit xidmati tərəfindən həyata keçirilir və daxili məqsədlərə xidmət edir. Bu tip auditin aparılmasında məqsəd əməkdaşlara öz funksiyalarını daha effektiv yerinə yetirməkdə köməklik göstərmək, xərclərə müntəzəm nəzarat etməkdir. Xarici audit isə təşkilatın sifarişi əsasında kənar auditor şirkəti tərəfindən həyata keçirilərək təbiəti mühafizə orqanları, vətəndaşlar və geniş ictimaiyyətə təqdimat (müsbət imic) məqsədi daşıyır.

Ekoloji audit fəaliyyəti zamanı bir sıra prinsiplər gözlənilir. Bunlar metodoloji və etik prinsiplər kimi 2 qrupa ayrılır. Ekoauditin planlaşdırılması, qiymətləndirmənin əsaslandırılması, seçilmiş metodun və kriteriların optimallığı, ekoaudit texnikasının hərtərəfliliyi, nəticələrin həqiqiliyi, analizin obyektivliyi, sənədləşdirmələrin düzgünlüyü, nəticə və sübutlara görə cavabdehlik, sifarişçinin tam məlumatlandınlması kimi prinsiplər ekoauditorun metodoloji prinsipləridir.



Peşakar etika və etik prinsiplər ekoauditorun keyfiyyət göstaricisidir. Ekoauditorun etik prinsipləri aşağıdakllardır:

  • Müstəqillik, obyektivlik və məsuliyyətlilik;

  • kompetentlik və sistemlilik;

  • alınmış məlumatların konfidensiallığının qorunub saxlanması;

  • səmimilik və kommunikabellik.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin